Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1855/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Hüseynova (Savalanova) Ülviyyə Niyaz qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Hüseynova (Savalanova) Ülviyyə Niyaz qızının Cavabdeh qarşı “mənzildən payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova (Savalanova) Ülviyyə Niyaz qızı Cavabdeh qarşı “mənzildən payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və paylı mülkiyyətdə olan mənzildən mülkiyyətində olan hissənin paylara uyğun bölünməsini və 15,6 m2, 23.4 m2 olan iki otaq, 4.4 m2 olan hamam və sanitar qovşağı və 14.6 m2 dəhlizin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçı Hüseynova (Savalanova) Ülviyyə Niyaz qızı izahatında göstərdi ki, o, Cavabdeh ilə birlikdə xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamış və həmin barışıq sazişi “Suraxanı rayonu, Əmircan qəsəbəsi, T. Bağırov küçəsi, dalan 3-də yerləşən 3 saylı evin texniki pasporta uyğun olaraq 1,2,3,4 və 5 saylı tikililər İddiaçı mülkiyyətinə verilməklə, orada göstərilən 6, 7 saylı tikililər (7 saylı otaqdan həyətyanı sahəyə giriş qapısı açılmaqla) və həyətyanı sahədə sanitar qovşağı isə Cavabdeh mülkiyyətinə verilməklə naturada bölünməsi” şərti ilə bağlanmışdır. Odur ki, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında göstərdi ki, o, iddiaçı Hüseynova (Savalanova) Ülviyyə Niyaz qızı ilə birlikdə xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlamışlar və həmin barışıq sazişi “Suraxanı rayonu, Əmircan qəsəbəsi, T. Bağırov küçəsi, dalan 3-də yerləşən 3 saylı evin texniki pasporta uyğun olaraq 1,2,3,4 və 5 saylı tikililər İddiaçı mülkiyyətinə verilməklə, orada göstərilən 6, 7 saylı tikililər (7 saylı otaqdan həyətyanı sahəyə giriş qapısı açılmaqla) və həyətyanı sahədə sanitar qovşağı isə Cavabdeh mülkiyyətinə verilməklə naturada bölünməsi” şərti ilə bağlanmışdır. Odur ki, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, iddiaçı Hüseynova (Savalanova) Ülviyyə Niyaz qızı ilə Cavabdeh aşağıdakı şərtlə Barışıq Sazişi bağlayaraq razılığa gəlmişlər: “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T. Bağırov küçəsi, dalan 3-də yerləşən 3 saylı ev texniki pasporta uyğun olaraq 1,2,3,4 və 5 saylı tikililər İddiaçı mülkiyyətinə verilməklə, orada göstərilən 6, 7 saylı tikililər (7 saylı otaqdan həyətyanı sahəyə giriş qapısı açılmaqla) və həyətyanı sahədə sanitar qovşağı isə Cavabdeh mülkiyyətinə verilməklə naturada bölünsün.” Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iş üzrə tərəflər arasında ümumi razılaşma əsasında xx.xx.2022-ci il tarixdə bağlanmış Barışıq Sazişi qeyd olunmuş şərtlərlə məhkəmə tərəfindən təsdiq olunaraq işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmçinin iş üzrə tərəflərə izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Hüseynova (Savalanova) Ülviyyə Niyaz qızının Cavabdeh qarşı “mənzildən payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə tərəflərin xx.xx.2022-ci il tarixdə bağladıqları Barışıq Sazişi aşağıda göstərilən şərtlə məhkəmə tərəfindən təsdiq olunsun və mülki işin icraatına xitam verilsin: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T. Bağırov küçəsi, dalan 3-də yerləşən 3 saylı ev texniki pasporta uyğun olaraq 1,2,3,4 və 5 saylı tikililər İddiaçı mülkiyyətinə verilməklə, orada göstərilən 6, 7 saylı tikililər (7 saylı otaqdan həyətyanı sahəyə giriş qapısı açılmaqla) və həyətyanı sahədə sanitar qovşağı isə Cavabdeh mülkiyyətinə verilməklə naturada bölünsün” İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə tərəflərə izah edilsin ki, hazırki mülki işin icraatına xitam verildiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdənsonra 10 (on) gün müddətində verilə bilər. Sərdlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1855/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1855/2022
15.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver