Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1865/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Bəkı̇ rova Rəsmı̇ yyə Əcəm qızının cavabdeh Məmmədova Emı̇ lı̇ ya Səı̇ d qızına qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia Tələbi.
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərində onun payına düşən 2 otaq y/s 24.0 kv.m hissəsinin naturada təcrid şəkildə ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbin dəlilləri.
2. O, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və 2009-cu ildən həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH, 016121 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışına əsasən 86.21 kv. ümumi, 54.01 kv. m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 2 otaq y/s 24.0 kv.m onun, 2 otaq y/s 30.01 kv.m cavabdeh X5 mülkiyyətindədir. Həmin mənzilin 30.01 kv.m y/s olan 2 otağını xx.xx.2009-cu ildə X1 37 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi ilə almışdır. Həmin mənzilin digər iki otağı cavabdeh X5 mülkiyyətindədir və bununla bağlı adına qeydiyyat vəsiqəsi vardır. Həmin mənzili o alan vaxtı paylı mülkiyyətdə olduğunu başa düşməmişdir. Mənzilə köçdükdən sonra öyrənmişdir ki, 4 yaşayış otağı olan mənzil bölünərək paylı mülkiyyətə çevrilmişdir. Onu da əlavə edir ki, paylı mülkiyyətdə göstərilən otaqların ayrıca giriş-çıxış qapısı vardır və hər birinin kommunal müqavilələri və sayğaclar quraşdırılmışdır.
Tərəflərin izahatları.
3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iş üzrə təqdim edilmiş ekspert rəyi ilə tanışdır və həmin rəydə mənzilin natura şəklində bölünməsinin mümkün olduğu bildirilmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçıya düşən pay natura şəklində ayrılmalıdır. 4.Məhkəmə iclasında Cavabdeh bildirdi ki, mənzildən iddiaçıya düşən payın natura şəklində ayrılmasına etirazı yoxdur. İş materialları.
5. xx.xx.2009-cu il tarixli, AN- İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı X3 ünvan 2 ünvanında yerləşən 4 otaqlı, yaşayış sahəsi 54.01 kv.m olan paylı mənzildən ona məxsus olan, yaşayış sahəsi 24.0 kv.m olan 2 otağı alıcı İddiaçı mülkiyyətinə verməyi və alıcı İddiaçı 32.120 (otuz iki min yüz iyirmi) manatı satıcı X2 ödəməyi öhdəsinə götürmüşdür.
6. AR ƏMDK yanında DƏDRX-nin ******* nömrəli, MH seriyalı, xx.xx.2009-cu il tarixli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində 0.07663 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 2 otaq y/s 24.0 kv.m, Cavabdeh 2 otaq y/s 30.01 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 285 nömrəli reyestr kitabının 27219 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3205 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin 2 otaq, y/s 24.0 kv.m (12.3 kv.m və 11.7 kv.m yaşayış otaqlarının) olan hissəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə uyğun qaydada digər 2 yaşayış ( 11.41 kv.m və 18.6 kv.m yaşayış otaqları) otaqlarından təcrid şəkildə naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün texniki pasportun 3 saylı literində yerləşən dəhlizdə arakəsmə divar hörülərək 3 saylı literin bir hissəsi və 7,8,9 saylı literdə yerləşən otaqlar cavabdehə verilə bilər.
İşin faktiki halları.
8. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində 0.07663 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil tərəflərin paylı mülkiyyətindədir. Həmin mənzildən iddiaçıya düşən pay 2 otaq, y/s 24.0 kv.m və cavabdehə düşən pay isə 2 otaq y/s 30.01 kv.m təşkil edir. Hazırkı iddia tələbində iddiaçı ona məxsus payın natura şəklində təcrid edilərək ayrılmasını tələb edir. Cavabdeh isə iddiaçıya məxsus payın natura şəklində ayrılmasına etırazının olmadığını bildirir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
10. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Qərarı. Həmin qərara əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir.
11. AR Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, hazırda iddiaçı yuxarıda qeyd olunan mübahisəli daşınmaz əmlakda olan payının naturada ayrılması barədə tələb irəli sürmüşdür. Qanunvericiliyin tələbindən də görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bunun naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Məhkəmə ümumiyyətlə qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Belə ki, iddiaçı digər mülkiyyətçi ilə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən keçirilmiş ekspertiza rəyindən müəyyən olunur ki, qeyd olunan mübahisəli mənzil üzrə iddiaçıya məxsus payın natura şəklində təcrid edilərək ayrılmasının mümkün olduğu qeyd edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək ona tənqidi yanaşılması üçün əsas görmür.
Məhkəmə xərcləri.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaitinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Bəkı̇ rova Rəsmı̇ yyə Əcəm qızının cavabdeh Məmmədova Emı̇ lı̇ ya Səı̇ d qızı ilə paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində 0.07663 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil üzərində iddiaçı Bəkı̇ rova Rəsmı̇ yyə Əcəm qızının payına düşən 2 otaq (yaşayış sahəsi 24 kv.m hissə) təcrid edilərək natura şəklində ayrılmalı və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaitinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) köçürülməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. İddiaçı Bəkı̇ rova Rəsmı̇ yyə Əcəm qızının cavabdeh Məmmədova Emı̇ lı̇ ya Səı̇ d qızı ilə paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində 0.07663 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil üzərində iddiaçı Bəkı̇ rova Rəsmı̇ yyə Əcəm qızının payına düşən 2 otaq (yaşayış sahəsi 24 kv.m hissə) təcrid edilərək natura şəklində ayrılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaitinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.