Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1717/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6248 manat məbləğində pul vəsaitinin və ödənilmiş 83 manat məbləğində dövlət rüsumu, cəmi 6331 manat alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək izahatında göstərdi ki, Cavabdeh ilə 25 mart 2022-ci il tarixdə icarə müqaviləsi imzalamışlar. Sadə yazılı formada bağlanmış olduqları müqaviləyə əsasən gündəlik icarə haqqı 13 manat ödəməklə Grandlux-Job 2 markalı, LJTCB1B5MC515985 seriyalı məhsul icarəçinin istifadəsinə verilmişdir. Cavabdeh keçən müddət ərzində öhdəliyə dair heç bir ödəniş etməmiş, ona məxsus olan mopedi isə ondan xəbərsiz başqa bir şəxsə satmışdır. Dəfələrlə icarə haqqı və mopedin dəyəri 2400 manat pul vəsaitini tələb etməsinə baxmayaraq, cavabdeh bu günə qədər onu gözlətmiş və sonda isə ödənişi ödəməkdən boyun qaçırmışdır. Cavabdeh müqavilə bağlandığı andan etibarən müqavilə üzrə öhdəliyini icra etməməklə pozuntuya yol vermişdir. Bu günədək icarə haqqından, yəni 3848 manat məbləğində pul vəsaitindən ona heç bir ödəniş edilməmişdir. Qeyd olunanlara əsasən icarəçinin satmış olduğu Grandlux- Job 2 markalı, LJTCB1B5MC515985 seriyalı məhsulun dəyəri 2400 manat pul vəsaitinin, 3848 manat icarə haqqının və ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o iddiaçı ilə Topazda tanış olmuşdur. İddiaçı ona inanaraq mopedi ona vermiş, lakin onun maddi imkanı olmadığından o mopedi satmaq qərarına gəlmişdir. Cavabdeh ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, yəni 4680 manat məbləğində pul vəsaitinin ondan tutularaq iddiaçının xeyrinə ödənilməsinə etirazı olmamasını bildirmiş, lakin həmin pul vəsaitini aylıq olaraq ona 30-50 manat olmaqla ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 mart 2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Grandlux-Job 2 markalı, LJTCB1B5MC515985 seriyalı məhsulun 12 ay müddətində cavabdehin himayəsində qalması məcburi xarakter daşıyır, bu 12 aylıq müddət ərzində cavabdeh gündəlik 13 Azərbaycan manatı olmaqla iddiaçıya ödəniş etməlidir, 12 ayın sonunda isə, ödəniş tamamlanıbsa məhsul artıq tamamilə cavabdehin himayəsinə keçir və sahibkar statusu alır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 699. Kirayəyə verilmiş əşyaların özgəninkiləşdirilməsi. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 25 mart 2022-ci il tarixdə tərəflər İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Grandlux-Job 2 markalı, LJTCB1B5MC515985 seriyalı məhsulun 12 ay müddətində cavabdehin istifadəsinə vermiş və 12 aylıq müddət ərzində cavabdeh gündəlik 13 manat olmaqla iddiaçıya ödəniş etməsini və 12 ayın sonunda isə, ödəniş tamamlandıqdan sonra məhsul tamamilə cavabdehin mülkiyyətinə keçməsi ilə bağlı razılıq əldə olunmuşdur. İddiaçı məhkəmə iclasında icarə predmetini cavabdehə təhvil verildiyini, cavabdeh isə həmin icarə obyektini təhvil aldığını, sonradan satdığını, lakin icarə müqaviləsi üzrə ödənilməli olan (13x30günx12ay) 4680 manat məbləğində icarə haqqının iddiaçıya ödənilməsinə etiraz etmədiyini, lakin həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, ödəniş tamamlandıqdan sonra icarə predmetinin tamamilə cavabdehin mülkiyyətinə keçməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunduğundan və hal-hazırda icarə predmeti cavabdeh tərəfindən satıldığından, Cavabdeh 4680 manat məbləğində pul vəsaiti və 83 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4680 (dörd min altı yüz səksən) manat məbləğində pul vəsaiti və 83 (səksən üç) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1717/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1717/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver