Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1854/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab edilməsi və müddətin bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şamaxı Regional Maraqlı şəxsriat ofisi olmaqla buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhumə anası X1 miras qalmış JN:114 (Kod: 41000028) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına və JN:114A (Kod:41000028) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şamaxı rayonu, Kərkənc kəndində yerləşən 0,98 ha və 0,20 ha torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 Şamaxı rayon X5 xx.xx.1998-ci il tarixli, 18 saylı qərarı ilə Şamaxı rayon Kəlkənc kəndi ərazisindən 0,98 ha torpaq sahəsi verilmiş və bu barədə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən JN:114, Kod 41000028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmışdır. Eyni zamanda Şamaxı rayon X5 xx.xx.1999-cu il tarixli, 10 saylı qərarı ilə Şamaxı rayonu Kəlkənc kəndi ərazisindən X3 0,20 ha torpaq sahəsi verilmiş və bu barədə DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən JN:114A, Kod 41000028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. X7 onun anasıdır. Anası xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmçinin atası X9 xx.xx.1974-cü ildə vəfat etmişdir. Valideynlərinin tək övladı o, olmuşdur. Valideynləri vəfat etdikdən sonra valideynlərinin tək vərəsəsi o olmuşdur. Anası X3 məxsus Şamaxı rayonu Kəlkən kəndi ərazisində yerləşən torpaq sahələri ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Şamaxı Regional “Asan xidmət” Mərkəzi Notariat ofisinə müraciət etdikdə ərizəsinin icrasından miras əmlakı qəbul etmə müddətini ötürdüyü üçün imtina edilmişdir. Valideynlərinin ölümündən sonra miras əmlak tərəfindn faktiki olaraq qəbul olunmuş və hazırda istifadəsindədir. Üzrlü səbəblərə görə anası X1 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə qeyd edilənlərə uyğun izahat məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şamaxı Regional “Asan xidmət” Mərkəzi Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan: - JN-114A (Kod:41000028) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayon X5 xx.xx.1999-cu il tarixli 10 saylı qərarına əsasən 0,20 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. - JN-114 (Kod:41000028) saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayon X5 xx.xx.1998-ci il tarixli 18 saylı qərarına əsasən 0,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 049730 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1974cü ildə ölmüşdür. - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 049731 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2006cı ildə “Ateroskleroz” səbəbindən ölmüşdür. - İİİ-СЛ 410748 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1945-ci ildə doğulmuşdur, atası X9, anası X4r. - Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Kərkənc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2019-cu il tarixli, 149 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Mərhum vəfat edən günə qədər Şamaxı rayon Kərkənc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. Mərhumun vəfatından sonra yeganə vərəsəsi Ərizəçi olmuşdur. Şamaxı Regional “Asan xidmət” Mərkəzi Notariat ofisinin xx.xx.2020-ci il tarixli 2198 nömrəli notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərarından görünür ki, Ərizəçi xx.xx.2006-cı ildə vəfat etmiş anası X3 məxsus Şamaxı rayonu Kərkənc kəndində yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. Həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab məktubunda Şamaxı Regional “Asan xidmət” Mərkəzi Notariat ofisinin notariusu Səfər Səfərli qeyd edilmişdir ki, Şamaxı Regional “Asan xidmət” Mərkəzi Notariat ofisinin arxivinə və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminə baxı keçirərkən xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka dair açılmış vərəsəlik işi müəyyən olunmamışdır. xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka dair hər hansı mübahisənin olması, miras əmlakın tərkibinə daxil olan daşınar və daşınmaz əmlak barədə Şamaxı Regional “Asan xidmət” Mərkəzi Notariat ofisində məlumat yoxdur. İşin araşdırılan hallarından göründüyü kimi hazırki iş üzrə ərizəçi miras əmlaka faktiki sahiblik etsə də üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X1 miras qalmış Şamaxı rayonu, Kərkənc kəndində yerləşən kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, buraxılmış müddət bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən anası X1 miras qalmış JN: 114 nömrəli (Kod: 41000028) "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına və JN: 114 nömrəli (Kod: 41000028) "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən Şamaxı rayonu Kərkənc kəndində yerləşən 0,98 ha və 0,20 ha torpaq sahələrinə dair "Vərəsəlik hüququ haqqında" Şəhadətnamə almaq üçün buraxılmış müddət bərpa edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1854/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1854/2020
07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver