Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1719/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun qeyri-rəsmi nikahdan 08.01.2000-ci ildə anadan olmuş Yekaterina adlı qızının doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirmişdir ki, onun əvvəlki qeyri-rəsmi nikahından Aleksandra və Roman adlı uşaqları doğulmuş və ikinci qeyri-rəsmi nikahından isə iki qızı doğulmuşdur. Birinci nikahdan olan övladlarının sənədləri olsa da, ikinci nikahdan doğulan övladları ev şəraitində doğulduğundan sənədləri yoxdur. Onun 08.01.2000-ci il tarixdə qeyri-rəsmi nikahdan ev şəraitində bir qız övladı anadan olmuşdur. Lakin həmin zaman uşağın doğulması barədə heç bir rəsmi sənəd almamışdır. Halhazırda həmin qeyri-rəsmi nikahdan doğulmuş Yekatirina adlı qızının 21 yaşı vardır. Ona doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən onun müraciətinə 09.09.2020-ci il tarixli məktubu ilə imtina edilmiş, doğum haqqında şəhadətnamənin verilməsinin yalnız bu barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olması bildirilmişdir. Onun qızı hal-hazırda ailə qurmuş və onun iki azyaşlı uşağı vardır. Lakin onun sənədləri qaydasında olmadığından azyaşlı uşaqların da sənədləri yoxdur. Ona doğum haqqında şəhadətnamə alınmalıdır ki, şəxsiyyət vəsiqəsi alınsın və bundan sonra azyaşlı uşaqlara da doğum şəhadətnaməsi alınmalıdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Ərizəçi onun anasıdır. Onun anasi iki dəfə qeyri-rəsmi nikahda olmuş, birinci nikahından o və qardaşı Roman anadan olmuşdur. İkinci nikahından isə iki bacısı anadan olmuşdur. Onun bacısı Yekaterina evdə doğulmuş və onun sənədləri yoxdur. Onun doğum şəhadətnamə olmadığından o məktəbə getməmiş və təhsil almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi uzun müddətdir ki, tanıyır. Belə ki, o həmin ərazidə sahə həkimidir. Ərizəçi hamilə olanda görmüşdür. O qızını ev şəraitində dünyaya gətirmiş, bu səbəbdən də uşağın sənədləri olmamışdır. O sahə həkimi kimi uşaq dünyaya gələndən 3 günlüyündə onu qeydiyyata götürmüş və dəftərdə qeyri-rəsmi nikahdan anadan olması barədə qeydiyyat aparmışdır. Ərizəçi tərəfindən uşaq hər ay vaxtında poliklinikaya gətirilmiş və bütün peyvəndləri vurulmuşdur. Hazırda Yekaterina böyükdür və o ailə qurmuşdur. Onun övladları da poliklinikada qeydiyyatdadırlar və sahə həkimi kimi onları da qeydiyyata götürmüşdür. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi uzun müddətdir ki tanıyır. O, 30-cu Polis Bölməsində işləmiş və həmin vaxtdan ərizəçini tanımışdır. Belə ki, Ərizəçi bir oğlu üç qızı vardır. Yekaterina adlı qızı ev şəraitində doğulmuşdur, lakin onun sənədləri yoxdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi 08.02.2000-ci il tarixdə doğulmuş qızının doğumunun qeydə alınmasına dair müraciətinə cavab olaraq bildirilmişdir ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 03.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, araşdırma zamanı anası Ərizəçi olan 22.05.1992-ci il təvəllüdlü X1 doğumunun 29.01.1993-cü ildə, 30.05.1993-cü il təvəllüdlü X6 doğumunun isə 02.12.1993-cü ildə nikahda olmayan ananın ərizəsi əsasında Bakı şəhəri Maraqlı şəxsndə qeydə alındığı müəyyən edilmişdir. İş materiallarında olan 11 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Onun ailə tərkibi: qızı- X2, oğlu-X9, qızı- X3, qızı X7, nəvələri, X13, X11 qızı və X10r. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında dindirilən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən olunur ki, ərizəçinin qız övladı 08.01.2000-ci ildə ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və onların birgə yaşayış dövründə 08.01.2000-ci il tarixdə anadan olmuş qızının doğum haqqında şəhadətnaməsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, azyaşlı uşağın mənafeyini nəzərə alaraq, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi 08.01.2000-ci ildə Bakı şəhərində bir qız uşağı doğması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 08.01.2000-ci ildə Bakı şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğumun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1719/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1719/2021
30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver