Məhkəmə qərarları › İş №2(010)-1794/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1794/2022

25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1794/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi əhəmiyyət kəsb edən, nəvəsi *4.**.20*4-cü il təvəllüdlü X6 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun oğlu X*0, həyat yoldaşı X*4 və 07.*0.20**-ci il təvəllüdlü X* razılığını soruşmadan 20*2-ci ildə İraq Respublikasına getmişlər. Orada olarkən *4.**.20*4-cti il tarixində digər nəvəsi X** dünyaya gəlmişdir. Bir müddət orada qalmasından sonra məlum olmuşdur ki, oğlu X*0 və gəlini X*4 naməlum şəraitdə həlak olmuşlar, hər iki nəvəsi isə uşaq evinə düşmüşlər. İraq Respublikasının Bağdad şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyi tərəfindən verilən AAO*48259 seriyalı 06.*0.202*-ci il tarixli Qayıdış Şəhadətnaməsinə əsasən hər iki nəvəsi Azərbaycana qaytarılmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının *8.**.202*-ci il tarixli Sərəncamına əsasən onların üzərində babaları kimi qəyyum təyin edilmişdir. X* Azərbaycanda doğulduğundan onun doğum haqqında şəhadətnaməsini bərpa etmişdir. Lakin digər nəvəsi X4 Respublikasında doğulduğundan onun doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla bağlı olaraq Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi *8.0*.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində nəzərdə tutulan, X7 aid (valideyinlərin şəxsiyyət vəsiqələrinin, nikah şəhadətnamənin, doğum faktını, vaxtını və yerini təsdiq edən.) sənədlər olmadıqda uşağın doğulması kimi, hüquqi əhəmiyyət kəsb edən faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 20.*0.202*-ci il tarixli yaşayış yeri üzrə arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 420 nömrəli *8.**.202*-ci il tarixli Sərəncamının surətindən görünür ki, 07.*0.20**-ci il təvəllüdlü X2 və *4.**.20*4-cü il təvəllüdlü X7 mülkiyyətlərinə hüququ olmadan babaları Ərizəçi qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş şəhadətnamənin kserosurətindən görünür ki, X** *4.**.20*4-cü ildə doğulmuşdur. İş materiallarında əlavə edilmiş AZ-T № *83253 saylı verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07.*0.20**-ci il tarixdə anadan olmuşdur. X3, anası X9r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *8.0*.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənədlər təqdim olunmalıdır. Həmçinin həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinəəsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin oğlu X*0 ilə həyat yoldaşı X*4 20*2-ci ildə İraq Respublikasına getmişlər. Orada olarkən *4.**.20*4-cü il tarixində onların digər övladı X** dünyaya gəlmişdir. Bir müddət orada yaşadıqdan sonra ərizəçinin oğlu X*0 və gəlini X*4 naməlum şəraitdə həlak olmuşlar. Hazırda uşaqlar Azərbaycan Respublikasının İraqdakı səfirliyi tərəfindən Azərbaycan Respublikasına gətirilmişdir. Halhazırda doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər olmadığından Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 420 nömrəli *8.**.202*-ci il tarixli Sərəncamı ilə Ərizəçi 07.*0.20**-ci il təvəllüdlü X5 və *4.**.20*4-cü il təvəllüdlü X** üzərində azyaşlıların mülkiyyətlərinə hüququ olmadan qəyyum təyin edilmişdir. Azyaşlı uşaq İraq ərazisində dünyaya gəldiyi üçün onun doğulması faktını təsdiq edən tibbi sənəd mövcud deyildir. Bu səbəbdən də uşağa doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Hazırda ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İraqda doğulmuş *4.**.20*4cü il təvəllüdlü X6 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X8 *4.**.20*4-cü il tarixdə İraq Respublikasında bir oğlan uşağı doğması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-3**-ci və 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X8 *4.**.20*4-cü il tarixdə İraq Respublikasında bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin uşağın doğumunun qeydə alınması və müvafiq şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar