Məhkəmə qərarları › İş №2(010)-1795/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1795/2022

25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1795/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbi, sonradan isə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı Çerpanova Səidə Məhərləm qızının *2 dekabr 20*5-ci il təvəllüdlü X3 *2 dekabr 20*5-ci ildə İraq Respublikasında bir qız uşağı, 09 noyabr 20*7-ci ildə İraq Respublikasında bir qız uşağı doğması faktı müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 04.**.202* -ci il tarixli *84 saylı sərəncamı ilə nəvələri İraqda doğulmuş *2.*2.20*5-ci il təvəllüdlü X5 və İraqda doğulmuş 09.**.20*7-ci il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. Bu uşaqlar vətənə Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi əsasında gətirilmişlər. Lakin bu uşaqlar ev şəraitində doğulduğundan onlara bu günə qədər doğum haqqında şəhadətnamə alınmamışdır. Suraxanı rayon qeydiyyat şöbəsinə bu barədə müraciət etsə də, ona doğum faktını təsdiq edən tibbi sənədi təqdim edə bilməməyi əsas göstərilərək doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bu barədə imtina məktubunda müvafiq məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Çerpanova Səidə Məhərləm qızının *2 dekabr 20*5-ci ildə İraq Respublikasında bir qız uşağı, 09 noyabr 20*7-ci ildə İraq Respublikasında bir qız uşağı doğması faktı müəyyən olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, *2 dekabr 20*5ci il təvəllüdlü X5 və 09 noyabr 20*7-ci il təvəllüdlü doğulmuş X6 onun bacısının- Çerpanova Səidə Məhərləm qızının uşaqlarıdır. Atalarının harda olması barədə məlumatı yoxdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 04 noyabr 202*-ci il tarixli *84 №-li Sərəncamına əsasən, Ərizəçi nəvələri *2 dekabr 20*5-ci il təvəllüdlü X5 və 09 noyabr 20*7-ci il təvəllüdlü doğulmuş X6 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.*-ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onların birinin yaşadığı yerdə Qeydiyyat şöbələri tərəfindən aparılmalıdır. Həmin Qaydaların 2.5-ci maddəsinin tələbinə görə, qeydiyyat şöbəsində doğum faktının qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.6cı bəndinə əsasən, həmin Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Çerpanova Səidə Məhərləm qızının *2 dekabr 20*5-c ildə İraq Respublikasında Respublikasında bir qız uşağı və 09 noyabr 20*7-ci ildə İraq Respublikasında bir qız uşağı doğması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Çerpanova Səidə Məhərləm qızının *2 dekabr 20*5-ci ildə İraq Respublikasında bir qız uşağı və 09 noyabr 20*7-ci ildə İraq Respublikasında bir qız uşağı doğması faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin uşaqların doğumunun qeydə alınması və müvafiq şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar