Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-18/2022 24.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Birləşdirilmiş iş üzrə Cavabdeh2 və Cavabdeh3 və onların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Müstəqil tələb irəli sürən 3-cü şəxs X6 vəkili X22 iştirakları ilə, İddiaçı Cavabdeh1, X7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X6 İddiaçı, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarından irəli gələn sahiblik, istifadə hüquqlarının tanınması və Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamının və Cavabdeh1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Zeytun Sovxozuna məxsus ərazidə 1000 kv.m torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, sənədləri saxtalaşdırmaq yolu ilə özgəsinin əmlakına dair saxta sənəd hazırlayan şəxslərin əhatəsinin müəyyən olunması və əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı xüsusi qərardad çıxararaq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilən prokurora göndərilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil daha sonra iddia ərizəsinə əlavə verərək X20 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Zeytun sovxozuna məxsus ərazidə yerləşən daşınmaz əmlaka dair əldə olunmuş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli saxta çıxarışın etibarsız hesab edilməsi, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Zeytun sovxozuna məxsus ərazidə 1000 kv.m torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X27 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın və X6 əldə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X27 daşınmaz əmlakın Dövlət reyestrindən 34844 nömrəli reyestr kitabında yazılmış 67 nömrəli qeydiyyat vəsiqəsi və ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, sənədləri saxtalaşdırmaq yolu ilə özgəsinin əmlakına dair saxta sənəd hazırlayan şəxslərin əhatəsinin müəyyən olunması və əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı xüsusi qərardad çıxararaq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin İş № 2(010)-5548/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İş № 2(010)-5323/2019 saylı mülki iş birləşdirilmişdir. Həmin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0950 ha torpaq sahəsindən istifadə etməyinə yaratdıqları maneələrin aradan qaldırılmasını, torpaq sahəsi üzərində tikilmiş tikililərin öz hesablarına sökülməsini və onların torpaq sahəsindən çıxarılaraq ona (iddiaçıya) təhvil verilməsinin cavabdehlərə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 Zaur İbrahim oğluna, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müarciət edərək Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsininin üzərində iddiaçı X6 hüquqlarından irəli gələn sahiblik, istifadə hüquqlarının tanınması və bərpası barədə və eyni zamanda cavabdeh İddiaçı verilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamının və Cavabdeh1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının № 236 sərəncamına əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Zeytun sovxozuna məxsus ərazidə yerləşən 1000 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Bununla bağlı 1 №-li Zeytun sovxozu tərəfindən Akt tərtib olunaraq ayrılmış torpaq sahəsində sxematik planın sərhədlərinə taxta nişangah qoyulduqdan sonra həmin sahə İddiaçı təhvil verilmişdir. İddiaçı məxsus torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, yalnız sadəcə sənədləşmə işlərini dostu X21 adına etmişdir. Dəfələrlə ayrı-ayrı maklerlər gələrək hasardan Murada məxsus torpaq sahəsinə baxan zaman onlara iradını bildirmiş və onlar çıxıb getmişlər. Lakin həmin maklerlərdən birinin qohumu özünü Elnur kimi təqdim edən şəxs yaxınlaşıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X27 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış təqdim edərək Zaurdan torpaq sahəsini boşaltmağını tələb etmişdur. İddiaçı isə Cavabdeh1 hazırki sənədinin saxta olmasını və həmin çıxarışın etibarsız edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Görünən odur ki, cavabdeh arxiv məlumatlarını saxtalaşdıraraq Zaura məxsus torpaq sahəsini qanunsuz yolla öz mülkiyyətinə keçirmiş, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X27 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli saxta çıxarış əldə etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, həmin torpaq sahəsi X6 mülkiyyətinə keçmişdir. Mülki işin araşdırılması zamanı X11 məhkəməyə çıxarış, qeydiyyat vəsiqəsi və torpaq sahəsinin planını təqdim etmişdir. Təqdim olunmuş qeydiyyat vəsiqəsində X12 adı yazılmış və Safalan Cəfərov torpaq sahəsini M.Qurbanovdan aldığını iddia etmişdir. Həmçinin təqdim olunmuş torpaq sahəsinin planında “A” nöqtəli tikili göstərilmişdir. Bu isə onu təsdiq edir ki, X28 Qurbanov arasında 2007-ci ildə alqı-satqı aparılan zaman qeyd olunan torpaq sahəsində “A” nöqtəsi kimi göstərilən 1 otaqlı, 2.6m x 4.6m=11.96 kv.m-dən ibarət tikili mövcud olmuşdur. Halbuki İddiaçı məxsus torpaq sahəsində mövcud olan tikilinln ümumi sahəsi 37.1 kv.m-dən ibarətdir. Göstərilən detallar onu sübut edir ki, İddiaçı məxsus torpaq sahəsi ilə Safalan Cəfərova məxsus torpaq sahələri ya fərqli sahələrdir, ya da ki, X4suz olduğunu bilə-bilə saxta sənəd hazırlayaraq İddiaçı məxsus torpaq sahəsini ələ keçirmək istəmişlər. Bundan başqa iş materiallarında mövcud olan xx.xx.2021-ci il tarixli ekspert rəyində tədqiqatın Daşınmaz Əmiakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssis rəyinə əsasən aparılması qeyd olunmuşdur. Lakin məhkəmənin qərardadı ilə ekspertiza keçirilməsi barədə qərar qəbul olunduqdan sonra torpaq sahəsinə hər hansı bir idarənin əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Həmin torpaq sahəsində 2008-2017-ci illər ərzində heç bir tikili mövcud olmamış və orada aparılan tikili yalnız İddiaçı tərəfindən aparılmışdır. X2 həmin torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, onun mülkiyyətində olan torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı belə yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını və üçüncü şəxs tərəfindən verilmiş iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birləşdirilmiş iş üzrə Cavabdeh2 eyni məzmunlu izahat verərək ilkin iddia tələbinin təmin olunmasını və X11 tərəfindən qaldırılmış iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən birləşdirilmiş iş üzrə Cavabdeh3 izahatında bildirmişdir ki, mülki işin araşdırılması zamanı X11 tərəfindən məhkəməyə təqdim olunmuş torpaq sahəsinin planında “A” nöqtəli tikili göstərilmişdir. S.Cəfərov məhkəmə iclası zamanı bildirmişdir ki, həmin “A” nöqtəli tikili evdir və 2008-ci ildə tikilmişdir. Həmçinin xx.xx.2022ci il tarixli məhkəmə iclası zamanı məhkəmə tərəfindən yerli baxış təyin edilərək tərəflərin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış keçirilən zaman S.Cəfərov özünün olduğunu iddia etdiyi torpaq sahəni tapıb yerini göstərə bilməmiş, təxminən 30 dəqiqə gözlədikdən sonra S.Cəfərovun adını bilmədiyi tanımadığı tanışı Niva markalı ağ rəngli avtomobil ilə gələrək torpağın yerini göstərmişdir. Bu və digər ziddiyyətlərin aradan qalıdıriması üçün mütəxəssisə müraciət olunmuş, “AB Consulting" MMC tərəfindən araşdırma aparılaraq xx.xx.2022-ci il tarixli, 111/KS/22 nömrəli rəy verilmişdir. Həmin rəy ilə bir daha təsdiq olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, S-cı döngədə yerləşən 0.10 ha torpaq sahəsindəki tikililərin inşası 2018-ci ildə başlanılmış, 2008 və 2017-ci il üzrə torpaq sahəsinin ortofoto görüntüsündə heç bir tikili mövcud deyildir ki, bu da S.Cəfərovun dəlilləri ilə əsaslı ziddiyyət təşkil edir. Daha doğrusu S.Cəfərov sonuncu məhkəmə iclasında hərdən 2008-ci ildə 1 otaqlı, hərdən 2 otaqlı ev tikdiyini, təxminən iki aydan bir torpaq sahəsinə baş çəkdiyini bildirmişdir. Həmçinin torpaq sahəsini ona satan X12 qeydiyyat vəsiqəsində 1 otaqlı evin olduğu qeyd olunmuş, lakin ünvan göstərilməmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürən 3-cü şəxs X11 iddia tələbini qəbul etməyərək və onun tərəfindən verilmiş iddia tələbini müdafiə edərək bildirmişdir ki, o 2007-ci ildə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsini ev tikmək məqsədi ilə rəsmi qaydada əldə etmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarış verilmiş və eyni zamanda çıxarışla yanaşı xx.xx.2007-ci il tarixdə mübahisə predmeti olan- Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsinə dair Texniki Pasportu da verilmişdir. Belə ki, daha sonra maddi baxımdan imkan olmadığına görə orada hər hansı tikinti və s. işləri apara bilməmişdir. Onun adına olan torpaq sahəsinə dair məhkəmə mübahisəsinin olması barədə və onun qanunsuz saxta sənədlərlə hər hansı digər üçüncü şəxslərə satılması barədə məlumatı olmamışdır. Həmin torpaq sahəsində qonuşuluq münasinətində olduğu qonşuları tərəfindən ona torpaq sahəsi ilə bağlı məhkəmədə nümayəndələrin gəlib burada yerli baxış keçirmələri barədə məlumat verilmişdir. Daha sonra o bütün bu məsələlərdən xəbərdar olmuş və bununla bağlı olaraq Bakı İnzibati Məhkəməsində aparılan məhkəmə mübahisəsinə qoşulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı X13 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı, X11 və Cavabdeh1 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iddia tələbi rədd olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X16 məxsus olan ünvan 1nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. Həmin qərarda X13 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X6 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, X6 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olduğundan iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən onun tərəfindən verilmiş iddia tələbinin təmin olunması və İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər proses iştirakçılarına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməli, üçüncü şəxsin iddiası qismən təmin edilməli və birləşdirilmiş iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X35 ifadə verərək bildirmişdir ki, İddiaçı onun qonşusudur. Həmin mübahisəli torpaq sahəsinin hasarını 2000-ci ildə o özü tikmişdir. Həmin hasarı 12-13 daş üzərində tikmişdir. Orada olan mübahisələrdən onun məlumatı olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X18 ifadə verərək bildirmişdir ki, İddiaçı onun qonşusudur və onları 1999-cu ildən tanıyır. Belə ki, əvvəl həmin yerdə hasar tikilmiş, sonra isə ev tikilmişdir, hal-hazırda orada yaşayırlar. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X19 ifadə verərək bildirmişdir ki, o, tərəflərin heç birini tanımır və İddiaçı isə onun oğludur.Onun həyat yoldaşı rəhmətə getdikdən sonra həmin torpağı o, oğlu Zaurun adına almışdır. Özü isə orada Zeytun bağında işləmişdir və artıq 2 ildir ki, orada ev tikdirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X32 ifadə verərək bildirmişdir ki, o, Zeytun Sovxozunda 1990-cı ildən 2005-ci ilə kimi direktor vəzifəsində çalışmışdır. Mübahisəsi gedən torpaq sahəsini X14, İddiaçı və Cavabdeh2 onun tərəfindən verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxuzu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. İş materiallarında olan 1№-li Zeytun sovxozunun direktoru Həsənova S.Ə.tərəfindən verilmiş aktın surətindən müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 236 saylı xx.xx.1996-cı il tarixli sərəncamına əsasən sovxoz həmkarlar təşkilatının 06 №-li xx.xx.1999-cu il tarixli protokoluna əsasən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsini ölçülüb sərhədinə taxta nişangah qoyduqdan sonra vətəndaş İddiaçı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.1999-cu il tarixli 08 nömrəli Əmrin surətindən müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamına əsasən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində sovxoza məxsus ərazidə yerləşən fərdi ev tikmək üçün fəhlə və qulluqçulara hər birinə (İddiaçı) 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-2154/2019 saylı qərarından görünür ki, iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası təmin olunmuş, ünvan 1nun ərazisində yerləşən 950 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı X13 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı, X11 və Cavabdeh1 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iddia tələbi rədd olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X16 məxsus olan ünvan 1nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X6 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, X6 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuş və iddia rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0950 ha olan torpaq sahəsini 23000 manat ödəməklə X9 almışdır. İş materiallarında olan 1№-li Zeytun sovxozunun direktoru Həsənova S.Ə tərəfindən verilmiş aktın surətindən müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 236 saylı xx.xx.1996-cı il tarixli sərəncamına əsasən sovxoz həmkarlar təşkilatının 02 №-li xx.xx.2000-ci il tarixli və sovxozdaxili 01.№-li xx.xx.2000-ci il tarixli əmrinə əsasən vətəndaş X16 ayrılmış sahəsini ölçülüb sərhədinə taxta nişangah qoyduqdan sonra vətəndaş X16 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2000-ci il tarixli 01 nömrəli Əmrin surətindən müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 236 saylı sərəncamına əsasən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin yaxınlığında sovxoza məxsus sahədə fərdi ev tikmək üçün X16 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Abşeron rayonu 1 saylı Zeytun sovxozunun xx.xx.1999-cu il tarixli 08 nömrəli Əmri ilə İddiaçı adına 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin həmin əmrə torpaq sahəsinin ayrılması ilə bağlı heç bir cizgi və ayrıç aktı daxil edilməmişdir. İş materiallarında olan “AB Consulting" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mübahisə predmeti olan Daşınmaz Əmlak Haqqında Mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 6-cı döngədə yerləşən torpaq sahəsindəki tikililərin inşası 2018-ci ildə başlanılmış, 2008 və 2017-ci il üzrə torpaq sahəsinin ortofoto görüntüsündə heç bir tikili mövcud deyildir. iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X27 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxuzu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi X6 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 21 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X23 məxsus Abşeron rayon 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən sahəsi 0.0950 ha olan torpaq sahəsini 39150 manata X1. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-297/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın kadstrı və ünvan reyestr xidmətinin mütəxəssislərinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın kadstrı və ünvan reyestr xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********54 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "xxxx" MMCnin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşür, "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X16 ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X16 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/4194 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşdüyü müəyyən olunur, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edildi ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmək sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə, göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X16 ayrılmış 1000 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X16 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X17 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş(zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xə rclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaql arı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 1№-li Zeytun sovxozunun direktoru Həsənova S.Ə.tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 08 nömrəli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamına əsasən Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində sovxoza məxsus ərazidə yerləşən fərdi ev tikmək üçün fəhlə və qulluqçulara hər birinə (İddiaçı) 1000 kv.m torpaq sahəsi ayrılmışdır. 1№-li Zeytun sovxozunun direktoru Həsənova S.Ə.tərəfindən təsdiq edilmiş aktı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 236 saylı xx.xx.1996-cı il tarixli sərəncamına əsasən sovxoz həmkarlar təşkilatının 06 №-li xx.xx.1999-cu il tarixli protokoluna əsasən vətəndaş İddiaçı ayrılmış torpaq sahəsi ölçülüb sərhədinə taxta nişangah qoyduqdan sonra vətəndaş İddiaçı təhvil verilmişdir. X5 həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(82)-2154/2019 saylı qərarına əsasən iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası təmin olunmuş, ünvan 1nun ərazisində yerləşən 950 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2154/2019 saylı, 30 iyul 2019cu il tarixli qərarı əsasında X13 adına **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi sonradan Bakı şəhəri 24 saylı DNK-nun 209 saylı, 28 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Bundan əlavə müraciətə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********72 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları da eyni ilə həmin sahəyə aiddir. Bakı İnzibati Məhkəməsinin 2-1 (82)-2154/2019 saylı, 05 noyabr 2020-ci il tarixli qərardadına əsasən İddiaçı və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2154/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8152/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı X13 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı, X11 və Cavabdeh1 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iddia tələbi rədd olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, məhkəmə araşdırması dövründə İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X16 məxsus olan ünvan 1nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün mümkün olmamışdır. İddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə xx.xx.2007-ci il tarixdə MH ******* seriyalı ********* qeydiyyat nömrəli çıxarış əsasında X6 adına qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etməklə üst-üstə düşdüyü müəyyən edildiyindən, X6 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daha əvvəl xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, həmçinin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Abşeron Rayon İcra Başçısının 04 iyul 1996-cı il tarixli, 236 saylı sərəncam mübahisəli olmaqla, həmin sərəncam əsasında torpaq sahəsinin yerində təyin etmək mümkün olmadığından cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilmiş və iddia rədd edilmişdir. Həmin qərardan şikayət verilməmişdir. İş üzrə təyin olunmuş ekspertiza rəyindən müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.0950 ha torpaq sahəsi ilə "xxxx" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsi qismən üst-üstə düşdüyü müəyyən olunur, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin mühəndisi tərəfindən ölçülən mübahisəli torpaq sahəsinin faktiki koordinatlarına əsasən müəyyən edildi ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ərazisində yerləşən 0.0950 ha torpaq sahəsindən əlavə 23 kv.m ərazidən istifadə edir və 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmək sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə, göstərilməməsi və 1 saylı Zeytun sovxozu tərəfindən X16 ayrılmış 1000 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməməsi səbəbindən, 1 saylı Zeytun sovxozu tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi ilə 1 saylı Zeytun sovxozu tərəfindən X16 ayrılmış 1000 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mülki Prosesual Məcəllənin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından və təqdim olunmuş sübutlardan müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin digər şəxslərə məxsus olan torpaq sahəsi ilə üstüstə düşməsini müəyyən etməyə imkan verən torpaq sahəsinin ölçüsü, planı və yerləşmə cisgisi təqdim olunmamış, bununla bağlı olaraq ekspertiza təyin olunsa da, torpaq sahəsinin İddiaçı istifadəsində olmasına dair rəy verilməmişdir. İddiaçının həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququna malik olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli torpaq sahəsi üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olmasını və digər şəxsə verilmiş çıxarışın etibarsız hesab olunmasını tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X6 iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müstəqil tələb irəli sürən 3-cü şəxs Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamını mübahisələndirmişdir ki, iş materiallarından da müəyyən olunur ki, həmin sərəncam yalnız İddiaçı aid deyildir. Bu səbəbdən hesab edir ki, həmin sərəncamın ləğv edilməsi digər şəxslərin hüquqlarını pozduğundan iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1 (82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı əsasında X13 adına **********20 reyestr nömrəsi ilə qeydiyyata alındığından və sonradan Bakı şəhəri 24 saylı DNK-nun 209 saylı, 28 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirildiyindən və həmin əmlakın dövlət reyestrində qeydiyyata alınmasına səbəb olan məhkəmə qərarı ləğv olunduğundan Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, X7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin olunmasın. Müstəqil tələb irəli sürən 3-cü şəxs X6 iddiası qismən təmin olunsun. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-18/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-18/2022
24.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver