Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1774/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun (Ərizəçi) Ağdərə rayonu, Çərəkdar kəndində xx.xx.*969-cu ildə atasının X8, anasının X5 olması göstərilməklə doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*969-cu ildə Azərbaycanın Ağdərə rayonu, Çərəkdar kəndində anadan olmuş və doğumu orada qeydə alınmışdır. X* və X5 olmuşlar, onlar 29.09.*960-cı ildə Mardakert (indiki Ağdərə) rayonunun Çərəktar kənd sovetində nikaha daxil olmuşlar və nikahları akt qeydləri kitabında *5 № ilə qeydə alınmışdır. Yaşadıqları Çərəktar kəndi *993-cü ildə erməni quldurları tərəfindən işğal olunan zaman bütün ailəsi Bakı şəhərində məskunlaşmış, lakin ona məxsus olan doğum haqqında şəhadətnaməni yaşadıqları yerdən köçkün düşərkən naməlum şəraitdə itmişdir. Odur ki, doğum haqqında şəhadətnaməsini yenidən almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmiş, imtina məktubu verilmişdir. Doğum haqqında şəhadətnamənin alınması ona valideynləri, bacı və qardaşları ilə qohumluq əlaqələrini təsdiq etmək, doğulduğu yeri və vaxtı təsdiq edilməsi üçün vacibdir. Belə ki, məhz doğum haqqında şəhadətnamədə onun valideynlərinin - atası və anası haqqında məlumatlar (adları, soyadları, ata adları) tam göstərilir. Başqa sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində belə məlumatlar öz əksini tapmır. Doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun xx.xx.*969-cu ildə Azərbaycanın Ağdərə rayonunda Çərəkdar kəndində doğulmağını şəxsiyyət vəsiqəsindəki məlumatlar təsdiq edir və şəxsiyyət vəsiqəsində də atasının adı Fətiş oğlu kimi göstərilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun əmisinin oğludur. Ərizəçi *969-cu ildə Ağdərə rayonu, Çərəkdar kəndində dünyaya gəlibdir. Onlar ailədə 7 uşaq: 3 qardaş 4 bacıdır. Hal-hazırda Ərizəçi öz doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən də məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Onun qardaşı Ərizəçi *969-cu ildə Ağdərə rayonu, Çərəkdar kəndində dünyaya gəlmişdir. Hazırda onların valideynləri vəfat etmişlər, ailədə 7 uşaq olmuşlar. Qardaşı Ərizəçi doğum haqqında şəhadətnaməsi mövcud olmuş, lakin Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş *4.02.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X8 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev *97,2 nömrəli evdə müvəqqəti köçkün kimi qeydə alınmış və hazırda yaşayır. Belə ki, iş materiallarına əlavə edilmiş Mardakert rayon Çərəkdar kənd soveti tərəfindən qeydə alınmış evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X7 arasında 29.09.*960-cı ildə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *5 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş6 saylı Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 0*.03.200*-ci il tarixli qərarı ilə təsdiq edilmiş ’’X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ın *4cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 24.**.20*3-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş X2 Reyestri Xidməti tərəfindən verilmiş *3.03.2024-cü il tarixli məktubda X8 ilə X3 nikahı və övladları haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətə baxılmışdır. Bildirilmişdir ki, ’’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasıya sistemində axtarış aparılarkən F.Dəmirovla X.Dəmirovanın nikahı və övladları haqqında hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatlarından görünür ki, Ərizəçi xx.xx.*969-cu il tarixdə Ağdərə rayonu, Çərəkdar kəndində anadan olmuşdur. Kəlbəcər rayonu, Çərəkdar ərazi dairəsi, Çərəkdar kəndində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.*-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.7.-ci maddəsinə əsasən X2 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.2.3-cü və 307.2.**-ci maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*969-cu il ildə Ağdərə rayonu, Çərəkdar kəndində anadan olmuşdur. Məlum hadisələrlə bağlı olaraq o, Ağdərə rayonundan məcburi olaraq köçmüşdür. Hal-hazırda onun valideynləri vəfat etmiş və doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx.xx.*969-cu il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilməli və xx.xx.*969-cu il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ağdərə rayonu, Çərəkdar kəndi”, doğum tarixi xx.xx.*969-cu il, adı “Hikmət”, ata adı “Fətiş”, soyadı “Dəmirov” valideynləri haqqında qeyddə atası qrafasında “X8”, anası qrafasında “X5” kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.*969-cu il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.*969-cu il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ağdərə rayonu, Çərəkdar kəndi”, doğum tarixi xx.xx.*969-cu il, adı “Hikmət”, ata adı “Fətiş”, soyadı “Dəmirov” valideynləri haqqında qeyddə atası qrafasında “X8”, anası qrafasında “X5” kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1774/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1774/2024
29.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver