Məhkəmə qərarları › İş №2(010)-1698/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1698/2022

04.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1698/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" KB ASC-yə və Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə qarşı “yaşayış sahəsində yaşamasının təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" KB ASC-yə və Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsi ev 7 mənzil 8 ünvanında yaşamaq hüququnu qeyriqanuni itirmiş üç ailənin söküntü müddətinə qədər Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsi ev 7 mənzil 8 ünvanında yaşamasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mahiyyətindən göründüyü kimi iddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə müraciət edərək həmin mənzildə yaşamalarının təmin edilməsini və Ali Məhkəmənin qətnaməsini almadıqlarını, məhkəmənin qətnaməsinin icra edilməsi ilə bağlı icra məmurunun qərarından şikayət verdiklərini bildirmişlər. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 2*.*.-ci maddəsinə əsasən bu Qanunun *7-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin qanunun 2*.2.-ci maddəsinə əssən bu Qanunun *8-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Bu qanunun 2*.3.-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23*-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23*.3.-ci maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2*.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 23*.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun və Mülki Posesual Məcəllənin tələbinə əsasən icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması icra məmurunun təqdimatına əsasən baxılmalı olduğundan ərizəçilər bununla bağlı olaraq icra şöbəsinə müraciət etməli və həmin məsələyə icra məmurunun təqdimatı əsasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin *5*.*, *53.2.*, *53.3-cü maddələrinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır; ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir; hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan qanunların tələbinə görə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçılara izah edilməlidir ki, icraatın dayandırılması ilə bağlı məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında Suraxanı rayon İcra Şöbəsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26*-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" KB ASC-yə və Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə qarşı “yaşayış sahəsində yaşamasının təmin edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya icraatın dayandırılması ilə bağlı məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında Suraxanı rayon İcra Şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan *0 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar