Məhkəmə qərarları › İş №2(010)-1684/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1684/2023

03.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1684/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə, onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq, iddiaçının Cavabdeh qarşı yönəltdiyi tələbinin əsasının nədən ibarət olduğu iddia ərizəsində aydın qeyd edilməmişdir. Qeyd olunan iddianın predmeti vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsindən ibarətdir. Lakin tələbin yönəldildiyi Cavabdeh vərəsəlik hüququn tanınması və payının müəyyən edilməsi kimi imkanlarına malik deyil. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı san Xidmət Mərkəzinin notariusu tərəfindən 07 oktyabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda iddiaçıya mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Eyni zamanda, Suraxanı rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmış, eyni zamanda iddiaçıya izah edilmişdir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Lakin iddiaçı qərardadda qeyd olunan nöqsanları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 – 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar