Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1830/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*3 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun X** oglu ilə rəsmi nikahından 2022-ci ilin yanvar ayının 26-da anadan olmuş qız uşağının doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 2002-ci il ilin noyabr ayında X** oglu ilə rəsmi nikaha daxil olmuş və onunla ər-arvad kimi 20 il müddətində birgə yaşamışdır. Onların 20 illik nikahları müddətində bir çox xəstəxanalara, həkimə müraciət etsələr də övladları dünyaya gəlməmişdir. Hazırda onların rəsmi nikahlarından tibb müəssisəsindən kənar, 2022-ci ilin yanvar ayının 26-da qız uşaqları ev şəraitində anadan olmuşdur. Uşaq evdə doğulduğu üçün həmin zaman qonşuları onun yanında olmuşdur. Uşaq hazırda sağlamdır, onu doğulduğunun sabahı günü uşaq həkiminə aparıb qeydiyyata saldırmışlar. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, 36 ildir ki, Zibeydənin anası ilə qapı qonşusudurlar və onları yaxşı tanıyır. Zibeydə ailə qurduqdan sonra Lökbatana gəlin köçmüşdü və sonradan qaynanası ilə aralarında problem olduğu və həmçinin anası onkoloji xəstə olduğu üçün əri ilə öz anasının yanına gəlmişdir. Zibeydənin uşağı anasının evində doğulmuşdur və qapı qonşusu olduğu üçün həmin zaman o da orada olmuşdur. Ümumiyyətlə bundan əvvəl də Zibeydənin uşaqları olmuş, lakin qalmamışdır. Uşaq hal-hazırda sağlamdır və heç bir problemi yoxdur. O, uşağı öz nəvəsi kimi çox istəyir və nənəsi kimi qayğısına qalır. Məhkəmə iclasında şahid qismində dindirilən X* bildirdi ki, o ərizəçinin qapı qonşusudur, bu, Zibeydənin üçüncü uşağıdır. Bundan əvvəl də Zibeydə hamilə qalmış, lakin uşaqlar doğulmadan ölmüşdür. Hazırki üşaq doğulan zaman isə Zibeydə onkoloji xəstə olan anasının qayğısına qaldığından başı qarışıq olmuş və həkimə gedə bilmişdir. Uşaq doğulan zaman isə o, qonşu olaraq köməyə gəlmiş və bacardığını etmişdir. Uşaq hazırda sağlamdır və o, uşağa öz nəvəsi kimi hər cür köməklik göstərir. İş materiallarına əlavə edilmiş: Qaradağ rayon VVADQ şöbəsi tərəfindən 26.**.2002-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X2 arasında 26.**.2002-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26.**.2002-ci il tarixdə 447 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadları verilmişdir. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Pub!ik Hüquqi Şəxs *6 nömrəli uşaq poliklinikasının 23.02.2022-ci il tarixli 95 №-li arayışından görünür ki, X6 3*.0*.2022-ci il tarixində poliklinikada tibbi qeydiyyata götürülmüşdür. Uşaq hal-hazırda sağ və salamatdır. X* və X8 tərəfindən tərtib edilmiş *4.02.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən də Ərizəçi ilə X5 birgə nikahdan 26 yanvar 2022-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda ev şəraitində Ərizəçi Əsmər adla qız uşağı doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 26.02.2022-ci il tarixli, *42-05/75 №-li məktubdan görünür ki, 26.0*.2022-ci il tarixdə doğulmuş qız övladınının doğumunun dövlət qeydiyyatına alınmağı üçün AR Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən doğumun dövlət qeydiyyatına alınması üçün lazım olan sənədləri təqdim edilməyi, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.*ci, 2.2-ci, 2.2-*-ci və 2.3-cü bəndlərinə görə, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir. Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonra ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə təqdim edilir. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci * ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nigah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi 26 yanvar 2022-ci ildə Bakı şəhərində ev şəraitində Əsmər adını verdiyi qız uşağı doğulmuş, uşaq hal-hazırda sağsalamat olmaqla həkim qeydiyyatına götürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşağın doğum faktı müəyyən olunmalıdır. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi doğulmuş X4 26 yanvar 2022-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilməli və doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğulmuş X4 26 yanvar 2022-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilsin, doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-1830/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1830/2022
27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver