Məhkəmə qərarları › İş №2(010)-1706/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1706/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1706/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2, Veteranları və X7 Birliyin Suraxanı rayon Şöbəsinə qarşı müqavilə şərtlərinin icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi *. İddiaçı cavabdeh X2, Veteranları və X7 Birliyin Suraxanı rayon Şöbəsinə qarşı müqavilə şərtlərinin icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2, Veteranları və X7 Birliyinin Suraxanı rayon şöbəsi arasında Bakı şəhəri 37 saylı dövlət notariat kontorununda imzalanmış "X8 X*" AN-İ seriyalı, 0*62775 nömrəli, 23 yanvar 20**-ci il tarixli Müqavilənin şərtlərinin icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri

2. *-ci Qarabağ müharibəsinin İİ-ci qrup əlili atası X4 *4 sentyabr 20*0-cu il tarixdə "qırtlağın eroziyası" xəstəliyi səbəbilə dünyasını dəyişəndən sonra cavabdeh X2, Veteranları və X7 Birliyinin Suraxanı rayon şöbəsi tərəfindən ona yardımçı təsərrüfatın yaradılması üçün verilməsi nəzərdə tutulmuş torpaq sahəsi onun- İddiaçı adına notarial qaydada rəsmiləşdirilmişdir. Belə ki, Bakı şəhəri 37 saylı dövlət notariat kontorunda X2, Veteranları və X7 Birliyinin Suraxanı rayon şöbəsinin İdarə Heyətinin sədri X6 ilə onun arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 0060**002922 reyestr və ***0066568 qeydiyyat nömrəsi olan 23.09.20*0-cu il qeydiyyat tarixli, MA seriyalı, 0**9403 saylı çıxarış əsasında yardımçı təsərrüfatın təşkil olunması üçün onun daimi istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yerləşən 3.839 (üç min səkkiz yüz otuz doqquz) ha. torpaq sahəsinin 0.02 ha.-dan ibarət olan hissəsinin ona daimi əvəzsiz X* 23 yanvar 20**-ci il tarixində AN-İ seriyalı, 0*62775 nömrəli Müqavilə imzalanmışdır. *-ci Qarabağ müharibəsi əlili 52 yaşlı atası X4 *4 sentyabr 20*0-cu il tarixdə dünyasını dəyişəndən sonra ailəvi olaraq uzun müddət özlərinə gələ bilməmişlər. Çünki onlar sağlamlığını Vətən yolunda qurban vermiş ailə başçısını itirmişlər. *9*4-cü ilin əvvəlindən başlayaraq 23 yanvar 20**-ci il tarixli, AN-İ seriyalı, 0*62775 nömrəli Müqaviləyə əsasən notarial qaydada ona yardımçı təsərrüfatın yaradılması üçün daimi əvəzsiz istifadəyə verilmiş 0.02 ha.-dan ibarət olan torpaq sahəsinə Çıxarış almaq imkanının olması ilə bağlı yazılı və şifahi olaraq bir neçə dafə X2, Veteranlan və X7 Birliyinin Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Hər dəfə də ona deyilib ki, problemləri həll edəcəyik və Çıxarış alacaqsan. Çünki, ondan-bundan eşidirmiş ki, yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahələrinə vətəndaşlar çıxarış ala bilmirlər. "X8 X*" AN-İ seriyalı, 0*62775 nömrəli 23 yanvar 20**-ci il tarixli Müqavilə imzalanandan sonra yuxarıda qeyd olunmuş 0.02 hektardan ibarət olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq Çıxarışın ona verilməsi üçün dəfələrlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, hər dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi yuxarıda qeyd olunmuş 0.02 hektardan ibarət olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmiş və imtinasını şərti sərhədlənmiş torpaq sahəsinin *24.0 kv. metrinin sənəd üzrə sahədən kənarda yerləşməsi, bölgü sxemində perimetrik ölçülərin və istinad nöqtələrinin qeyd olunmaması ilə əsaslandırmışdır. Daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilıməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sahəsi 0.02 ha-dan ibarət mübahisəli torpaq sahəsi üzərində hüququ onun *24 kv. metrinin sənəd üzrə sahədən kənarda yerləşməsi səbəbindən cavabdeh tərəfindən tanınmadığına görə o, məcbur qalıb iddia tələbinin dəqiqləşdirilməsinə dair - "X8 X*" 23.0*.20**-ci il tarixli, AN-İ 0*62775 nömrəli müqaviləyə əsasən onun istifadəsinə verilmiş 76 kv.m. torpaq sahəsi üzərində daimi istifadə hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahişi ilə bağlı ərizəni məhkəməyə təqdim etmişdir. Bakı İnzibati Məhkəməsi iddia tələbimin dəqiqləşdirilməsinə dair ərizəmdə qeyd edilən məzmunda iddiasının təmin edilməsi barədə 2-*(**2)-4848/2023 saylı, *9.07.2023cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. X2, Veteranları və X7 Birliyinin Suraxanı rayon şöbəsi ilə aralarında notarial qaydada bağlanmış AN-İ seriyalı, 0*62775 nörəй 25yanvar 20**-ci il tarixli Miüqavilədə daimi, əvəzsiz onun istifadəsinə verilmiş torpaq sahəsi 0.02 ha. (200 kv.m.) göstərilsə də o, faktiki olaraq həmin torpaq sahəsinin 76 kv. metrinə, yəni müqavilədə göstəriləndən *24 kv.m. az torpaq sahəsinə çıxarış almışdır. Yuxarıda qeyd edilən AN-İ seriyalı, 0*62775 nömrəli 23 yanvar 20**-ci il tarixli Müqavilənin *.3-cü bəndində göstərilmişdir: "Birinci tərəf bu Müqavilə notariat qaydasında təsdiq edildiyi gündən sonra ertəsi gündən başlayaraq üç gün müddətində həmin Müqavilənin *.2-ci bəndində göstərilən 0.02 ha. torpaq sahəsini ikinci tərəfə təhvil verməyi öhdəsinə götürür”. Beləliklə, cavabdeh X2, Veteranları və X7 Birliyi Suraxanı rayon şöbəsi İdarə Heyətinin sədri X6 ilə onun arasında 23 yanvar 20**-ci il tarixdə Bakı şəhəri 37 saylı dövlət notariat kontorununda imzalanmış AN-İ seriyalı, 0*62775 nömrəli müqavilənin şərtlərini icra etməmişdir. Bu səbəbdən də hesab edir ki, məhkəmə cavabdehlə onun aramda 23 yanvar 20**-ci il tarixdə Bakı şəhəri 37 saylı dövlət notariat kontorunda imzalanmış AN-İ seriyalı, 0*62775 nömrəli Müqavilənin şərtlərinin icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul etməlidir.

Tərəflərin izahatları

3. Cavabdeh X2, Veteranları və X7 Birliyin Suraxanı rayon Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, atası xəstə olduğundan və daha sonra dünyasını dəyişdiyindən məhkəməyə gec müraciət edə bilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

İş materialları

5. 23.0*.20**-ci il tarixli X8 X* müqavilədən görünür ki, X2, Veteranları və X7 Birliyi tərəfindən doqquzu mart iki min birinci ildə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərən X2, Veteranları və X7 Birliyi Suraxanı rayon şöbəsi onun İdarə Heyətinin sədri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Şimal” yaşayış sahəsi döngə *0, ev 4-də yaşayan X3 şəxsində (gələcəkdə «Birinci tərəf» adlanacaq) bir tərəf və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, ev *00, mənzil 34-də yaşayan İddiaçı (gələcəkdə «İkinci tərəf» adlanacaq) digər tərəf, həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar. *.*. Birinci tərəf, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 0060**002922 reyestr və ***0066568 qeydiyyat nömrəsi olan 23.09.20*0-cu il qeydiyyat tarixli, MA seriyalı, 0**9403 saylı çıxarış əsasında yardımçı təsərrüfatın təşkil olunması üçün onun daimi istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yerləşən 3.839 (üç min səkkiz yüz otuz doqquz) ha. Torpaq sahəsinin 0,02 ha.-dan ibarət olan hissəsini yardımçı təsərrüfatın təşkil olunması üçün Qarabağ müharibəsi əlilli (Qarabağ müharibəsi əlillik vəsiqəsi: Seriya №*02039, 2*.0*.2009-cu il tarixdə X2, Veteranları və X7 Birliyi tərəfindən verilmiş) İkinci tərəfin əvəzsiz daimi istifadəsinə verir (istifadəyə verilən 0.02 ha. torpaq sahəsinin bölgü sxemi bu Müqaviləyə əlavə olunur). *.2. İkinct tərəf yardımçı təsərrüfatla məşğul olmaq üçün Birinci tərəfin ona əvəzsiz daimi istifadəyə verdiyi torpaq sahəsini qəbul etməyi öhdəsinə götürür. *.3. Birinci tərəf bu Müqavilə notariat qaydasında təsdiq edildiyi gündən sonra ertəsi gündən başlayaraq üç gün müddətində həmin Müqavilənin *.2-ci bəndində göstərilən 0,02ha. torpaq sahəsini İkinci tərəfə təhvil verməyə öhdəsinə götürür.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin **23*80840 qeydiyyat nömrəli və 04.*2.2023-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı r-nu, Hövsan qəs, Şimal-qərbi hissəsində 0.0076 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin *9.07.2023-cü il tarixli, 2-*9**20-4848/2023 saylı qərarından görünür ki, “X8 X*” 23.0*.20**-ci il tarixli, AN-İ № 0*62775 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yerləşən, 76,0 kv.m torpaq sahəsinə İddiaçı daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

8. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 07.06.20*9-cu il tarixli, 2(0*0)-3647/20*9 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X2, Veteranları və X7 Birliyin Suraxanı rayon Şöbəsinə qarşı öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır.

9. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin **.03.2022-cü il tarixli, 2(0*0)-728/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X2, Veteranları və X7 Birliyin Suraxanı rayon Şöbəsinə qarşı maddi və mənəvi zərərin əvəzini ödənilməsi tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. *0. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)-25*2/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X2, Veteranları və X7 Birliyin Suraxanı rayon Şöbəsinə qarşı maddi və mənəvi zərərin əvəzini ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. **. AZ-İ 3962*9 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 *4.09.20*0-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *6.09.20*0- cu ildə 856 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları

*2. İşin faktiki halları ondan ibarətdir ki, qeyd olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yerləşən, 76,0 kv.m torpaq sahəsinə İddiaçı daimi istifadə hüququ mövcuddur. Həmçinin Bakı şəhəri, Suraxanı r-nu, Hövsan qəs, Şimalqərbi hissəsində 0.0076 ha torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir.

Tətbiq edilən hüquq *3. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.*. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Maddə 44. Hüquqi şəxsin hüquq qabiliyyəti 44.*. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 49-*. Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası 49-*.*. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: 49-*.*.*. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; 49-*.*.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;

*4.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.*. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

Məhkəmənin mövqeyi

*5. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbini X2, Veteranları və X7 Birliyin Suraxanı rayon Şöbəsinə qarşı deyil, X2, Veteranları və X7 Birliyin özünə qarşı irəli sürməlidir.

Məhkəmə xərcləri

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. *7. Həmin Məcəllənin **4.*.4-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. *8. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

Məhkəmənin gəldiyi nəticə

*9. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2, Veteranları və X7 Birliyin Suraxanı rayon Şöbəsinə qarşı müqavilə şərtlərinin icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh X2, Veteranları və X7 Birliyinin Suraxanı rayon şöbəsinə qarşı “müqavilə şərtlərinin icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar