Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-187/2024 15.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş “şəxsin ölmüş elan edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə “şəxsin ölmüş elan edilməsi”nə dair ərizə ilə müraciət edərək, məhkəmədən xx.xx.1984-cü ildə Gürcüstanda anadan olmuş X13 2017ci il avqust ayının 28-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Qızım xx.xx.1987-ci il təvəllüdlü X11 xx.xx.1984-cü il təvəllüdlü X22 ilə xx.xx.2008-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Bu nikahdan dörd övladları – xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X18 anadan olmuşlar. 2015-ci ildə qızım X12 ailəsi ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Sonradan bizə məlum olmuşdur ki, onlar Türkiyə adı ilə Suriyaya gediblər və orada dini qruplara qatılıblar. Oradan da İraq Respublikasına getmişlər. İraqda iki övladları - xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X25 anadan olmuşdur. 2017-ci il avqustun 28-də qızım X6 əri X22 və dörd övladları Məryəm, Aişə, Məhəmməd və İbrahim döyüş əməliyyatlarında ölmüşlər, qızım Səidə və iki övladı - xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X25 isə əsir düşərək, İraq Respublikasında həbsxanaya salınmışdır. xx.xx.2021ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi və Azərbaycanın İraqdakı Səfirliyinin ölkəyə qayıtma şəhadətnaməsi əsasında qızım Səidənin övladları xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X25 Azərbaycan Respublikasına gətirilmişlər və mənə təhvil verilmişlər. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 184 saylı sərəncamı ilə mən Ərizəçi nəvələrim xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X15 üzərində qəyyum təyin edilmişəm. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1795/2022 saylı qətnaməsi ilə X16 xx.xx.2013-cü il tarixdə və X15 xx.xx.2017-ci il tarixdə İraq Respublikasında qızım X5 doğulmaları faktı müəyyən edilmişdir. Bildirirəm ki, nəvələrim Əsma və Asya hal-hazırda nənələri kimi mən Ərizəçi qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını mən qarşılayıram. Lakin aldığım pensiya uşaqların maddi ehtiyaclarının qarşılanmasına yetmir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin nəvələrim Əsma və Asyanın atası X13 ölməsini təsdiq edən sənəd olmadığına görə onun nəvələrimin atası olması faktının müəyyən edilməsini həyata keçirə bilmirəm və nəvələrimə ailə başçısını itirməyə görə sosial müavinət ala bilmirəm. Hesab edirəm ki, X13 İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, 2017-ci ilin avqust ayının 31-də (həmin gün digər qızının ad günü olduğundan günü dəqiq xatırlayır) qızı Səidə ona zəng vurmuş, İraqda olduqları yerə bomba atıldığını, ərinin, dörd uşağının öldüyünü bildirmişdir. Həmin vaxt qızı Səidə hamilə olmuş, qucağında isə azyaşlı qızı olmuşdur. Uşaq su istədiyinə görə onu özü ilə götürüb yaşadıqları yerdən kənarda su içməyə aparmış, bu səbəbdən bomba onların ölümünə səbəb olmamışdır. Lakin həmin hadisə nəticəsində qızının əri Nazim Çerpanov və Məryəm, Aişə, Məhəmməd və İbrahim adlı uşaqları ölmüşlər. Qızı Səidə hadisənin 28 avqustda baş verdiyini bildirmişdir. Bir neçə ay sonra qızı hamilə olduğu uşağını dünyaya gətirmiş, sağ qalan iki uşağın dövlət xətti ilə Azərbaycana gətirilməsi təmin edilmişdir. Bundan sonra o, uşaqlar üzərində qəyyum təyin edilmişdir. Qızı Səidə hələ də İraqdadır. Onun qaytarılması mümkün olmamışdır. Səidənin əri Nazim hadisə vaxtı ölmüşdür. Lakin onun ölüm faktını təsdiq edən müvafiq sənəd olmadığından bu, uşaqlar üçün müəyyən çətinliklər yaradır. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 680374 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 (atası X22, anası X11) xx.xx.2015-ci il tarixində İraq Respublikasında doğulmuş, bu barədə xx.xx.2022-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır.
6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 680375 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 (atası X22, anası X11) xx.xx.2017-ci il tarixində İraq Respublikasında doğulmuş, bu barədə xx.xx.2022-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeydiyyat aparılmışdır.
7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 286395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 (atası X22, anası X11) xx.xx.2008-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.2009-cu il tarixdə doğum haqqında akt qeydləri kitabında 1453 nömrə ilə qeydiyyat aparılmışdır.
8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 382261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 (atası X22, anası X11) xx.xx.2009-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.2010-cu il tarixdə doğum haqqında akt qeydləri kitabında 108 nömrə ilə qeydiyyat aparılmışdır.
9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 769924 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 (atası X22, anası X11) xx.xx.2011-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.2011-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 3458 nömrə ilə qeydiyyat aparılmışdır.
10. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 047691 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 (atası X22, anası X11) xx.xx.2013-cü il tarixində Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.2013-cü il tarixdə doğum haqqında akt qeydləri kitabında 750 nömrə ilə qeydiyyat aparılmışdır.
11. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 409881 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 və X9 xx.xx.2008-ci ildə nikaha daxil olmuş, bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 746 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Çerpanova soyadı verilmişdir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1795/2022 saylı qətnaməsindən görünür ki, X6 12 dekabr 2015-ci ildə İraq Respublikasında bir qız uşağı və 09 noyabr 2017-ci ildə İraq Respublikasında bir qız uşağı doğması faktı müəyyən edilmişdir.
13. 4 saylı Bakı “ASAN xidmət” X28 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 3-16- 5/7-15-820/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi vətəndaşın ölmüş elan edilməsi faktının məhkəmə qətnaməsi əsasında qeyd edilməli olduğu izah edilmiş və ona ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
14. X32 Komitəsi (BQXK) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü ildə anadan olmuş və 2016-cı ildən olduğu yer barədə məlumat olmayan cənab X22 üçün xx.xx.2020-ci il tarixdə X32 Komitəsi (BQXK) tərəfindən axtarış sorğusu açılmışdır. BQXK hazırkı vaxta qədər adı yuxarıda göstərilmiş şəxsə dair açılmış işi hələ də bağlanmamış hesab edir.
15. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 54/2-25434/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə 018- 4823-1218 saylı DİN-in məktubuna əsasən xx.xx.1984-cü il təvəllüdlü X22 Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmişdir.
16. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 3-69/1-15486/2023 nömrəli məktubdan görünür ki, son 10 il ərzində Azərbaycan Respublikasının Baş X1 tərəfindən hər hansı bir müraciət daxil olmamışdır.
17. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 3-38-33/2-4479/23 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X2 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: xx.xx.2014-cü il tarixdə - istiqamət (çıxış).
18. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 3-13- 44/2-16659/2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin Elektron Sənəd dövriyyəsi sistemində vətəndaş X13 daxili işlər orqanlarına müraciətinin olması, yaxud başqası tərəfindən qeyd olunan vətəndaş haqqında edilmiş hər hansı məlumat aşkar olunmamışdır. Bununla yanaşı, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məlumatda da N.Çerpanovun cinayət təqibi və ya məhkumluğu barədə məlumatın daxil olmadığı bildirilmişdir.
19. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, 5/4603 nömrəli məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinə və ləğv olunmuş MTN-ə xx.xx.1984-cü il təvəllüdlü AR vətəndaşı, X22 tərəfindən və onun barəsində heç bir müraciət daxil olmamış, eləcə də sözügedən şəxs barədə cinayət təqibi aparılmamışdır. N.Çerpanovun Suriyada qanunsuz silahlı birləşmələrinin tərkibində döyüşlərdə öldürülməsinə dair əməliyyat məlumatları əldə edilsə də, bu barədə rəsmi sənəd daxil olmamışdır. İşin faktiki halları.
20. xx.xx.1987-ci il təvəllüdlü X11 Ərizəçi qızıdır. Səidə Çerpanova xx.xx.2008-ci il tarixdə X22 ilə rəsmi nikaha daxil olmuşdur.
21. xx.xx.2015-ci il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X7 Çerpanova və Nazim Çerpanovun birgə nikahından doğulmuşdur. Uşaqların hər ikisinin doğum yeri İraq Respublikasıdır.
22. Ərizəçi hər iki uşaq üzərində qəyyum təyin edilmişdir.
Tətbiq edilən hüquq.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi. 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Maddə 312. Ərizənin verilməsi. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizənin məzmunu. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 314. Ərizə verildikdən sonra hakimin hərəkətləri. 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi. 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
Məhkəmənin mövqeyi.
25. Ərizəçinin ölmüş elan edilməsini xahiş etdiyi X3 dəfə Azərbaycan Respublikasının dövlət sərhədindən xx.xx.2014-cü il tarixdə çıxış etmiş, bundan sonra dövlət sərhədindən girişi qeydə alınmamışdır. Bu müddət ərzində - xx.xx.2018-ci il tarixdə o, Azərbaycan Respublikası vətəndaşlığını da itirmişdir. Dövlət təhlükəsizlik orqanlarında Nazim Çerpanov barəsində araşdırma aparılmasa da, onun ölkə xaricində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə öldürülməsinə dair əməliyyat məlumatı Dövlət Təhlükəsizlik Xidmətinə daxil olmuşdur.
26. Bundan əlavə, Nazim Çerpanovun arvadı Səidə Çerpanovanın məhkum edilməsinə dair İraq Respublikasının səlahiyyətli məhkəməsinin qərarından görünür ki, aparılmış araşdırma nəticəsində məhkumun əri Nazim Çerpanovun ailəsi ilə birlikdə əvvəlcə qeyri-qanuni yolla Türkiyəyə, oradan Suriyaya, oradan isə İraqa daxil olduğu, Təlafər şəhərində məskunlaşdığı, İŞİD terror təşkilatına qoşulduğu, onlarla birlikdə döyüşlərdə iştirak edərək həlak olduğu müəyyən edilmişdir. X21 Xaç Komitəsinin axtarışında 2016-cı ildən etibarən Nazim Çerpanovun olduğu yer barəsində heç bir məlumat alınmadığı qeyd edilmişdir.
27. Beləliklə, iş materialları əsasında müəyyən edilmişdir ki, X22 Azərbaycan Respublikasının dövlət sərhədindən çıxış etdiyi 2014-cü ilin oktyabr ayından sonra bir daha ölkəyə qayıtmamış, sonradan onun barəsində alınan yeganə məlumat ölkə xaricində silahlı qruplaşmaların tərkibində döyüşlərdə iştirak edərkən ölməsi ilə bağlı olmuşdur ki, bu məlumat da yuxarıda sadalanmış sübutlarla öz təsdiqini tapmışdır. Bundan əlavə, İraq Respublikasının səlahiyyətli məhkəməsinin qətnaməsi, həmçinin tərəflərin birgə nikahından doğulmuş 2015 və 2017-ci il təvəllüdlü uşaqların İraq Respublikasında doğulması əsasında Nazim Çerpanovun ölüm yerinin İraq Respublikası olduğu qənaətinə gəlmək mümkündür.
28. Belə olan halda məhkəmə hesab edir ki, X13 İraq Respublikasında ölmüş elan edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcuddur. Bununla belə, məhkəmə hesab edir ki, Nazim Çerpanovun ölümünün güman edildiyi günlə bağlı ərizədə qeyd edilənləri təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından ərizə qismən təmin edilməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, bu məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün X13 ölüm günü hesab edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü X8 Respublikasında ölmüş elan edilməli, ərizə qalan hissədə təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X8 Respublikasında ölmüş elan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi gün X13 ölüm günü hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva