Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1747/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nə və üçüncü şəxs X* “Yelkən” Bağçılıq Yoldaşlığına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, DƏDRX tərəfindən verilmiş *6.*2.20*5-ci il tarixli Çıxarışın və *0.*2.2008-ci il tarixli AA0*526* № texniki pasportun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsı üzrə mülki işə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nə və üçüncü şəxs X* “Yelkən” Bağçılıq Yoldaşlığına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, DƏDRX tərəfindən verilmiş *6.*2.20*5-ci il tarixli Çıxarışın və *0.*2.2008-ci il tarixli AA0*526* № texniki pasportun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsı ilə məhkəməyə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanması və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.*2.202*-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20**-ci il 3* mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.*. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.* - 259.0.*0, 259.0.*2 və 259.0.*3-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nə və üçüncü şəxs X* “Yelkən” Bağçılıq Yoldaşlığına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, DƏDRX tərəfindən verilmiş *6.*2.20*5-ci il tarixli Çıxarışın və *0.*2.2008-ci il tarixli AA0*526* № texniki pasportun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması və iş materiallarının geri qaytarılması barədə ərizə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin *70.*-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı : İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nə və üçüncü şəxs X* “Yelkən” Bağçılıq Yoldaşlığına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, DƏDRX tərəfindən verilmiş *6.*2.20*5-ci il tarixli Çıxarışın və *0.*2.2008-ci il tarixli AA0*526* № texniki pasportun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1747/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1747/2025
11.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver