Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1761/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçılar X7, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3, X2, İddiaçı8, İddiaçı20, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 Maqsud qızının, İddiaçı17, İddiaçı18, X8, İddiaçı21, X4, İddiaçı23, İddiaçı24 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilməklə, yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarlarının və yaşayış sahələrin plan-çizgisinin verilməsi “ tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X11, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, X9, X6, İddiaçı8, İddiaçı20, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 Maqsud qızı, İddiaçı17, İddiaçı18, X14, İddiaçı21, X10, İddiaçı23, İddiaçı24 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilməklə, yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarlarının və yaşayış sahələrin plan-çizgisinin verilməsi “ tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçılar Cavabdeh Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilməklə, yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarlarının və yaşayış sahələrin plan-çizgisinin verilməsi “ tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bu halı nəzərə alaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Lakin daxil olmuş iddia ərizəsində iddiaçıların müvafiq xahişlə Cavabdeh Mənzil Tikinti Kooperativinə müraciət etmələrini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Bu isə ona dəlalət edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığına görə və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina edilməli və iddiaçılara izah olunmalıdır ki, onlar Cavabdeh Mənzil Tikinti Kooperativinə kooperativin üzvü qəbul olunması məsələsinə baxılması üçün həmin təşkilata müraciət etməlidilər. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tələblərini bir iddia ərizəsində verməkdə haqlı olmamışlar. Belə ki, mülki prosessual qanunvericiliklə məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddia tələblərinin birləşdirilməsini və tələblərə ümumi məhkəmədə baxılması mümkün hesab edilsə də, tələblərin birləşdirilməsinin mütləq əsası göstərilməmiş, lakin bir şərt kimi tələblər bir-biri ilə əlaqəli olmalıdılar. İddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinin şərh edilməsinə dair Azərbaycaan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli Plenumunun qərarında eyni mövqe bildirilərək göstərilmişdir ki, tələblərin birləşdirilməsi müəyyən bir mübahisənin hərtərəfli və tez bir zamanda həlli üçün məqsədə müvafiq hesab edilir. Bundan başqa, bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Belə olan halda hər bir iddiaçının fərdi qaydada bağladığı müqavilə üzrə tələblərin vahid iddia formasında birləşdirilərək müraciət edilməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3.3-cü maddəsinin tələblərinə ziddir. Məhkəmə qeyd olunanları iddiaçıların təkrar məhkəməyə müraciət etmələri zamanı nəzərə alınması üçün onların diqqətinə çatdırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar X7, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3, X2, İddiaçı8, İddiaçı20, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 Maqsud qızının, İddiaçı17, İddiaçı18, X8, İddiaçı21, X4, İddiaçı23, İddiaçı24 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı kooperativin üzvlüyünə qəbul edilməklə, yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarlarının və yaşayış sahələrin plan-çizgisinin verilməsi” tələbləri barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiann yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsınlar. İddiaçılara izah olunsun ki, məslənin həlli ilə əlaqədar onlar fərdi qaydada Cavabdeh Mənzil Tikinti Kooperativinə müraciət etməlidilər. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1761/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1761/2022
10.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver