Məhkəmə qərarları › İş №2(010)-1881/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1881/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1881/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayyət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair mülki işə 13 aprel 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı Cavabdeh qarşı istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB y/S ev 6, mənzil 24 saylı mənzildən istifadə hüququnun olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/S ev 6, mənzil 24 saylı ünvanda yerləşən əmlak 05.12.2012-ci il tarixdə rəhmətə getmiş mərhum anası X4 adında idi və iddiaçı 20 iyun 2013-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq həmin mülkiyyəti öz adına keçirməklə RX 02119847 saylı çıxarış almışdır. 2016-ci il tarixdə gəlini, yəni Cavabdeh çıxarış əsasında iddiaçıya məxsus ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. Bir müddət gəlini oğlu ilə mehriban yaşayandan sonra aralarında söz-söhbət olduğundan getdikcə ailə həyatları dözülməz dərəçəyə çatmışdır. Oğlu cavabdehlə 10 ildən artıqdır ki, birgə nikahda olsalar da, bir yerdə yaşamırlar. Hazırki iddia ərizəsi veriləndə oğlu cavabdehlə nikahın pozulması barədə dair iddia qaldırmışdır. Hal-hazırda Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə oğlu X5 ilə Cavabdeh arasında 22.07.2014-cü il tarixdə qeydə alınmış nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı rayonu Y/Günəşli qəsəbəsi AB y/S, ev 6, 24 saylı mənzil 15.08.2013 tarixli, seriya RX ******* saylı Çıxarış vəsiqəsi ilə iddiaçının mülkiyyətindədir. Bu mənzildə iddiaçı uzun mütdətdir ki, tək yaşayır. Cavabdeh yəni gəlini Cavabdeh həmin iddiaçıçya məxsus mülkiyyətində 2016-cı ildən qeydiyyatda olsa da, az müddət yaşamışdır. İddiaçı bu yaşayış evi anasından vərəsəliklə hüququ ilə qalmışdır. Cavabdeh mübahisəli ünvanda az müddət yaşayıb sadəcə formal olaraq pasport qeydiyyatında olublar. Cavabdehin mübahisəli mənzildə yaşamaması barədə qonşular da təsdiq edə bilərlər. İddiaçı cavabdehdən iddiaçının istifadəsində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı tələb etsə də, cavabdeh iddiaçının tələblərinə məhəl qoymayaraq hal-hazırda iddiaçının istifadəsində olan evdən qeydiyyatdan çıxmır. Mübahisəli ev xüsusi mülkiyyət kimi qeydiyyatdan keçib, ev halhazırda iddiaçının sahibliyindədir. Qeyd etdiyi xüsusatlar üzrə sənədləri iddia ərizəsinə əlavə edir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh (azyaşlı qızı X2 ilə birlikdə) mübahisəli mənzilə istifadə hüququ olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən Cavabdeh yazılı və şifahi olaraq iddianı qəbul edərək, onun təmin edilməsinə etiraz etməmişdir, sadəcə ona bir az vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında 22.07.2014-cü il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1076 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra 14.09.2015-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, X3 14.09.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12.03.2021-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 1945 nömrəli reyestr kitabının 179494 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında nikahın pozulması 12 mart 2021ci il tarixdə qeyd alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan başqa, cavabdehin mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalması, bu halın mənzilin mülkiyyətçisinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırması işin faktiki halları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh (azyaşlı qızı X2 ilə birlikdə) ünvan 2 saylı mənzildən istifadə hüququ olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/S ev 6 mənzil 24 evdən istifadə hüququ olmayan hesab edilsin. Bu qətnamə Cavabdeh (azyaşlı qızı X8 f qızı ilə birlikdə) ünvan 3 ünvan üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar