Məhkəmə qərarları › İş №2(010)-1796/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1796/2023

19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1796/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5, Maraqlı şəxs6 və X4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsi, 14 saylı fərdi yaşayış evinin və İsmayıllı rayonu, Ərəgit kəndində yaşayış evi olan 0.11 ha torpaq sahəsinin ərizəçi X6 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizə verərək Maraqlı şəxs2, Maraqlı şəxs3, X1, Maraqlı şəxs5, Maraqlı şəxs6 və X3 maraqlı şəxs kimi işə cəlb olunmasını xahiş etmişdir. Maraqlı şəxs5 ərizə ilə razılaşmadığını bildirmiş və onun tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-571/2019 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək 22 mart 1996-cı ildə vəfat etmiş X7 tərəfindən miras qalmış İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki 14 saylı fərdi yaşayış evi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilmiş hesab olunması, X1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-cı il tarixli və xx.xx.2013-cü il tarixli şəhadətnamələr və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən X1 adına verilmiş RX seriyalı ******* saylı və ******* saylı çıxarışlar ləğv olunması qət edilmişdir. İş materiallarında əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9709/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, şikayət qismən təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-571/2019 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.10-ci maddəsinə görə, məhkəmə, atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır: Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsini bildirsə də, maraqlı tərəf bu halı mübahisələndirmiş və bu faktın mübahisəli olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, hazırkı ərizə xüsusi icraat qaydasında baxıla bilməz və bu səbəbdən də baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı tələb yalnız iddia icraatı qaydasında baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələblə bağlı hüquq haqqında mübahisə olduğundan Ərizəçi ərizəsi baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, X2, Maraqlı şəxs5, Maraqlı şəxs6 və X4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar