Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1729/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Qəyyar qızının iştirakı ilə, İddiaçı Qəyyar qızının cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qəyyar qızı cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona məxsus Suraxanı rayonu, Zülal Tağıyev küçəsi 11, mənzil 34 ünvanənda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qəyyar qızı iddia tələbini müdafiə edib, iddia əizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki, o, cavabdehlə əvvəllər nikahda olmuş, onların 2005-ci ilin sentyabr ayında nikaha daxil olsa da, aralarındakı anlaşılmamazlıq səbəbindən sonradan nikahı xitam verilmiş, bu nikahdan olan 2 azyaşlı oğlunun onunla saxlanmasına qərar verilmişdir. Aralarındakı nikah xx xxxx 2011-ci il tarixində pozulmuş, akt qeydləri kitabında 169-cu nömrə ilə qeyd olunmuşdur. Onlar 2005ci ildə nikaha daxil olan zaman Ayaz ona məxsus Suraxanı rayonu, Zülal Tağıyev küçəsi 11, mənzil 34 ünvanına pasport qeydiyyatına düşdü. Qeyd edir ki, həmin mənzili 2005-ci ilin yaz aylarında atası ona bağışlamış, həmin ilin sentyabr ayında isə cavabdeh onunla nikaha daxil olduqdan sonra həmin mənzilə köçmüşdür. Sözügedən mənzil indi də onun mülkiyyətindədir, cavabdeh isə 2011-ci ildən orada yaşamır və mənzildən istifadə etmir. Onun pasport qeydiyyatı tam formal xarakter daşıyır. Bunu ətrafda yaşayan qonşular və mənzil istismar təşkilatının Arayışı da sübut edə bilər ki, cavabdeh illərdir mənzildən istifadə etmir. Lakin, onun adına göndərilən bütün rəsmi sənədlər, məktub, bildirişlər həmin ünvana gəlir. Bu da onu narahat edir. Çünki hər dəfə cavabdehlə ünsiyyət qurmalı olur. Buna görə də indiki zamanda onun Suraxanı rayonu, Zülal Tağıyev küçəsi 11, mənzil 34 ünvanından istifadə etmədiyi nəzərə alınaraq pasport qeydiyyatından çıxarılmalıdır. Ona görə də, cavabdeh X1 ona məxsus Suraxanı rayonu, Zülal Tağıyev küçəsi 11, mənzil 34 ünvanənda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,iddia ərizəsini, iddia tələbinin dəyişdirilməsi barədə ərizə iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, X2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evin 34 saylı mənzili İddiaçı Qəyyar qızına bağışlamışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Z.Tağıyev küçəsi 11, mənzil 34 xüsusi mülkiyyət hüququ ilə İddiaçı Qəyyar qızının adına daşınmaz əmlakın dövlət reyestrində 2848 nömrəli reyestr kitabının 265611 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı Qəyyar qızı arasında nikah xx.xx.2012-ci il tarixdə ləğv edilmişdir . İş materiallarına əlavə edilmiş 139 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Yunusova X3 qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evin 34 saylı mənzilində qeydiyyatdadır. Keçmiş həyat yoldaşı X5 göstərilən ünvanda 2012-ci ildən yaşamır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qəyyar qızı cavabdeh X6 ilə nikahda olmuş, nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olmuş mənzilə köşmüş və iddiaçıya məxsus mənzilə qeydiyyata alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 2005-ci ildə bağlanmış nikahları 2011-ci ildə pozulmuşdur. Həmin nikah qüvvədə olduğu müddət ərzində cavabdeh iddiaçının ailə üzvü kimi sonuncuya mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evin 34 saylı mənzilinəköçmüş və ailə üzvü kimi həmin evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2-ci maddəsinə əsasən fiziki şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrin qaydalarına, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsalanaraq məhkəmə hesab edir ki, cavabdeh X5 Bakı şəhəri, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evin 34 mənzilindən istifadə hüququna malik olan şəxs kimi qəbul edilməlidir. Bu zaman məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı 2005-ci ildən etibarən keçmiş əri olan cavabdeh X5 ilə özünün mülkiyyətində olmuş mənzildə yaşasını və onların birlikdə təsərrüfat aparması cavabdehin etirafı ilə tam sübuta yetirilir. Belə olduğu halda məhkəmə hesab edir ki, mülkiyyətçi olan İddiaçı qeyd olunan mənzili üzərindəki mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğu kimi, cavabdehin də həmin mənzili üzərindəki istifadə hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, həmçinin onun həmin mənzildən istifadə hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, cavabdehin iddiaçının ailə üzvü kimi mübahisəli mənzildə daimi qeydiyyatına alınmasını, bundan sonra onun həmin mənzilə köçürülməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən müvafiq kompensasiya ödənilməklə mümkündür. Əks halda cavabdehin hüquqları pozulmuş olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Qəyyar qızının cavabdeh X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövləti rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1729/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1729/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver