Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1690/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 10 saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 10 saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında göstərdi ki, hazırki iş üzrə eyni predmet və eyni əsaslarla olan iş hakim Leyla Talıbovanın icraatındadır. Həmin iş üzrə İddiaçı müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Odur ki, hazırki işə dair sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri 10 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət edərək, hazırki mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsi təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 10 saylı Notariat Ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat (qəbzin nömrəsi **********, xx.xx.2024-cü il tarixli) məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1690/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1690/2024
13.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver