Məhkəmə qərarları › İş №2(010)-1860/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1860/2022

23.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1860/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının İddiaçı vəkili və nümayəndəsi Vəkil oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdeh xx xxxxxxxx 1970-ci il təvəllüdlü Cavabdehnın ləyaqətsiz vərəsə hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1969-cu ildə X1 ilə nikaha daxil olmuş, birgə nikahdan 4 övladları olmuşdur. Cavabdeh 1970-ci ildə anadan olmuş və doğma oğludur. İddiaçı təqaüdə çıxanadək, əri isə 2019 -cu ildə avtomobil qəzası nəticəsində həlak olanadək Ağdaş rayonunda 50 həkim işləmişlər. Cavabdeh 1988-ci ildə orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Əri ilə birlikdə digər 3 qız övladları və onlardan biri uşaqlıqdan əlil olmasına baxmayaraq cavabdehin rahatlığı üçün Bakı şəhərində mənzil kirayə etmişlər, son kursda oxuyarkən isə Bakı şəhərinin N.Nərimanov metrosunun yanında mənzil almışlar. Cavabdehin təkidi ilə buna görə iddiaçı hətta çox bahalı zinyət əşyalarını satmalı olmuşdur. 1995-ci ildə cavabdeh institutu bitirmiş və rayona qayıdaraq rayon xəstəxanasında həkim işləməyə başlamışdır. Bu münasibətlə əri bahalı və dəbdə olan təzə VAZ 2106 "Jiquli" markalı minik maşınını cavabdehə hədiyyə etmiş, özünə isə işlənmiş VAZ 21011 “Jiquli” markalı minik maşını almıdır. 1997-ci ilin payızında mərhum əri ilə oğluna toy edərək onu evləndirmiş, bir müddət rayonda işlədikdən sonra isə cavabdeh rayonda işləyən 4 təcrübəli cərrahlardan tez-tez şikayətlənərək bəhanə etdiyindən orada işləmək istəmədiyini bildirmişdir. Gəlinlərinin ona yalvarışlarından sonra oğluna paytaxtda iş yeri axtarmalı olmuşlar və dost tanışların vasitəsi ilə ona Bakı şəhərində iş tapmışlar. Əri ilə o bütün ömrü boyu öz övladlarları üçün çalışmışlar, yaşa dolduqca bu hiss onlarda daha da çoxalmış və özlərindən sonra onlar üçün nə isə saxlamaq niyyəti ilə əri ehtiyat pul yığmışdır. 2019 ilin fevral ayında əri avtomobil qəzası nəticəsində vəfat etmişrəhmətə getdi. Yas mərasiminə yaxın qohum-əqrəb maddi köməklik etdilər, yas mərasimində 1000 nəfərə qədər insan iştirak edən atasına oğlu el adəti ilə “İl” mərasimi də keçirtmədi. Əksinə, cavabdeh 4800 ABŞ dollarını tək başına mənimsəmiş, mərhum Ərinin bahalı bir suvenir şahmatı, noutbuku, ov silahını özünə götürmüşdür. Bundan əlavə avtomobil qəzasına görə onların ailəsinə 5000 manat təzminat verilsə də, bu pulu da cavabdeh özünə götürmüşdür. Həmçinin cavabdeh qəzaya uğramış avtomobilini sataraq pulunu mənimsəmişdir. Əri vəfat eden zaman onların birgə mülkiyyətlərində 3 daşınmaz əmlakları - Ağdaş şəhərində 2 (iki) fərdi yaşayış evi, övladları ilə birlikdə istirahət yeri kimi istifadə etdikləri Oğuz rayonu Daşağıl kəndində yerləşən ev əldə olunmuşdur. Həmin mülklərin ikisi onun, biri isə mərhum yoldaşının adına olmuş, bu isə ərinin heç vaxt cavabdehə güvənmədiyini göstərir. Əri vəfat edəndən bir neçə ay sonra cavabdeh onu özü ilə Bakı şəhərinə aparmışdır. Sonradan isə o, anlamışdır ki, oğlu bunu həmin 3 mülkü ələ keçirmək məqsədilə etmişdir. 2020-ci ilin payızında cavabdeh Ağdaşda olan evlərdən birinin ona verilməsi xahiş etmiş və belə izah etmişdir ki, həmin evi və bu mənzili satıb 4 otaqlı ev alsın, 1 (bir) otağını isə ona versin. O, əvvəlcə buna razı olmamış və bildirmişdir ki, həmin evdə qızlarının da payı mövcüddur. Lakin cavabdeh oğlu inandırmağa çalışmıdır ki, o biri evlərdən miras payı istəmiyəcək. O, oğlunun səmimiyyətinə inanaraq 03.09.2020-ci il tarixdə onunla notariat idarəsinə getsə də, son anda cavabdehin onu aldadaraq ümumi Etibarnaməyə qol çəkdirmək istədiyini bilib bunu etməmişdir. Bunu etmiş olsa idi cavabdeh 3 mülkə də yiyələnəcəkdir. Cavabdeh onu dəfələrlə aldatmış, evi 48 000 manata sataraq "Mersedes" markalı maşını olduğu halda özünə təzə, daha bahalı ikinci maşın almışdır. Bir müddət keçdikdən sonra oğlu Oğuz rayonunda olan evi də istəmiş, lakin o, buna razı həmin evdə qızların payı olduğunu, həm də onların istirahət yeri olduğunu bildirmişdir. Onda cavabdeh təklif etmişdir ki, həmin ev üçün ona etibarnamə verilsin, o isə bunun əvəzinə rayonda olan ata adına olan evdəki miras payından bacılarının xeyrinə imtina edəcəkdir. Bu zaman cavabdeh evi satmayacağına dair vədlər vermiş, o da inanaraq razı olmuşdur. Düşündü ki, evin satılması barədə xəbər eşitdiyi notariat idarəsində etibarnaməni ləğv etdirəcəkdir. Lakin bilməzdi ki, cavabdeh anasının istirahət etdiyi bir evi satmaq məqsədi ilə dələduzluq edərək etibarnaməyə yox, bağışlanma müqaviləsinə imza atdırarmış. O yenə də oğlunun səmimiliyinə inanaraq ona 1 fevral 2021-ci il tarixində Etibarnamə vermək məqsədi ilə onunla notariat ofisinə getmişdir. Cavabdeh onu yataq otağına çağıraraq atasının adına olan evi ona verilməsin tələb etmiş, o isə onun həmin evdən pay istəməyəcəyini bildirəndə cavabdehin cavabı belə olmuşdur ki, ata malı yalnız oğula çatmalıdır. O, Bakıdakı evdən savayı yerdə qalan 3 mülkdən ikisini, cəmi isə dörd mülkdən üçünü özünə götürdüyünü xatərlatdıqda cavabdeh cavabb vermişdir ki, bacılar onun düşmənləridir və ailənin yeganə oğul övladı odursa hər şey onun olmalıdır. Bundan sonra daha 3 dəfə oğlu onunla ev mübahisəsi etmiş, onun razılığını ala bilmədiyindən ona bərk qəzəblənərək qızlarının qaldığı evinə qovmuşdur. 19 mart 2021-ci ildə cavadbeh onu Ağdaşa gətirərək bu iddia tələbi üzrə iddiaçı tərəfdən 3-cü şəxs kimi çıxış edən qızı Vəfanın evinə düşürüb çıxıb getmişdir. Bakıya qayıdandan sonra isə onun telefonuna ismarıc yazmışdır ki, uşaqlarının və ailəsinin gözünə görünməsin, sənin ailən qızlarındı kürəkənlərindi, onlar ona yetər və əgər ürəyi Bakını istəsə burada 1 otaqlı kirayə evlər var, gəlib o evdə qala bilər. Bir neçə müddətdən sonra cavabdehin Oğuzdaki evi satmaq üçün sənəd hazırladığını eşidib ona verdiyi Etibarnaməni ləğv etmək üçün notariusa müraciət etmişdir. Lakin ona məlum olmuşdur ki, oğlu 1 fevral 2021- ci il tarixdə onu aldadıb, onun qoca və hüquqi savadsızlığından istifadə edərək notariusda Etibarnamə adı ilə həmin evə dair ondan özünə bağışlama müqaviləsinə imza etmişdir. Belə olduqda 2021-ci ilin avqust ayında o məhkəməyə müraciət edərək həmin bağışlanma müqaviləsinin ləğv edilməsini xahiş etmiş, hazırda həmin mübahisə Bakı Apelyasiya məhkəməsinin icraatındadır. İddiaçı vəkili və nümayəndəsi Vəkil oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbində yazılanlarla uyğun izahat verərək iddianın olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia qəbul etməyərək bildirdi ki, atasının vəfatından sonra götürdüyü şahmat onun özünə məxsus olmuş, eləcə də tüfəng həmişə onun istifadəsində olmuşdur. Atasından miras qalmış masını sataraq əldə olunan pulu atasının yasına xərcləmişdir. Miras qalmış digər əmlaklarla bağlı isə heç kimi aldatmamış, hər bir əmlak barədə əqdin bağlanması iddiaçı ilə qarşılıqlı razılaşma əsasında baş vermiş və bundan əvvəl qəbul olunmuş məhkəmə qərarları ilə öz əksini tapmışdır. Ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi əsassız olduğuna görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Doğum haqqında şəhadətnamənun sürətindən görünür ki, Cavabdeh atası X1, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Alıq-Satqı müqaviləsindən görünür ki, İş materiallarında olan Az İİ 203750 №-li Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 07.03.2019-cu il tarixində ölmüşdür. İş materiallarına əlavə olunmuş 01 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi sahəsi 0,05 kv/m olan torpaq sahəsi hədiyyə verən Azəri Firuzə Baxtiyar qızı tərəfindən hədiyyə alan Cavabdeh bağəşlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, şəxsin ləyaqətsiz vərəsə hesab edilməsindən ötrü şəxs miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməlidir. Yaxud da vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməlidir ki, bu zaman isə şəxsin təqsiri məhkəmədə təsdiq olunsun. Məhkəmə qeyd edir ki, hər hansı şəxsi ləyaqətsiz vərəsə hesab edilməsindən ötrü iki hal müəyyən edilmişdir. Həmin hallardan hər hansı biri olduqda şəxs ləyaqətsiz vərəsə hesab oluna bilər. İddiaçı yuxarıda qeyd olunan və ləyaqətsiz vərəsələr hesab edilməsi üçün əsas verən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar