Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1721/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı cavabdeh Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru X5 qarşı “işə bərpa və əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunan günə qədər məcburi işə buraxmaya görə orta əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: İddiaçı cavabdeh Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru X5 qarşı “işə bərpa və əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunan günə qədər məcburi işə buraxmaya görə orta əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət edərək Atəşgah Məbədi Dövlət Tarix- Memarlıq Qoruğunun öz vəzifə səlahiyyətlərini aşan, vəzifə səlahiyyətlərindən sui istifadə edən şəxslərin araşdırılması və əmək müqaviləsinə xitam verilən tarixdən işə qayıdacağı günə qədər məcburi işə buraxmaya görə orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçının öz ərizəsinə əlavə etdiyi Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş yaşayış yeri haqqında arayışdan və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ünvan 1 ünvanında faktiki olaraq yaşayır. Bundan əlavə Azemis Elektron Məhkəmə X2 Yusif Sadıq oğlunun şəxsi məlumatları barədə çıxarışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı iddia ərizəsində cavabdeh X4 ünvanını ünvan 2 qeyd etmiş, lakin iddia ərizəsinə həmin şəxsin müvafiq ünvanda rəsmi qeydiyyatda olmasına dair DİN-nin MAPS şöbəsinin müvafiq arayışı və ya cavabdehin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı hazırki iddia ərizəsində Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru X6 cavabdeh qismində qeyd etmişdir. Azemis Elektron Məhkəmə İnformasiya X1 şəxsi məlumatları barədə çıxarışdan görünür ki, X7 ünvan 3 ünvanında qeydiyyatdadır. Bu ünvan isə Bakı şəhərinin Yasamal rayonunun ərazisinə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinə cavabdehin rəsmi qeydiyyatda olduğu ərazidə baxılmalıdır. Beləliklə, iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun yuxarıda qeyd edilən müddəalarına riayət edilməmiş və göstərilən nöqsanlarla iddia ərizəsi ərazi aidiyyati pozulmaqla Bakı şəhəri Suraxanı rayon məhkəməsinə təqdim edilmişdir. Odur ki, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152.1.3, 152.2 -152.4cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru X5 qarşı “işə bərpa və əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunan günə qədər məcburi işə buraxmaya görə orta əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1721/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1721/2021
17.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver