Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1872/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzilinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1967-cı il təvəllüdlü X3 ilə evlənərək ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Həyat yoldaşı xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı valideynlərindən miras qalmış əmlakı qəbul etmədən vəfat etdiyindən, onun varisi olaraq xx.xx.2016-cı il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ç.Xanməmmədov küçəsindəki 39 saylı evin 28,81 kv.m. olan 2 otaqlı 5 №-li mənzilindən 1/8 hissədə pay almaq hüququna malik şəxs kimi Bakı şəhər 35 saylı notariat kontorundan vərəsəlik payı haqqında şəhadətnamə almışdır. Həmin hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Onunla birgə həmin əmlakda müvafiq paya sahib olan həyat yoldaşının birinci nikahdan olan qız övladı Cavabdeh1 uzun müddətdir ki, payına düşən əmlakdan könüllü şəkildə imtina etdirərək, özünə ailə həyatı qurduqdan sonra daimi yaşamaq üçün hansısa xarici ölkəyə köçmüş və ailəsi ilə bərabər uzun illərdir ki, orada yaşayır. Onun keçmiş həyat yoldaşi ilə bir müddət evlilik münasibətində olub, sonradan aralarında nikaha xitam verilmiş digər Cavabdeh2 sadəcə olaraq həmin ünvanda pasport qeydiyyatında qalmışdır. Cavabdeh2 onunla daima qərəzli münasibətlərdə olması səbəbindən mülki hüquqlarından sui-istifadə edərək, ona zərər vurmaq məqsədi ilə mülkiyətındə olan pay əmlakdan istifadə etməyinə heç cür imkan vermir, özbaşınalıq edərək mənzildə istifadə hüquqlarını müxtəlif vasitələrlə əngəllədiyi üçün evdən çıxmalı olmuşdur. Onlara qarşı «pozulmuş hüquqların bərpası və mənzilə köçürülmə tələbinə dair» iddia ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvandakı yaşayış sahəsinə köçürülməklə əmlakdan istifadə hüququnu pozan Cavabdeh2 özbaşnaçılıq hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh olan şəxs ona qarşı «əmlakdan istifadə qaydasının müəyyən, edilməsi haqqında” qarşılıqlı iddia ərizəsi vermiş və ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5-ci mənzili mərhum qaynanası Cavabdeh3 tam mükiyyətində olmuşdur. xx.xx.2010-cu il tarixdə 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş vəsiyyətnaməyə əsasən, o, öz payını Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə qoyan xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Miras, vərəsələr tərəfindən qəbul edilərək qanun üzrə vərəsə X1 ona çatası miras paydan Cavabdeh1 xeyrinə imtina etmişdir. Digər vərəsə X3 mirası qəbul edənədək vəfat etmişdir. Ə.Mədətovla rəsmi nikahda olan o, mirası qəbul etmişdir. Suraxanı rayon məhkəməsinin 2((010)-7431/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzili üzərindəki vərəsəlik hüququ tanınmış, mirasda onun 1/8 hissə pay hüququ müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. Cavabdeh1 miras payından 7/8 hissəyə çıxarış alaraq öz payını qarşılıqlı iddiaçıya bağışlamışdır. Hesab edir ki, Cavabdeh1 cavabdehlər sırasından çıxarılmalıdır və mübahisəli ev üzrə paylar müəyyən edilsədə, ondan istifadə qaydaları müəyyən edilmədiyinə görə miras paylardan istifadə qaydaları müəyyən edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-704/218 saylı qətnaməsi ilə həm ilik iddia, həm də qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Məhkəmə qətaməsini belə əsaslandırmışdır ki, mübahisəli mənzildə onun 1/8 hissədə olan payına düşən hissə 6,32 kv metr təşkil edir ki, buda 8,0 kv metrdən azdır. Onun həmin mənzildə 1/8 hissədə payı vardır, lakin həmin pay mənzilin ümumi sahəsinin 6,32 kv metrini təşkil edir və həmin sahə 8,0 kv metrdən az olduğundan onun həmin mənzilə köçüb yaşamağı texniki cəhətdən mümkün deyildir. Belə olan halda o, mənzilin digər payçısından yalnız özünə aid olan 1/8 hissədəki payının hazırki bazar dəyərini kompensasiya şəklində tələb etmək hüququna malikdir. Qarşılıqlı iddiaya gəldikdə isə məhkəmə bir daha iş üzrə verilmiş ekspertiza rəyində göstərilənləridə əsas tutmuş, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzilin tikililərinin planlı yerləşməsini, yardımçı otaqlarının sayını, yəni mənzil üzrə bir ayaqyolunun, bir hamamın, bir dəhlizin və bir mətbəxin olmasını, mənzilin doqquz mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşməsini, həmin mənzilə giriş-çıxışın pilləkən qəfəssəsinə açılan bir qapı vasitəsilə olduğunu nəzərə alaraqda həmin iddianın təmin edilməsinin mümkünsüz olduğu nəticəsinə gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddiaçının payına uyğun kompensasiya məbləğini ödəməyə razı olduğunu bildirdi. Tərəflərə razılığa gəlmələri üçün verilimş vaxtdan sonra İddiaçı bildirdi ki, o cavabdehlə razılığa gələ bilməmişdir. Belə ki, cavabdeh ona məbləği bir dəfəlik yox, hissə hissə ödəyə biləcəyini bildirir, o isə buna razı deyil. Tərəflərə razılığa gəlmələri üçün verilimş vaxtdan sonra Cavabdeh2 iddiaçı ilə razılığa gələ bilmədiyini bildirərək, təklif edilən məbləği birdəfəyə ödəyə bilməyəcəyini qeyd etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: -02 oktyabr 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, Cavabdeh3 vəfat edən günədək ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzilini nəvəsi - Cavabdeh1 vəsiyyət etmişdir. - AZ-İ 675271 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 kəskin böyrək çatışmazlığından 15 may 2014-cü il tarixdə vəfat etmişdir. - 09 noyabr 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15 may 2014-cü il tarixdə vəfat etmiş Cavabdeh3 vərəsəsi – oğlu X3 öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 14 aprel 2015-ci il tarixdə vəfat etdiyindən onun həyat yoldaşı İddiaçı miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzilindən 1/8 hissədə irs almalıdır. - Seriya RX ******* № li Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzilinin 1/8 hissəninə xx.xx.2017-ci il tarixdə, ********** № ilə İddiaçı, 7/8 hissənə xx.xx.2017-ci ildə, ********** № ilə Cavabdeh2 pay hüququna malikdir. - Suraxanı Rayon Məhkəməsinin 2(010)-704/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pozulmuş hüquqların bərpası və mənzilə köçürülmə tələbinə dair ilkin iddiası bütovlükdə təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlakdan istifadə qaydasının müəyyən olunması barədə qarşılıqlı iddiası təmin edilməmiş və və ödənilmiş dövlət rüsum iddiaçının özünə aid edilmiş, ekspertiza dəyəri olan 200 manat İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, SN №33 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzilinin dəyəri 48.000 manat, 1/8 hissənin dəyəri isə 5250 manat olaraq müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli əmlak 1/8 hissədə iddiaçıya, 7/8 hissədə isə cavabdehə məxsusdur. İddiaçı əmlakın satılmasını və satış pulunun paylara mütənasib şəkildə bölünməsini xahiş edir. Cavabdeh tərəf tələblə razı deyil və etirazını onunla əsaslandırır ki, o, iddiaçının payının dəyərini ona verib, öz payını tamamlaya bilər. Tərəflər arasında bununla bağlı razılıq əldə edilməişdir. Belə ki, onlar 1/8 hissədə payın dəyərinin verilməsi müddəti ilə bağlı razılaşmamışlar. İddiaçı tərəf işə mahiyyəti üzrə baxılıb qərar verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair qərarında qeyd edilir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Hazırkı işdə iddiaçı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması tələbini irəli sürmüşdür. Daha sonra, həmin qərarda qeyd edilir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konket halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda, naturada ayrılması mümkün olmadıqda, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Məhkəmə hesab edir ki, hazırkı mübahisədə iddiaçının mübahisəli əmlakda payı cüzidir. Belə ki, iddiaçı tərəfin özünün də bildirdiyi kimi, onun payına düşən hissə 8,0 kv.m dən azdır. Əmlakın ümumi həcminə münasibətdə isə bu cizidir. Bundan başqa, tərəflər arasında əvvəl olmuş məhkəmə mübahisəsi zamanı qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamədən müəyyən edilir ki, payların naturada bölgüsünün mümkün olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, payların naturada iki hissəyə bölünməsi mümkün deyildir. Eyni zamanda, işin məhkəmə araşdırması zamanı iddiaçının əmlakla bağlı hər hansı mühüm mənafeyinin olması da aşkar edilmədi. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə iddiaçının əmlakda payını cüzi hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmlakdakı payı cüzi olduğundan, irəli sürülən tələb isə kompensasiyanın verilməsi yox, əmlakın naturada satılması ilə bağlı olduğundan, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Soltanova Yadı̇ gar Göyüş qızının cavabdehlər Xaı̇ mova Könül Əlı̇ qızı və Cavabdeh2 Xudbətdı̇ n qızına qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölüşdürülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddaçının özünə aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 200 manat pul iddiaçı Soltanova Yadı̇ gar Göyüş qızından tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1872/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1872/2022
07.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver