Məhkəmə qərarları › İş №2(010)-1814/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1814/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1814/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi X6 və nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, Ərizəçi X6 “vərəsə kimi tanınma və miras əmlakdan payın ayrılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi Ərizəçi X6 X4nun ölümündən sonra onun vərəsəsi kimi tanınmağı və ondan qalan ünvan 1 ünvanında yerləşən əmlakdan payın ayrılması. Ərizəçinin tələbinin dəlilləri Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası - X11, anası - X2r. Həmçinin qardaşı Eldar Əli oğlu və bacısı X14 vardır. Ailə həyatı qurana qədər, X4nun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev (Proletar) küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evində yaşamışdır. xx.xx.1992-ci il tarixdə Nümayəndə ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra, həyat yoldaşının qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanına gəlin köçmüşdür. Bir müddət sonra həmin ünvana pasport qeydiyyatına alınmışdır. X4 xx.xx.2013-cü il tarixdə baş beyin qansızması səbəbindən dünyasını dəyişmişdir. Onun ölümündən sonra adına olan daşınmaz əmlak Bakı şəhəri 4 saylı dövlət notariat kontorunun dövlət notariusu X5 tərəfindən 2 ”V”-1/147 nömrə ilə reyetrdə qeyd edilərək, 77/xx-xx-2013 (№115, xx.xx.2013) vərəsəlik işinin nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənim xəbərim olmadan, xx.xx.2013-cü ildə vəfat etmiş X7 vərəsələri olan ünvan 1-da qeydiyyatda olan arvadı - X3, oğlu - X15 və qızı X14 hər biri bərabər payda (hər biri 1/3 hissə) mirasdan irs almışlar. Vərəsəlik işi açıldığı zaman ona nə Bakı şəhəri 4 saylı dövlət notariat kontoru nə də, ailə üzvləri bu barədə heç bir məlumat verməmişlər. Onsuz miras qalmış əmlakı üç nəfər arasında bərabər şəkildə hissələrə bölmüşlər. Anası, X3 xx.xx.2023-cü il tarixdə durğunluq ürək çatışmamazlığı səbəbindən dünyasını dəyişmişdir. Anasının ölümündən sonra 2024-cü ilin əvvəlində Bakı şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən o, notariat kontoruna dəvət edilərək bildirilmişdir ki, miras qalmış, ünvan 1 ünvanına vərəsədir. Həmin vaxt müvafiq sənədlərə imza çəkdirmişlər. Hüquqi savadı olmadığı üçün, imza çəkdiyi sənədlərin nədən ibarət olduğunu bilməmişdir. xx.xx.2024-cü il tarixdə o, 2 saylı Maraqlı şəxsndən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Sonradan ona məlum olmuşdur ki, 2013-cü il tarixdə atası Əli Əsədov dünyasını dəyişəndən sonra, anam Firəngiz, bacım Rəna və qardaşı Eldar arasında hər biri bərabər payda (hər biri 1/3 hissə) mirasdan ünvan 1-ya, hər biri özünə çıxarış almışlar. Ona isə anası Firəngizin adına olan mirasdan 1/3 hisəsi ayrılmışdır. Buradan da, görünür ki, atası Əli Əsədovdan qalan ünvan 1 miras əmlakı, paylara bölünəndə Bakı şəhəri 4 saylı Notariat Kontoru onu nəzərə almamışdır. Bu barədə o, xx.xx.2024-cü il tarixdə rəsmi qaydada vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 4 saylı Notariat ofisinə müraciət etdikdə, notariat ofisinin 197 nömrəli, xx.xx.2024-cü il tarixli cavabı ilə atam X7 adına Bakı şəhəri 4 saylı notariat ofisində açılmış xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə müəyyən edilmiş vərəsələr dairəsinə müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyini, qeyd olunan iş üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciətinin və miras əmlakdan ona payın ayrılması müəyyən edilmədiyi, miras əmlakdan payın ayrılmasına dair müvafiq məhkəməyə müraciət etməyinin zəruri olduğu tövsiyyə edilmişdir. Məcburiyyət qarşısında qalıb, Bakı şəhəri 4 saylı notariat kontorunun müvafiq məktubunu nəzərə alıb, X4nun vərəsəsi kimi tanınmağı və ondan qalan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ev İA miras əmlakdan payın ayrılmasına dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Proses iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi X12 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, bacısı X14 və qardaşı X15 mübahisənin məhkəmə qaydasında həll edilməsini istəyirlər. Məhkəmə iclasında ərizəçi X6 nümayəndəsi (əri) Nümayəndə ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları AZ-İ№628724 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2013-cü ildə vəfat etmişdir. 2 “V”-1/147 № ilə qeydə alınmış 77/xx.xx.2013 (№115, xx.xx.2013) saylı Bakı şəhər 4 saylı notariat kontorunda qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 14 iyun 2013 - cü ildə vəfat etmiş X7 vərəsələri olan Bakı səhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ev 1A-da qeydiyyatda olan arvadı- X3, oğlu- X15 və qızı- X14 hər biri bərabər payda (hər biri 1/3 hissə) mirasdan irs almalıdırlar. AZ-İİ №368493 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü ildə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli V-45/2024 saylı Bakı şəhəri 5 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisində qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-X1 vərəsəsi: Bakı Şəhəri, Suraxanı Rayonu, Əmircan Qəsəbəsi, X18, Ev 19 ünvanında qeydiyyatda olan qızı - X8r (AA0419743, xx.xx.2018 - Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1968) və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X3na verilmiş **********68- 10301 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsəsən paylı mülkiyyət hüququ üzrə Bakı şəhəri. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 1a yeni qaydalarla: az 1034, Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 31 ünvanında yerləşən ümumi sahəsi 107.4 kv/m olan fərdi yaşayış evindən və yerləşdiyi 0.06188 ha olan torpaq sahəsinin ona məxsus olan 1/3 hissəsindən ibarətdir. Tətbiq edilən hüquq Belə olan halda ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, ərizəçinin X4 14 iyun 2013-cü ildə vəfat etmişdir. X7 arvadı - X3, oğlu - X15 və qızı - X14 hər biri bərabər payda (hər biri 1/3 hissə) mirasdan pay almışlar. Daha sonra ərizəçinin anası X3 vəfat etmiş və vaxtilə Bakı şəhər 4 saylı notariat kontorunda qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, ev 1a (yeni qaydalarla: az 1034, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 107.4 kv.m olan fərdi yaşayış evindən və yerləşdiyi 0.06188 ha olan torpaq sahəsinin ona məxsus olan hissəsindən 1/3 hissədə X12 pay almışdır. Ərizəçi X6 X4nun ölümündən sonra onun vərəsəsi kimi tanınmağını və ondan qalan ünvan 1 ünvanında yerləşən əmlakdan payın ayrılmasını istəyir və ərizəsini onunla əsaslandırır ki, Bakı şəhər 4 saylı notariat kontorunda 2 “V”-1/147 № ilə reyestrdə qeydə alınmış xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlak bölünərkən onun payı nəzərə alınmamışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 saylı Qərarında vurğulanır ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Hazırki işdə isə məhkəmə ərizəçinin izahatına əsasən müəyyən edir ki, ərizəçinin atasından miras qalmış daşınmaz əmlakın hazırki paylı mülkiyyətçiləri olan bacı və qardaşı ilə ərizəçi arasında ərizəçinin iddia etdiyi hüquqla bağlı fikir ayrılığı mövcuddur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X6 “vərəsə kimi tanınma və miras əmlakdan payın ayrılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024-cü il tarixli qəbz nömrə: 26999) dövlət büdcəsindən ərizəçi X9 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar