Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1904/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətiçinin dəyişməsi ilə əlaqədar olmaqla yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətiçinin dəyişməsi ilə əlaqədar olmaqla yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzilə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki,o, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev. 19, 62 saylı mənzili xx xxxx 2013-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 almışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* saylı çıxarış əldə etmiş və halhazırda həmin mənzil özünün xüsusi mülkiyyətindədir. Alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehlər xx xxxx 2013-cü il tarixinədək mənzili boşaldaraq ona təslim etməyi və xx xxxx 2013-cü il tarixinədək pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşdülər. Həmin öhdəlik alqı-satqı müqaviləsinin 22-ci bəndində "satıcı(lar) xx.xx.2013-cü il tarixinədək qeydiyyatdan çaxmağı öhdəsinə götürür" şəklində öz təsdiqini tapmışdır. Cavabdeh2 alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzili öz ailə üzvləri ilə birlikdə boşaldıb faktiki olaraq onun istifadəsinə vermələrinə və artıq 7 ilə yaxın müddətdir ki, cavabdehlər həmin mənzildə yaşamadıqlarına baxmayaraq, bu günə kimi də onun xüsusi mülkiyyətində olan mənzildə formal olaraq pasport qeydiyyatında qalıblar. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzildə yaşamadıqları halda formal olaraq pasport qeydiyyatında qalmaları onun mülkiyyət hüququnun, şəxsi həyata və ailə həyatına hörmət edilməsi hüququnun pozulmasına, onun üçün əlavə xərclərin yaranmasına və nəticədə ona maddi və mənəvi zərər vurulmasına səbəb olur. Belə ki, 7 ilə yaxın müddətdə həmin mənzildə yaşamayan şəxslərin formal olaraq qeydiyyatda olması səbəbilə o, cavabdehlərin yerinə əlavə mənzil və kommunal xərclər ödəmək məcburiyyətində qalır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərəəsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 əvəzindən çıxış edən Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 22-ci bəndinə əsasən Satıcı satdığı mənzildən ailə üzvləri ilə birlikdə 1 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı; X3; X5; Cavabdeh1; X4; Cavabdeh2; Cavabdeh3; Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 62 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçıY/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzildə yaşayır. Keçmiş sakin: Cavabdeh1; Cavabdeh2; Cavabdeh3 və Cavabdeh4xx.xx.2013-cü ildən yaşamırlar. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçıBakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzilini AN-İ seriyalı ******* saylı xx.xx.2013-cü il tarixlialqı-satqı müqaviləsinə əsasən satıcı X1 əvəzindən çıxış edən Cavabdeh2 almışdır. Alqı-satqıdan sonra həmin mənzilin əvvəlki sakini olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzilindən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 19 saylı evin 62 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1904/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1904/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver