Məhkəmə qərarları › İş №2(010)-1738/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1738/2022

30.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1738/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı «X1 Kompani S.A.» Şirkətinin Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Kompani S.A.» Şirkətinin Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçı «X1 Kompani S.A.» Şirkətinin Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı «X1 Kompani S.A.» Şirkəti vəsatət ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə baxış iclası barədə heç bir məlumatlarının olmadığını, məhkəmə bildirişini almadıqlarını və bu səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilmədiklərini qeyd edərək mülki işin baxılmamış saxlanılmasına dair qərardadın ləğv edilib mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Mülki iş üzrə icraat təzələnərək məhkəmə baxışı iclası 30 mart 2022-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. 05.03.2022-ci il tarixdə tərəflərə rəsmi bildiriş və SMS xəbərdarlıq vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «X1 Kompani S.A.» Şirkətinin Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar