Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-19/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı Trutneva İrı̇ na Yevgenyevnanın, Cavabdehlər Cavabdeh1 Rəhı̇ m oğlu, X5, Cavabdeh7̇ qızının, Cavabdehlər Cavabdeh1 Rəhı̇ m oğlunun, Həsənova Valı̇ də Mürşüd qızının, Qasımova (Ağayeva) Şəbnəm Rəhman qızının, Ağayev Şəhrı̇ yar Rəhman oğlunun və Cavabdeh7̇ qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 Rəhı̇ m oğlu və X4 vəkili Vəkil2, X1 iştirakı ilə İddiaçı Trutneva İrı̇ na Yevgenyevnanın cavabdehlər Cavabdeh1 Rəhı̇ m oğlu, Həsənova Valı̇ də Mürşüd qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X5, Cavabdeh7̇ qızı, Qasımova (Ağayeva) Şəbnəm Rəhman qızı və Ağayev Şəhrı̇ yar Rəhman oğluna qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi, 139/ keçmiş 18/ Mənzil İstismar Sahəsi torpaq sahəsindən və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçının tələbi.
1. İddiaçı Trutneva İrı̇ na Yevgenyevna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, Qasımova (Ağayeva) Şəbnəm Rəhman qızı və Cavabdeh9 Suraxanı rayonu, Z.Əliyev küç, ev 107, mən 2 və həyətyanı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh X5 etirazla məhkəməyə müraciət edərək, iddia tələbi qanunsuz və əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir. Etirazın əsası ondan ibarət olmuşdur ki, iddiaçı hazırki tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.
İddia tələbinin dəlilləri
3. O, ailə üzvlərilə birlikdə Suraxanı rayonu, Z.Əliyev küç, ev 107, mən 2-də qeydiyyatda olaraq yaşayır. O, xx.xx.1974-cü il tarixdə X13 ilə evlənmişdir. Birgə nikahdan iki övladları anadan olmuşdur. Övladının biri ruhi əsəb xəstəsidir. Onunla birlikdə iki qızı, bir nəvəsi və iki nəticəsi göstərilən mənzildə yaşayır. Həyat yoldaşı xx.xx.1993-cü İl tarixdə rəhmətə getmişdir. Yaşadıqları evin sosial kirayə müqaviləsi qaynanası X3 məxsus olmuşdur. İcarədar Trutneva A.A xx.xx.2000-ci il tarixdə rəhmətə getmişdir. 1993-cü il tarixdə Suşa şəhərindən olan cavabdehlər onlara məxsus olan 20 kv.m. yaşayış sahəsini və həyətyanı sahədə olan tikililəri zəbt etmişdirlər. O, ailə üzvləri 20 kv.m. yaşayış sahəsində yaşayırlar. O, 2011-ci il tarixdə yaşadıqları Z.Əliyev küç, 107 saylı evin 2 saylı mənzilinin sosial kirayə müqaviləsinin qaynanası X2 vəfatından sonra öz adına dəyişdirilməsi barədə ARDNŞ-nİn Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə müraciət etmişdir. Onun xahişi təmin edilmiş və xx.xx.2011-ci il tarixli Qİ xx-xx/8104 saylı məktubla mənzilin sosial kirayə müqaviləsinin dəyişdirilməsi məqsədəuyğun hesab edilmişdir. Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin 363 M salı ƏMR-inə əsasən sosial kirayə müqaviləsinin bağlanması MKXD-nin 18 saylı MİS-nə tapşırılmışdır. Hal-hazırda 18 saylı MİS-i 139 saylı MKİS-i adlandırılır. O, dəfələrlə Mənzil Kommunal Təsərrüfatı Departamentinə, 3 saylı Xüsusi Təyİnatli Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 139 saylı MKİS-nə müraciətlər edib, sosial kirayə müqaviləsini tələb etmişdir. Ancaq ona heç bir məlumat verməmişdirlər. O, məcburiyyət qarşısında qalıb Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Artıq uzun müddətdir ki, Mənzil Kommunal Təsərrüfatı Departamentİ və 1993-cü il tarixdə ona məxsus olan mənzilin 20 kv.m. sahəsini zəbt etmiş Suşa rayonundan olan cavabdehlər bildirirlər ki, bu mənzilin 20 kv.m. sahəsi onlara daimi verilmişdir və onunla Bakı Şəhər İcra Hakimiyyətinin Departamentİ İlə yenidən sosial kirayə müqaviləsinin bağlanımasına əsassız iddialar ilə maneələr törədirlər. Cavabdehlər bildirirlər ki, 20 kv.m. yaşayış sahəsi və torpaq sahəsi onlara daimi verilmiş və bura onlara məxsusdur. O, Suraxanı Rayon Prokurorluğuna müraciət edib 139 saylı MKİS və 3 saylı Xüsusi Təyinatlı MKTB-nİn məsul işçiləri barədə qanuni tədbir görülməsini və cavabdehlərin qanunsuz zəbt etmiş sahədən çıxarılmalarını xahiş etmişdir. Suraxanı rayon prokurorluğu ərizənin icrasını Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə həvalə etmişdir. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi araşdırma aparmış və ona məhkəmə orqanına müraciət etməyini tövsiyə etmişdir. O, dəfələrlə cavabdehlərə müraciət edib zəbt etdikləri yaşayış sahəsi və torpaq sahəsində onların ailəsinə məxsus olmuş yardımçı sahələri tərk etmələrini bildirmişdir. Əvəzində ona bildirilir ki, buranı abadlaşdırmaq üçün 24 min manatdan yuxarı pul sərf etmişlər və heç yerə gedən deyildirlər. Torpaq sahəsində onlara məxsus olan yardımçı sahələr onun razılığı olmadan sökülmüş və tikinti işləri aparılmışdır. Aparılan tikinti işlərinə MKTD və onun tabeliyində olan 3 saylı XTMKTB və 139 /18/ saylı MİS-nin əməkdaşları tərəfindən himayədarlıq edilmişdir. Ailəsi 6 nəfərdən ibarətdir. Başqa yerdə yaşayış sahəsi yoxdur. Onlar 20 kv.m. yaşayış sahəsində və yardımçı sahələrdə mətbəx, keçid və aynabənddə yaşayırlar.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçı Trutneva İrı̇ na Yevgenyevna iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, 1993-cü il tarixdən qeyd olunan 20 kv.m olan evin birində yaşayır. Qeyd olunan evlər arasında sadəcə divar mövcuddur, qapı mövcud deyil. Qeyd olunan torpaq sahəsi onlara məxsus olmuşdur.
5. Məhkəmə iclasında Cavabdeh1 Rəhı̇ m oğlu iddia tələbinin təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbinin təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Rəhı̇ m oğlunun, Həsənova Valı̇ də Mürşüd qızının, Qasımova (Ağayeva) Şəbnəm Rəhman qızının, Ağayev Şəhrı̇ yar Rəhman oğlunun və Cavabdeh7̇ qızının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməməsini xahiş etdi və qeyd etdi ki, inzibati icraat çərçivəsində apellyasiya məhkəməsində digər işə baxılan zaman da müəyyən edilib ki, qeyd olunan mübahisəli evlər ayrı-ayrı evlərdir və hər birinin ayrı qapısı vardır. Bildirir ki, iddia tələbinin əsassız olmasına dair bütün sənədlər təqdim edilmişdir.
8. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Rəhı̇ m oğlu və X4 vəkili Vəkil2 iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etdi.
İş materialları.
9. xx.xx.1987-ci il tarixli, 46 nömrəli protokolun surətindən görünür ki, A.A Trutnevaya ünvan 1 ünvanında 20 kv.m yaşayış sahəsi kirayəyə verilmişdir.
10. ARDNŞ Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli, 363M saylı Əmrin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin sosial kirayə müqaviləsinin 1 nəfər ailə üzvü ilə (özü, üç qızı – Trutneva Natalya, Trutneva Olqa, Trutneva Yekaterina) vətəndaş Trutneva İrı̇ na Yevgenyevnanın adına dəyişdirilməsi, onunla kirayə müqaviləsinin bağlanması, X2 adına olan sosial kirayə müqaviləsinin bağlanılması və Trutneva İrı̇ na Yevgenyevnanın adına yeni müqavilənin açılmasının MKXD-nin 18 saylı MİS-nə tapşırılması əmr edilmişdir.
11. AR Bakı şəhəri Bülbülə Bələdiyyəsinin AR Vəkillər Kollegiyasının ünvan 2 ünvanlanan 06 aprel 2022-ci il tarixli, 36 nömrəli məktubundan görünür ki, Cavabdeh1 tərəfindən Bülbülə qəsəbəsi, İ.Məmmədov küç, ev 107, mənzil 2a şərti ünvanında inşa edilmiş bir mərtəbəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə məxsusdur və Bülbülə bələdiyyəsinin inzibati ərazisidir. Qeyd edilmişdir ki, Cavabdeh1 öz ərizəsinə əsasən 2011-ci ildən könüllü vergi ödəyicisidir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 746/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmələri və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, 107 saylı evin 2 saylı mənzilinin sahəsi 20 kv.m olan bir otağına dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi ARDNŞ Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli, 363M saylı (Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin sosial kirayə müqaviləsinin vətəndaş Trutneva İrı̇ na Yevgenyevnanın adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması barədə) Əmrinə istinad etsə də, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri (Dövlət əmlakının registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış əlavə olunur) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verildiyindən artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi MKXD tərəfindən sözügedən əmr verilən zamanı artıq belə bir səlahiyyəti olmamışdır.
13. AR BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli, 40 nömrəli Sərəncamının surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5195/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarına əsaslanaraq, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin 2 saylı mənzilinin sahəsi 20,0 kv.m olan bir otağına 6 nəfər ailə üzvü ilə (özü, anası, 2 qızı və 2 nəvəsi) İddiaçı adına kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur.
İşin faktiki halları.
14. İşin faktiki halları ondan ibarətdir ki, mübahisəli ərazidə bir neçə tikili mövcuddur və tikililər bir birindən təcrid olunmuş vəziyyətdədir. Həmin tikililərdən yaşayış sahəsi 20 kv.m-dən ibarət olan bir otaq hissəsində iddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Digər 20 kv.m-dən ibarət olan yaşayış sahəsində cavabdeh X5 ailəsi ilə birlikdə yaşayır. Digər Cavabdeh1 isə, həmin ünvanda sonradan özü inşa etdiyi, mənzil 2A kimi qeyd olunan yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Həmin mübahisəli ərazi dövlət mülkiyyətidir. iddiaçı tərəf öz iddia tələbində cavabdehlərin sosial kirayə müqaviləsi əsasında ona verildiyini qeyd etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin 2 saylı mənzilinin 20 kv.m sahəsini zəbt etdiklərini bildirir və onların həmin yaşayış sahəsindən çıxarılmasını tələb edir. İddiaçı tərəf tələbinin əsası kimi ona isitnad edir ki, ARDNŞ Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli, 363M saylı Əmri əsasında həmin yaşayış sahəsi ona verilmişdir. Lakin cavabdehlər həmin 40 kv.m olan həmin yaşayış sahəsinin 20 kv.m hissəsini əsassız olaraq zəbt etmişdirlər. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir və etirazın əsası kimi bildirir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evində otaqlar tamamilə ayrıdır. İddiaçının qeyd etdiyi 20 kv.m olan yaşayış sahəsinin digər 20 kv.m olan hissəyə aidiyyatı yoxdur. Eyni zamanda kirayə müqaviləsinə gəldikdə isə, mübahisəli məsələ ilə bağlı inzibati icraat qaydasında məhkəmə çəkişməsi olmuş və yekunda iddiaçının müvafiq inzibati oraqanla yalnız öz yaşadığı 20 kv.m olan yaşayış sahəsinə münasibətdə kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Digər Cavabdeh1 isə yaşadığı otağın özü tərəfindən inşa edildiyini bildirir. Cavabdeh tərəf hesab edir ki, iddiaçının, ümumiyyətlə, hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
17. İnsan Hüquqlarının və X8 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
20. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbində iddia tələbinin əsası kimi ARDNŞ Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli, 363M saylı (Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin sosial kirayə müqaviləsinin vətəndaş Trutneva İrı̇ na Yevgenyevnanın adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması barədə) Əmrinə istinad edir. İddiaçı işin halları kimi, eyni zamanda ona da istinad edir ki, həmin yaşayış sahələri onun mərhum qaynanasına məxsus olmuş və onlar uzun illər həmin mübahisəli ərazidə yaşamışlar. 1993-cü ildə isə məlum hadisələrlə əlaqədar cavabdehlər onların yaşayış sahəsini zəbt etmişlər. İnzibati icraat qaydasında tərəflər arasında olan məhkəmə mübahisəsinə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və yuxarı instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi ünvan 3 ünvanında yerləşən evin yaşayış sahəsi 20 kv.m-dən ibarət bir otaq hissəsində iddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə yaşayır və həmin hissədən istifadə edirlər. Digər yaşayış sahəsi 20 kv.mdən ibarət bir otaq hissəsində isə X5 ailəsi ilə birlikdə yaşayır. Eyni zamanda, həm iddiaçı, həm də üçüncü şəxslər tərəfindən onlara ayrılmış yaşayış sahəsinə otaqlar əlavə edilmişdir. Hər iki şəxsə məxsus yaşayış otaqlarını ayıran divarda hər hansı pəncərə və qapı mövcud deyildir. X4 ailəsi ilə birlikdə məskunlaşdığı evin həyətində 1994-cü ildə inşa etdirdiyi sanitar qovşaq iddiaçının həyəti ilə üçüncü şəxsin həyətini bir-birindən ayırır. Hər iki otağın girişi-çıxışı fərqli olmaqla ayrıca həyətyanı sahələri var, hər iki həyət bir-birindən hasarla ayrılır. Yerli baxış zamanı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X6 bildirmişdir ki, Birlikdə olan məlumatlara əsasən qeyd edilən yaşayış sahəsi birliyin balansına verildiyi vaxtdan iddiaçı öz ailə üzvləri ilə birlikdə sözügedən mənzilin yalnız 1 otağında yaşamışlar. Həmin mənzilin digər otağında Şuşa rayonundan məcburi köçkün olan X5 ailə üzvləri ilə birlikdə məskunlaşdırılmışdır. Qeyd edilən otaqların bir-birilə əlaqəsi olmamışdır. Göründüyü kimi, müəyyən edilir ki, iddiaçı iddia etdiyi digər 20 kv.m lik yaşayış sahəsində heç vaxt yaşamamış və ona sahiblik etməmişdir. Digər tərəfdən, iddiaçının iddia etdiyi həmin 20 kv.m lik yaşayış sahəsində yaşamasa da, oraya məhdud əşya hüquqlarının yaranması halı da yoxdur. Ona görə ki, iddiaçının tələbində istinad etdiyi ARDNŞ Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2011-ci il tarixli, 363M saylı (Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi 107 saylı evin sahəsi 40 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilin sosial kirayə müqaviləsinin vətəndaş Trutneva İrı̇ na Yevgenyevnanın adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması barədə) Əmri ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin yuxarıda istinad olunan Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri (Dövlət əmlakının registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış əlavə olunur) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verildiyindən artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi MKXD tərəfindən sözügedən əmr verilən zamanı artıq belə bir səlahiyyəti olmamışdır. Deməli, iddiaçının tələbinin əsasını təşkil edən həmin Əmr, onu verən subyektin səlahiyyətsiz olması səbəbi ilə etibarsız hesab edilmişdir. Eyni zamanda, digər Cavabdeh1 yaşadığı otaqla bağlı da iddiaçının məhdud əşya hüququnun olması müəyyən edilmir.
21. Məhkəmə sadalanan xüsusatları rəhbər tutaraq və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına istinad etməklə bir daha vurğulayır ki, iddiaçının iddia etdiyi yaşayış sahələrinə istifadə və sahiblik hüquqları müəyyən edilmədiyinə görə, onun cavabdehlərə qarşı hazırkı tələbi də əsaslı hesab edilə bilməz. Elə inzibati icraat çərçivəsində də, yalnız Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Z.Əliyev küçəsi 107 saylı evin 2 saylı mənzilinin sahəsi 20,0 kv.m olan bir otağına münasibətdə İddiaçı adına kirayə müqaviləsi bağlanması nəzərdə tutulmuşdur.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Trutneva İrı̇ na Yevgenyevnanın özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
24. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Trutneva İrı̇ na Yevgenyevnanın hazırki iddia tələbi təmin edilməməlidir.
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddiaçı Trutneva İrı̇ na Yevgenyevnanın cavabdehlər Cavabdeh1 Rəhı̇ m oğlu, Həsənova Valı̇ də Mürşüd qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X5, Cavabdeh7̇ qızı, Cavabdeh8 və Ağayev Şəhrı̇ yar Rəhman oğluna qarşı torpaq sahəsindən və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Trutneva İrı̇ na Yevgenyevnanın özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakjı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.