Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1716/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilməsinə tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14, 81 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçıya məxsus olan mənzilə dair Azərbaycan Respublikası Bakı səhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən seriya ÖM № 179053 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh1 iddiaçının keçmiş gəlinidir. Cavabdeh2, cavabdehin oğlu, iddiaçının nəvəsidir. Hal-hazırda cavabdehlər olan Cavabdeh1 Paşa qızı və Cavabdeh2 iddiaçıya məxsus evdə yaşamırlar. Belə ki, cavabdehin oğlu X5 ilə ailə münasibətləri 2006-cı ildə pozulmuş və cavabdeh iddiaçıya məxsus olan mənzildən həmin il çıxıb getmişdir. Onların arasında olan nikah 2009-cu ildə pozulmuşdur və Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh hal-hazırda iddiaçının ailə üzvü deyil. Cavabdehlə artıq 14 ildir ki, heç bir əlaqələri yoxdur. Bununla yanaşı bildirir ki, cavabdehin qeydiyyatının mənzilə olması formal xarakter daşıyır. Cavabdehlərin əvəzinə ödənişlər etməli olur. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzilə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər iddiaçının mülkiyyətçi kimi hüquqları da pozur. Əvvəla, onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Təəsüf ki, həmin ödənişlər bu gün də alınır İkincisi, də cavabdehin mənzildə qeydiyyatda qalması həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onun razılığının alınması əlavə problemlər yarada bilər. Qeyd edir ki, şəxsin pasport qeydiyyatı onların yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması səxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması amma iddiaçının mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Bununla əlaqədar iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14, 81 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14, 81 saylı mənzilinə istifadə hüququnun olmamasını müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materillarında olan: Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməyə əsasən iddiaçı X4 Cavabdeh1 qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, X5 ilə Cavabdeh1 arasında xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 479 nömrə ilə qeydə alınmış nikahın pozulması, X5 ilə Cavabdeh1 birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 boşanmadan sonra anası Cavabdeh1 yanında qalması barədə qətnamə qət edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 179053 saylı xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14, 81 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə 340 saylı reyestr kitabında 49081 səhifə qeydə alma 30/30170 sayla xx.xx.2004cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Suraxanı rayonu 104 sayl MKİS tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli arayışına əsasən Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin 2006-cı ildən həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Suraxanı rayonu 104 sayl MKİS tərəfindən veilmiş arayışa əsasən ünvan 1 ünvanında Cavabdeh1 2004-cü ildən qeydiyyatdadır, Cavabdeh2 2004-cü ildən qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilmiş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı tam mülkiyyətindədir. Cavabdeh1 ilə oğlu X5 xx xxxxxxxx 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli qətnaməyə əsasən iddiaçı X4 Cavabdeh1 qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, X5 ilə Cavabdeh1 arasında xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 479 nömrə ilə qeydə alınmış nikahın pozulması, X5 ilə Cavabdeh1 birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 boşanmadan sonra anası Cavabdeh1 yanında qalması barədə qətnamə qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi mübahisəli mənzili 2004-cü ildə öz adına qeydə alınması ilə əlaqədar və cavabdeh həmin tarixdə həmin ünvana yaşaması qeydə alındığından cavabdehin həmin sahədən istifadə hüququ ilə bağlı hüquqi münasibətlər 2004-cı ildə yaranmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, mübahisəli mənzil cavabdehin iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduğundan sonra, yəni 2004-cü ildə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.Cavabdeh iddiaçının keçmiş gəlinidir. 2004-cü ildən qeydiyyatdadır və həmin ünvanda yaşamışdır. 2004-cü ildə sonuncunun mülkiyyətində olan mənzilə köçdüyü işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarlardakı hüquqi mövqeyinə uyğun olaraq sorğunun və müraciətin predmeti ilə bağlı mülkiyyət hüququ ilə istifadə hüququ arasında yaranan qarşılıqlı əlaqələrin hüquqi təhlilinin aparılmasını zəruri hesab edir, Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasi mülki məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan respublikasi konstitusiya məhkəməsi plenumunun qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəsi gedən mənzilin mülkiyyətçisi olmuş Potapova X1 Yuriy Leonidoviç arasında nikah münasibətlərinə xx.xx.2009-cu il tarixdə xitam verilmiş, mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən notarial qaydada təsdiq olunmuş razılıq verilməmiş və beləliklə onun mübahisəli mənzildə istifadə hüququ yaranmamaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdehlər ddiaçının mənzilində yaşamasa da mənzildə onun pasport qeydiyyatı kimi formal olaraq saxlanılmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçının mənzilində uzun müddət yaşamamış, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ mənzil qanunvericiliyinin müddəalarına görə xitam verildiyindən cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 mənzilə istifadə hüququ olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddia ərizəsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına dair istifadə hüququ olmaması müəyyən edilsin. Bu qətnamə Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14, 81 saylı mənzilə olan qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1716/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1716/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver