Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1731/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçıGasanov Eldanızın iştirakı ilə, X6 cavabdehlər X3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 vəövladı Yılmaz X7 Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş (xitam) hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 daha sonra iddia ərizəsinə əlavə verərək cavabdehlər X2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 vəövladı Yılmaz X7 Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş (xitam) hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 məhkəmə iclasında bildirmişdir ki, Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzili ona məxsusdur. Həmin mənzili xx.xx.2019-cu il tarixində alqı-satqı müqaviləsi iləCavabdeh5 almışdır. Həmin alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinəəsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 60 gün müddətinə müqavilə predmenti olan satdığı mənzildən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxması barədə satıcının üzərinə düşən vəzifəsini bu günə kimi icra etməmişdir. Hal-hazırda cavabdehlər X4, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 vəövladı Yılmaz X9ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdehlərin qeydiyyatının onun mənzilinə olması formal xarakter daşıyır. O, cavabdehlərin əvəzinə kommunal xərclərdəəlavəödənişlər etməli olur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur.Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə digər cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işüzrə iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, Asan 4 orqanı tərəfindən verilmiş arayışdan görünür ki, X4, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 vəövladı Yılmaz X9 Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmişçıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzilinin mülkiyyətçisi Gasanov Eldanızdir. İş materiallarına əlavə edilmiş Gürcüstan Respublikasının pasportunun tərcümə edilmiş surətindən görünür ki, Gasanov Eldanız xx.xx.1978-ci ildə Gürcüstan Respublikası, Marnueli rayonunda doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh5 Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzilini Gasanov Eldanızə satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinəəsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinəəsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinəəsasən, mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı“İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının vəX5 Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası“İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrəX5 Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman X5 Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işindəşərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinəəsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 156.1-ci maddəsinəəsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 156.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrindəərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.3-cü maddəsinəəsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər. Bu Məcəllənin 152.5-ci maddəsinəəsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu Məcəllənin 178.1-ci maddəsinəəsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinəəsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı«İnsan Hüquqlarının vəƏsas X1 Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) vəölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylıəlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncüşəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin faktiki olaraq Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzilində yaşamaması təqdim olunmuş sənədlərlə tam təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 vəövladı Yılmaz X9 ilə birlikdə Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 vəövladı Yılmaz X9 ilə birlikdə Bakışəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 6 saylı evin, 18 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakışəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1731/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1731/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver