Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1674/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı Ərizəçi “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum əri X1 adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Notariat Ofisində V- 48/2024 saylı vəsəsəlik işi üzrə ondan miras qalmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan pul vəsaitinin tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbini üzrlü sayaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 152.1 və 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 305.1. və 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 306.2.-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mulki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (m. 307.2.9.). Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə zidd olaraq, ərizəsi ilə məhkəməyə müraciət etmiş Ərizəçi birinci tələbi ilə əlaqədar olmayan ikinci tələbini, yəni mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbini üzrlü sayaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu tələb isə xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mulki Prossesual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzürlü sayılaraq uzadılması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1674/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1674/2024
19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver