Məhkəmə qərarları › İş №2(010)-1698/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1698/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1698/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında xx.xx.2020-ci il tarixli nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki,cavabdehlə onun arasında xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Onlar nikahı toydan qabaq rəsmiləşdirmişlər ki, gənc ailələr üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etsinlər və ev alsınlar.COVİD 19 pandemiyası ilə bağlı toylara icazə verilmədiyindən onların toyu da təxirə salınmışdır.Onların nikahı kağız üzərində olmuşdur.Yani, onunla cavabdeh arasında heç bir zaman nikah əlaqəsi olmamış, ər arvad münasibətində olmamışlar. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyöun izahat verərərk iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmıiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İİ 419139 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2020-ci ildə nikaha daxil olmuşlar. Arvada Yusifova soyadı verilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, tərəflər arasında nikah bağlanmış, lakin iddiaçının bildirdiyinə görə bi nikah formal olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 12.0-cı maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nkaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, hazırkı işdə nikahın etibarsız hesab edilməsinə dəlalət edən hallar mövcud deyildir. İddiaçının istinad etdiyi Ailə Məcəlləsinin 26.1.7-ci - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb edə bilər madəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi qeyd edilən maddə baxımından əsaslı hesab edilə bilməz. Çünki, həmin maddə nikah bağlanması üçün vacib olan yuxarıda qeyd edilmiş şərtlərin pozulması ilə bağlanmış nikah barədə xəbərsiz olan tərəfin nikahın etibarlılığını mübahisələndirməsi hüququnu nəzərdə tutur.Hazırkı işdə isə nikah bağlanması üçün vacib olan hansısa şərtin pozulması halı və iddiaçının nikaha daxil olarkən bundan xəbərsiz olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın qeyd edilən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin istinad edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar