Məhkəmə qərarları › İş №2(010)-1706/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1706/2021

30.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1706/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə) qarşı “torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi) qarşı “torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 40 sot torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh3 qeyri-qanuni sahibliyindən alınaraq (götürülərək) ona verilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 08.06.2013-cü il tarixdə verilmiş Seriya RX ******* nömrəli çıxarışın, Cavabdeh2 verilmiş 11.06.2013-cü il tarixli, Seriya RX, ******* nömrəli Çıxarışın və Cavabdeh3 verilmiş 15.10.2014-cü il tarixli, Seriya RX, ******* nömrəl Çıxarışın etibarsız hesab edilməsi və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 40 sot torpaq sahəsi uzun müddətdir ki, onun sahiblik və istifadəsindədir. Torpağın istifadə və sahibliyi ilə əlaqədar tərəfindən daim vergilər ödənilmişdir. Bu, Bakı şəhəri Suraxanı rayon İH-nin Hövsan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 22.12.2014-cü il tarixli, 4473 nömrəli arayışla da təsdiq edilmişdir. Eyni zamanda, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yanaşı, heç bir zaman bağçılıq təsərrüfatına, yəni bağlar idarəsinin nəzdində olan torpaq sahələrinə aid olmamışdır. Torpaq sahəsinin istifadə və sahibliyi ilə bağlı hasara alındığından sahədə ona məxsus bəzi əşya-avadanlıqlar olmuşdur. Ancaq hasarın üzərində “satılır” sözünün yazılması ilə müəyyən etmişdir ki, iş üzrə cavabdehlər heç bir hüquqi əsası olmadan, onlara məxsus olan bağ sahəsi adı altında, əslində onlara aid olmayan torpaq sahəsi barədə “bağ sahəsi” kimi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar əldə etmişdir. Belə ki, 28.08.1990-cı il tarixli, 17710 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, 20 L nömrəli bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin tərəflərindən biri Cavabdeh1 olmuşdur. Həmin müqavilə üzrə cavabdehə Suraxanı rayonu, Hövsan bağ massivində bağ sahəsi ayrılmışdır. Müqavilənin müddəti 10 il olduğundan müqavilə 28.08.2000-ci il tarixdə bitmişdir. Torpaq sahəsi hələ də Cavabdeh1 mülkiyyətindədir. Eyni zamanda, 28.08.1990cı il tarixli, 17711 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 20 M nömrəli bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin tərəflərindən biri Cavabdeh2 olmuşdur. Həmin müqavilə üzrə cavabdehə Suraxanı rayonu, Hövsan bağ massivində bağ sahəsi ayrılmışdır. Müqavilənin müddəti 10 il olduğundan müqavilə 28.08.2000-ci il tarixdə bitmişdir. Sonradan iş üzrə Cavabdeh2 2014-cü il tarixdə torpaq sahəsini Cavabdeh3 adına özgəninkiləşdirmiş və hal-hazırda torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh3dur. Ancaq hər iki bağ sahəsi iddiaçıya məxsus olan torpaq sahəsinə qonşu olmaqla yanaşı, bir-birlərinə bitişik, yəni eyni sərhədlərdə yerləşir. Bu zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun icarəsində olan torpaq sahəsinin rəsmiləşdirilməsi zamanı qəsdən onun sahibliyində olan torpaq sahəsinin yeri göstərilmiş, hər iki bağ sahəsi barədə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar verilərkən sənəd üzrə bağ sahəsi qeyd edilsə də ancaq naturada onun sahiblik və istifadəsində olan torpaq sahəsi barədə verilmişdir. Bununla bağlı tərəflərindən qeyri-rəsmi qaydada cavabdehə məxsus olan çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün kserosurətləri əldə edilmişdir. Hüquqi sənədlər üzrə cavabdehlərin mülkiyyət hüquqları Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ massivində yerləşən 20 M və 20 L nömrəli bağ sahələri barədə verildiyi qeyd edilir, ancaq naturada həmin çıxarışlar onun iddia etmiş olduğu torpaq sahəsi barədə verilmişdir. Bu torpaq sahəsinin koordinat nöqtələri və eləcə də DTXK-nın Bakı Şöbəsi tərəfindən əldə edilmiş foto görüntü və həmin torpaq sahəsi barədə verilmiş elektron cizgidə də açıq-aydın görünür. Belə olan halda 30.01.2015-ci il tarixli, 106 nömrəli DTXK-nin Bakı Şöbəsinə və 26.01.2015-ci il tarixli, 86 nömrəli vəkil sorğuları ilə DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə rəsmi qaydada müraciət edilsə də DƏDRX-nin ərazi idarəsi sorğuya cavabın yalnız məhkəmə qaydasında veriləcəyini, digəri isə Komitənin ləğv edilməsi səbəbdən bəzi məsələlər öz həllini tapdıqdan sonra müyyən ediləcəyi barədə qeyd edilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 40 sot torpaq sahəsində vaxtı ilə tərəfindən inşa edilmiş yardımçı tikilinin və torpaq sahəsinin hasara alınması üçün çəkilmiş ümumi 8400 manat vəsaitin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi (verilməsi), iddia ərizəsinin digər tələblərinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə icraatın dayandırıldığı dövrdə cavabdehlər ona məxsus olan torpaq sahəsinin hasarını, orada olan digər yardımçı tikilini heç bir hüquqi əsas olmadan sökərək dağıtmışlar. Daha sonra, sökülmüş daşlar yerindən daşınaraq aparılmış və ona xeyli miqdarda ziyan dəymişdir. Məhz bu səbəbdəndir ki, vaxtı ilə torpaq sahəsinin üzərinə həbs qoyulmuş və orada hər hansı tikililərin həyata keçirilməsi cavabdehə qadağan edilmişdir. Ancaq buna baxmayaraq, cavabdehlər heç bir qanuna və məhkəmə qərarına əhəmiyyət vermədən belə bir qanunsuz yola əl atmaqla ona məxsus olan torpaq sahəsinin hasarını və orada olan yardımçı tikilini sökmüşlər. Bu isə onu bildirir ki, həmin hasarın və tikilinin dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Ümumilikdə, hasarın tikilməsi üçün çəkilmiş xərclər 6800 manat, yardımçı tikilinin tikilməsi üçün isə çəkilmiş xərclər 1600 manat olmuşdur. Buraya tikililərin ərsəyə gəlməsi üçün ustalara çəkilmiş xərclər də daxildir. Ümumilikdə, bu vəsait 8400 manat təşkil edir ki, həmin məbləğ də cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Daha sonra, iddiaçı yenidən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən cavabdehlərin vurduqları mənəvi ziyana görə hər birindən 5000 manat olmaqla, ümumilikdə 15000 manat mənəvi zərərin tutulararaq ona ödənilməsi, ilkin iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə olan tələblərin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlərin hərəkətləri nəticəsində ona təkcə maddi ziyan deyil, eləcə də mənəvi ziyan vurulmuşdur. Belə ki, bu hərəkətlər nəticəsində neçə müddətdir ki, məhkəmə mübahisələrinin davam etməsi, maddi ziyanın vurulması ilə yanaşı, mənəvi sarsıntılar keçirməsi buna əsasdır. Odur ki, cavabdehlərin hər birindən ayrı-ayrılıqda vurulmuş 5000 manat məbləğində mənəvi ziyan, ümumilikdə, 15000 manat pul tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan hər iki ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin və iddia tələbinin həcminin artırılmasına dair ərizələrin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, o, mülkiyyətində olan torpaq sahəsini 5000 (beş min) manata rəsmi qaydada daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlayaraq almışdır. Bu zaman torpaq sahəsi üzərində heç bir yüklülük olmamışdır. Torpağı aldıqdan sonra biznes qurmaq məqsədilə torpağı ipoteka ilə yüklü edərək bankdan 100000 (yüz min) manat məbləğində kredit götürmüşdür. Lakin torpaq üzərində tikinti aparmaq istəyərkən məlum olmuşdur ki, məhkəmə mübahisələri ilə əlaqədar olaraq torpağın üzərinə həbs qoyulmuşdur. O, torpaq sahəsinin vicdanlı alıcısıdır və bu mübahisələrə heç bir aidiyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili və digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahələrinin hüquqi statusunu müəyyən edən sənəd qismində birinci instansiya məhkəməsinə təqdim olunmuş məhkəmə aktları iddiaçının cavabdehlərə qarşı hazırkı iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olduqlarını təsdiq edən yazılı sübut kimi qəbul oluna bilməz. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsızlığını tələb etsə də həmin İdarə cavabdeh və ya üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Ona görə də hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair cavabdehlərin adlarına verilmiş sənədlərin etibarsız hesab edilməsi və cavabdehlərin həmin torpaq sahələrindən çıxarılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. İddiaçının sübut kimi istinad etdiyi məhkəmə aktları ilə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aid edilməsi müəyyən edilmişdir ki, hazırkı vəziyyətdə iddiaçının dövlətin adından məhkəmələrdə iddia qaldırmaq və ya hər hansı tələb irəli sürmək hüquqları iş materialları ilə müəyyən edilmir və ya iddiaçı belə bir etibarnaməni məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı öhdəlik münasibətinin subyekti deyil. İkincisi, iddiaçının öhdəlik münasibətinin obyektinə (mübahisəli torpaq sahəsi) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Torpaq sahəsi onun mülkiyyəti deyil, yaxud iddiaçının torpaq sahəsindən istifadə hüququ yoxdur. Odur ki, mövcud olmayan hüququn müdafiəsi tələb edilə bilməz. Hüququn müdafiəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Daha sonra isə, iddiaçı işə ümumiyyətlə, cəlb olunmayan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsızlığını irəli sürsə də bu etibarsızlığın nədə ifadə olunduğunu əsaslandırmamışdır. Ən azından nəzərə alınmalıdır ki, qeyd olunan torpaq (Hövsan bağ massivində yerləşən 20 L və 20 M saylı bağ sahələri) üzərində cavabdeh R.İ.Stepanovnanın mülkiyyət hüquqları Bakı şəhər İcraiyyə Komitəəsini X1 və İstismarı Birliyi tərəfindən verilmiş 28.08.1990-cı il tarixli, 17710 saylı icarə müqaviləsi, Cavabdeh2 mülkiyyət hüquqları Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən verilmiş 28.08.1990-cı il tarixli, 17711 saylı icarə müqaviləsi, digər Cavabdeh3 mülkiyyət hüquqları isə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında, habelə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 15.04.2013-cü il tarixli, 2in(82)-1447/2013 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin şəxslərə müvafiq çıxarışlar verilmişdir. Bu hallar isə çıxarışların uydurma olması barədə qənaətə gəlməyə əsas vermir. İddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı vəziyyətdə cavabdehlərin iddiaçıya hansı formada mənəvi zərər yetirməsi, iddiaçının hansı mənəvi sarsıntı keçirməsi və bu sarsıntı keçirmənin məhz cavabdehlərin hərəkəthərəkətsizlikləri ilə bağlı olması barədə iddiaçı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Eləcə də iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 40 sot torpaq sahəsində vaxtı ilə tərəfindən inşa edilmiş yardımçı tikilinin və torpaq sahəsinin hasara alınması üçün 8400 manat xərc çəkməsinə istinad etsə də bu xərcin nədən ibarət olması və hansı sənədlərlə təsdiq edilməsi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin, hesab edir ki, hazırkı iş üzrə icraata çıxarışların etibarsız hesab edilməsi hissəsində xitam verilməlidir. Belə ki, iddiaçının etibarsızlığını tələb etdiyi çıxarışlar məhz cavabdehlər tərəfindən deyil, inzibati orqan statusuna malik olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindənn cavabdehlərin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilərək sonunculara təqdim edilmişdir ki, bu zaman yalnız fiziki şəxs olan vətəndaşlara qarşı iddia qaldırmaqla mübahisəni ədalətli və qanuni həll etmək olmaz. Odur ki, məhkəmədən çıxarışların etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməsini, iddianın qalan hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2 bildirdi ki, mübahisəli torpaq sahəsi uzun illərdir ki, iddiaçı və onun ailəsinin istifadəsindədir. Bununla bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən arayış da verilmişdir. Bu arayış həqiqətə uyğundur və o da bir daha arayışın həqiqiliyini təsdiq edir. Hər bir halda mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının etibarsız hesab etmək istədiyi çıxarışlardan biri əsasında torpaq sahəsi ipoteka ilə yüklü edilərək kredit verilmişdir. Müvafiq torpaq sahəsi hazırda da Bankın xeyrinə ipoteka ilə yüklüdür. Belə bir vəziyyətdə çıxarışın etibarsız hesab edilməsi son nəticədə Bankın mənafelərinin pozulmasına gətirib çıxaracaq. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi, eləcə də digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2-1(82)-578/2018 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 22.05.2013-cü il tarixli, 449907 və 449906 nömrəli “torpaq sahəsinin planı və cizgisi” və onların əsasında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 07.06.2013-cü il tarixli, AA 049569 nömrəli və 06.06.2013-cü il tarixli, AA nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 14.10.2014-cü il tarixli, AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2019-cu il tarixli, 2-1(103)-84/2019 saylı qərarından görünür ki, üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2-1(82)-578/2018 saylı qərarı qismən – 06.06.2013cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, idiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 06.06.2013-cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli, 2-1(102)-1703/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2019-cu il tarixli, 2-1(103)-84/2019 saylı qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qərar iddianın rədd edilən hissəsində 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs Cavabdeh1 adına olan 6 iyun 2013-cü il tarixli, 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində, habelə 07 iyun 2013-cü il tarixli, 049569 saylı, 22 may 2013-cü il tarixli, 449907 saylı və 14.10.2014-cü il tarixli, 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsi barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, iş iddianın rədd edilən hissəsində, yəni 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs Cavabdeh1 adına olan 06.06.2013-cü il tarixli, 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayətinin qalan hissədə təmin edilməmiş, kassasiya 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması hissəsində mümkün sayılmamış, bu hissədə şikayətin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.10.2019-cu il tarixli, 2-1(103)-1991/2019 saylı qərarından görünür ki, üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2-1(82)-578/2018 saylı qərarı qismən – 06.06.2013cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 06.06.2013-cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2020-ci il tarixli, 2-1(102)-653/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.10.2019-cu il tarixli, 2-1(103)-1991/2019 saylı qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.10.2019-cu il tarixli, 2-1(103)-1991/2019 saylı qərarı “apellyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2-1(82)-578/2018 saylı qərarının 06.06.2013-cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilməsi, iddia tələbinin 06.06.2013-cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv olunmasının təmin edilməməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 2- 1(103)-81/2021 saylı qərarından görünür ki, üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2-1(82)-578/2018 saylı qərarı mübahisələndirilən – 06.06.2013-cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(102)-1177/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 aprel tarixli, 2-1(103)-81/2021 nömrəli qərarından üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.02.2016-cı il tarixli, 2-1(82)-344/2016 saylı qərarından görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi, 20 L saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş və Bakı şəhəri, Hövsan qəsəbəsi, 20 M saylı bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş 28.01.2013-cü il tarixli planlar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.08.2016-cı il tarixli, 2-1(103)-1275/2016 saylı qərardadından görünür ki, üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.02.2016-cı il tarixli, 2-1(82)-344/2016 saylı qərarı ləğv edilmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.11.2016-cı il tarixli, 2-1(102)-1774/2016 saylı qərarından görünür ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.08.2016-cı il tarixli, 2-1(103)-1275/2016 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.02.2017-ci il tarixli, 2-1(103)-139/2017 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.02.2016-cı il tarixli, 2-1(82)-344/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.07.2017-ci il tarixli, 2-1(102)-1074/2017 saylı qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.02.2017-ci il tarixli, 2-1(103)-139/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 0.4 ha torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsində olmuşdur. Bundan başqa, vaxtilə Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyi tərəfindən 28.08.1990-cı il tarixli icarə müqavilələri əsasında Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən müvafiq olaraq 20 L (Cavabdeh1) və 20 M (Cavabdeh2) saylı, 0.25 ha sahəsi olan torpaq sahələri icarəyə verilmişdir. Sonradan Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrı iddialarla 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinə müraciət edərək onların qeyd olunan bağ sahələrinin icarəçisi hesab edilməklə, plan-sxemin verilməsi öhdəliyinin DƏDRX-nin Bakı şəhər ərazi idarəsinin üzərinə qoyulmasını tələb etmişlər. 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsin 21.12.2012-ci il tarixli qərarları iddia təmin edilmiş, bu qərarlar əsasında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən onlara 28.01.2013-cü il tarixdə 20 L və 20 M nömrəli bağ sahələrinə dair plan hazırlanıb verilmişdir. Lakin planlar tərtib edilərkən yanlışlığa yol verilmiş, planlar faktiki olaraq İddiaçı sahibliyində və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 0.4 ha torpaq sahəsinin koordinatları üzərində tərtib edilmişdir. Bu planlar tərtib edildikdən sonra Cavabdeh1 və Cavabdeh2 bu plana uyğun “torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi üçün o zamankı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmiş, lakin Şöbə tərəfindən onların müraciətindən imtina edildiyindən onlar bu dəfə də “torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi öhdəliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması üçün 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinə müraciət etmişlər. 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi tərəfindən onların bu iddiası da təmin edilmiş, bundan sonra 22.05.2013-cü il tarixdə hər iki bağ sahəsinə plan və cizgilər verilmişdir. Bundan sonra, müvafiq plan və cizgi, icarə müqaviləsi və 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin yuxarıda qeyd edilən qərarı əsasında 20 L nömrəli bağ sahəsi Cavabdeh1, 20 M saylı bağ sahəsi isə Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, həmin şəxslərin adına hazırkı iddia ilə mübahisələndirilən çıxarışlar verilmişdir. Cavabdeh2 10.10.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə öz mülkiyyətində olan 20 M saylı bağ sahəsini Cavabdeh3 satmış, Cavabdeh3 isə öz növbəsində "xxxx" İKB ASC ilə 16.10.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlayaraq, həmin tarixdə bağlanılmış kredit müqaviləsi üzrə Bankdan götürdüyü 100 min manat məbləğində kreditin ödənilməsi ilə bağlı Bank qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə həmin 20 M saylı torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin, hazırkı iş üzrə İddiaçı iddiaları əsasında əvvəlcə müvafiq planlar, daha sonra bu planlar əsasında verilmiş “torpaq sahəsinin plan və ölçü” sənədləri 2 saylı Bakı İnzibat- İqtisadi Məhkəməsi tərəfindən ləğv edilmiş, işə bir neçə dəfə apellyasiya və kassasiya icraatı qaydasında baxıldıqdan sonra müvafiq qərarlar qüvvədə saxlanılmışdır. Həmin sənədləri ləğv edən və bu qərarı qüvvədə saxlayan məhkəmələr əsasən ona istinad etmişdir ki, müvafiq planlarda koordinatları əks olunmuş torpaq sahələri Bakı ŞİH X1 və İstismarı Birliyi tərəfindən vaxtı ilə vətəndaşlara icarəyə verilən torpaq sahələrinin yerləşdiyi ərazi daxilində olmamışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, müvafiq ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisinin hüdudları daxilindədir. Bu səbəblərdən də məhkəmələr müvafiq planların, eləcə də plan və ölçü sənədlərinin qanunauyğun tərtib edilmədiyi nəticəsinə gələrək həmin sənədləri ləğv etmişdir. Eləcə də işə baxan məhkəmələrin yekun mövqeyi o olmuşdur ki, İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da həmin torpaq sahəsi üzrə verilmiş plan, plan və ölçü sənədlərini mübahisələndirməyə subyektiv hüququ olan şəxsdir. Hətta Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06.11.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı sırf bu səbəbdən - İddiaçı subyektiv hüququnun tanınmaması səbəbindən ləğv edilmiş, qərarda açıq şəkildə göstərilmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə uzun illər ərzində sahiblik etdiyinə görə onun bu torpaq sahəsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ vardır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin bu mövqeyi sonradan işə təkrar baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən də təkrarlanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iddianı qaldırmağa İddiaçı subyektiv hüququnun olması mübahisəsizdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən İddiaçı məhz planların və plan və ölçü sənədlərinin ləğv edilməsi ilə bağlı iddialarla məhkəməyə müraciət etməyə subyektiv hüququ tanınsa da iddiaçının hazırda mübahisələndirdiyi çıxarışlar da məhz həmin sənədlər əsasında verildiyindən onun əvvəlki iddialarla bağlı subyektiv hüququnun tanınması hazırkı iddiayla bağlı da məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun tanınması deməkdir. Odur ki, məhkəmə cavabdehlərin “iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması” ilə bağlı iddiaya etirazının dəlillərini əsassız hesab edir və cavabdehlərə xatırladır ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı) Cavabdehlərin iddiaya etirazının bir digər dəlili isə işin aidiyyəti ilə bağlıdır. Belə ki, cavabdehlərin vəkili tərəfindən məhkəməyə “iş üzrə icraata hissəvi xitam verilməsi”nə dair vəsatətlə müraciət edilmiş, vəsatətdə qeyd edilmişdir ki: “İddiaçının etibarsızlığını tələb etdiyi çıxarışlar cavabdehlər tərəfindən deyil, inzibati orqan statusuna malik olan DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlərin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilərək sonunculara təqdim edilmişdir ki, bu zaman yalnız fiziki şəxs olan vətəndaşlara qarşı iddia qaldırmaqla mübahisəni ədalətli və qanuni həll etmək olmaz”. Lakin məhkəmə nə bu vəsatətlə, nə də iddiaya etirazın bu hissədə dəlilləri ilə razılaşmır. Belə ki, çıxarışları verən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin inzibati orqan olması hələ o demək deyil ki, bu orqan tərəfindən verilən istənilən sənəd, eləcə də çıxarış inzibati akt kimi qəbul edilərək istənilən halda inzibati icraat qaydasında mübahisələndirilməlidir. Məhkəmə bu hissədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyi xatırlatmağı zəruri hesab edir. Həmin Qərarda qeyd edilir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hazırda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin Qərarda məhkəmələrin qarşısında konkret tələb qoyulmuşdur ki: “Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir”. Yekunda, həmin Qərarda belə nəticəyə gəlinmişdir ki: “1. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun məsələ ilə bağlı yekun mövqeyi ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı mübahisələrə baxılarkən məhkəmələr bu Çıxarışı verən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati orqan olması ilə kifayətlənməməli, iddia tələbinin əsasını təşkil edən mübahisənin mahiyyətini təhlil etməli, mübahisənin inzibati, yaxud mülki xarakterli olmasını aydınlaşdırmalıdır. Hazırkı işdən görünür ki, iddiaçının etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etdiyi Çıxarışlar torpaq sahələrinin plan və cizgiləri, müvafiq icarə müqavilələri və bu plan və cizgilərin verilməsinə dair məhkəmə qərarları kimi sənədlər əsasında əldə edilmişdir. Bu sənədlərdən ilki (plan və cizgi) inzibati akt deyil, eləcə də artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Digər sənəd – icarə müqavilələri də özlüyündə inzibati akt olmamaqla yanaşı, bu müqavilələrin mötəbər sənəd olmadığı, müqavilələr üzrə icarəyə verilmiş torpaq sahələrinin icarəyə verənin (Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyinin) balansında olmadığı, dolayısı ilə faktiki olaraq müqavilələrin qanunsuz bağlanıldığı iş materiallarında olan, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında müəyyən edilmiş, hətta iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 05.04.2021-ci il tarixli qərarında bu icarə müqavilələri onların mötəbərliyinə şübhə yaradan bir neçə məqama görə (müqavilələrin arxiv əsaslarının olmaması, müqavilələr ilə verilən torpaq sahələrinin ölçüsünün həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmaması, müqavilələrin ayrılmaz tərkib hissəsi olan torpaq sahəsinin təsdiq edilmiş planının olmaması və s.) mötəbər sübut kimi qəbul edilməmiş, bu barədə qərarda açıq şəkildə qeyd edilmiş, qərar işə kassasiya icraatı qaydasında baxan Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılmışdır. Çıxarışın əldə edilməsinə əsas olmuş bir digər sənəd olan məhkəmə qərarı isə aydındır ki, inzibati akt deyil. Digər cavabdeh – Cavabdeh3 verilmiş çıxarış isə ümumiyyətlə, mülki hüquqi əqd - alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyi nəzərə alıb, konkret mübahisənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmişdir ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, iddiaya etirazda qeyd edilir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə cavabdeh və ya üçüncü şəxs kimi iə cəlb edilməmiş, bununla da prosessual pozuntuya yol verilmişdir. Məhkəmə cavabdehlərin diqqətinə çatdırır ki, etirazda qeyd ediləndən fərqli olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilərək məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə etirazın dəlillərini bu hissədə də əsassız hesab edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iddia ərizəsində etibarsızlığı tələb edilən hər üç çıxarışın etibarsız hesab edilməsi nəticəsinə gəlir. Məhkəmə bu zaman nəzərə alır ki, Çıxarışın verilməsinə əsas olmuş plan və ölçü sənədləri qanuni qüvvəyə minmiş məhkəmə qərar ilə ləğv edilmişdir. Bu sənədlərin ləğv edilməsinin hüquqi nəticəsi isə həmin sənədlər əsasında verilmiş Çıxarışların ləğv edilməsidir. Belə ki, torpaq sahəsinin plan və ölçü sənədləri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına əsas verən sənədlərdən biridir. Bu sənədin olmaması, yaxud sonradan ləğv edilməsi aparılmış dövlət qeydiyyatının da etibarsızlığına səbəb olur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: ...6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: ...10.2.2. torpaq sahəsinin planı və ölçüsü ... Eləcə də müvafiq icarə müqavilələrinin mötəbər sənəd olmaması da artıq yuxarıda əsaslandırılmışdır. Odur ki, məhkəmə hesab edir ki, bu Çıxarışların qüvvədə saxlanılması üçün heç bir hüquqi əsas olmadığından Çıxarışlar etibarsız hesab edilməlidir. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, çıxarışların etibarsızlığı halında vicdanlı alıcılar əmlakla bağlı əldə etdikləri hüquqları özlərində saxlasalar da məhkəmə müvafiq torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən geri alınması nəticəsinə gəlir. Çünki, məhkəmə Cavabdeh3 vicdanlı alıcı hesab etmir. Nəzərə alınsa ki, Cavabdeh1 fərqli olaraq, Cavabdeh3 mübahisəli torpaq sahəsi üzrə ona mülkiyyət hüququ verən Çıxarışı müvafiq icarə müqaviləsi, plan-ölçü sənədləri əsasında yox, alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 alaraq əldə etmişdir. Lakin məhkəmə onu əmlakın vicdanlı alıcı kimi qəbul edə bilmir. İlk növbədə ona görə ki, müvafiq torpaq sahəsi Cavabdeh3 mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alındıqdan və ona çıxarış verildikdən (15.10.2014) cəmi bir gün sonra (16.10.2014) o, həmin torpaq sahəsini "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edərək Bankdan 100000 (yüz min) manat məbləğində kredit götürmüş, kredit öhdəliyini lazımınca icra etmədiyindən tələb ipoteka predmeti olan əmlaka yönəldilmişdir. Cavabdehin torpaq sahəsini adına keçirdikdən cəmi bir gün sonra Bankdan külli miqdarda kredit götürdüyünü diqqətdə saxlayan məhkəmə hesab edir ki, Cavabdeh3 artıq müqavilə bağlayarkən torpaqla bağlı mübahisə olduğunu bilirdi və bilməli idi, lakin o, bununla bağlı tədbir görmək, bunu mübahisələndirmək əvəzinə, ona dəymiş zərəri kompensassiya etmək məqsədilə torpaq sahəsini adına keçirdikdən dərhal sonra ipoteka ilə yüklü edib Bankdan kredit götürmüşdür. Sonradan kredit öhdəliklərini lazımınca icra etmədiyindən tələbin ipoteka predmetinə yönəlmiş olduğu nəzərə alındıqda, məhkəmə Cavabdeh3 öz mülkiyyətində olan torpaq sahəsi ilə bağlı mübahisə olduğunu əvvəlcədən bilməsi, elə bu səbəbdən ona dəymiş zərəri kompensasiya etmək məqsədilə torpağı bankın xeyrinə ipoteka ilə yüklü edərək əldən çıxartmaq istəməsini ağlabatan hesab edir. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, digər Cavabdeh1 fərqli olaraq, Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsinin öz adına verilmiş plan və ölçü sənədinin ləğv edilməsi ilə bağlı çıxarılmış birinci instansiya məhkəməsinin qərarından heç bir apellyasiya şikayəti verməmiş, müvafiq inzibati iş üzrə məhkəmə mübahisəsinin digər tərəflərin apellyasiya və kassasiya şikayətləri əsasında üç il müddətində davam etmiş olmasına və özü də bir neçə məhkəmə prosesində iştirak etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qərarını özünə münasibətdə heç vaxt mübahisələndirməmiş, müvafiq qərarla ona aid hissədə birinci instansiya məhkəməsinin qərarından etibarən razılaşmışdır. Bütün bunlar əsasında məhkəmə Cavabdeh3 müvafiq torpaq sahəsinin vicdanlı alıcısı olmadığı, torpaqla bağlı mübahisə olduğunu bilə-bilə, təcili olaraq Bankdan kredit götürüb ipoteka ilə yüklü edib əldən çıxararaq, ona dəymiş ziyanı kompensasiya etmək məqsədilə torpağı aldığı nəticəsinə gəlir və Cavabdeh3 torpaq sahəsinin vicdanlı alıcısı hesab etmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-yə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh3 13.10.2014-cü il tarixdə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlayaraq 5000 (beş min) manata aldığı torpaq sahəsini 15.10.2014-cü il tarixdə öz adına qeydiyyata aldırdıqdan bir gün sonra həmin torpaq sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü edərək Bankdan 100000 (yüz min) manat məbləğində kredit götürmüş, ipoteka müqaviləsində əmlak 170000 (yüz yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. Yəni Bank 3 gün əvvəl 5000 manata satılmış torpaq sahəsini 3 gün sonra 170000 manata qiymətləndirmiş, bunun müqabilində cavabdehə 100000 manat məbləğində kredit vermişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "xxxx" ASC bağladığı istənilən ipoteka müqaviləsi üzrə ipoteka predmetinin qiymətini ipoteka qoyanla qarşılıqlı razılıq əsasında istənilən məbləğdə müəyyən edə bilər. Yəni, "xxxx" ASC xeyrinə ipoteka ilə yüklü edilmiş torpaq sahəsini real dəyərindən dəfələrlə çox qiymətə qiymətləndirməkdə tam sərbəstdir. Lakin bu zaman əmlakın bu cür qeyri-adekvat qiymətləndirilməsi ilə bağlı riski öz üzərinə götürmüş olur. Hazırkı vəziyyətdə də iddiaçı "xxxx" ASC 5000 manata alınmış torpaq sahəsini 170000 manata qiymətləndirərək ipoteka ilə yüklü etmişdirsə, bununla bağlı riskləri özü daşıyır. Bu baxımdan məhkəmə müvafiq Çıxarışın etibarsız hesab edilməsini Bankın mənafeyi baxımından qeyri-qanuni hesab etmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müvafiq Çıxarışların etibarsız hesab edilməsi cavabdehlərin mənafeyinə zidd kimi görünsə də həm Cavabdeh1, həm də Cavabdeh2 müvafiq çıxarışların verilməsinə əsas olmuş planları, eləcə də plan və ölçü sənədlərini qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında aldığı, sadəcə olaraq məhkəmə qərarlarının yanlış – başqa koordinatlarda yerləşən torpaq sahəsi üzrə icra olunduğu nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, müvafiq plan, eləcə də plan və ölçü sənədlərinin verilməsi öhdəliyinin aidiyyəti inzibati orqanların üzərinə qoyulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan onların gələcəkdə bu qərarların düzgün icra olunmasını həmin orqanlardan tələb etməsi istisna edilmir. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsində vaxtilə tərəfindən tikilmiş yardımçı tikililərin və torpaq sahəsinin hasara alınması üçün çəkilmiş ümumi 8400 manat xərcin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə bu tələbini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə son olaraq, mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Ramazanov və digərlərinin” işi üzrə 29 oktyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəalarının olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. Adı çəkilən qərarın mənası məhkəmələrin Konvensiyanın zərərçəkən tərəfə ədalətli təzminatın kəsilməsi haqqında 41-ci maddəsinə birbaşa müraciətidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsində qeyd edilir ki, əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir” Göründüyü kimi, mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə müraciət etmək məhkəmələrə tövsiyə edilmişdir. “Kletsova Yusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X9 Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, pozuntunun xarakteri nəzərə alınaraq müvafiq çıxarışların etibarsız hesab edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 08.06.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın, Cavabdeh2 11.06.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın və X4 15.10.2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli Çıxarışlar etibarsız hesab edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 0.4 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X3 qeyri-qanuni sahibliyindən alınaraq iddiаçı İddiaçı verilməlidir. Son olaraq, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiа qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 08.06.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın, Cavabdeh2 11.06.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın və X4 15.10.2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli Çıxarışlar etibarsız hesab edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən 0.4 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və X3 qeyri-qanuni sahibliyindən alınaraq iddiаçı İddiaçı verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar