Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1913/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab olunması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə (Səadət sarayında) Bakı Nikah evində akt qeydlər kitabında 424 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil daha sonra iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə verərək məhkəmədən İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2023-cü il tarixdə (Səadət sarayında) Bakı Nikah evində akt qeydlər kitabında 424 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, (İddiaçı) Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə (Səadət sarayında) Bakı Nikah evinin qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmuş, birgə nikahlarından övladları olmamışdır. Hazırda tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar və aralarında ər-arvad münasibətləri yoxdur. Aralarındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Birgə yaşamaqları mümkün deyil. Bu səbəbdən də nikahın pozulması üçün məhkəməyə müracət etmişdir. Ona görə də məhkəmədən cavabdehlə aralarında olan nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh iddia ərizəsinə dair öz rəy və etirazını, həmçinin məhkəmə iclasında iştirak etmək arzusunda olduğunu bildirməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları.
6. Səadət sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə 424 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Sultanlı, ərə Sultanlı soyadı verilmişdir.
7. xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (İddiaçı) xx.xx.2024-cü tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və 10 manat poçt xərcləri ödəmişdir.
İşin faktiki halları.
8. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından övladları olmamışdır. İddiaçı məhkəmədən cavabdehlə olan nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 16. Nikaha xitam verilməsi qaydası. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi.
11. İşin hallarından görünür ki, iddiaçı nikahın pozulmasında təkid etsə də, cavabdeh nikahın pozulmasına razılığının olması ilə bağlı məhkəməyə heç bir müraciət etmədiyindən, məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmə, tərəflərə barışıq üçün üç ay vaxt vermişdir. Lakin bu müddət ərzində tərəflər arasında heç bir barışıq əldə edilməmiş, iddiaçı nikahın pozulmasında təkid etməyə davam etmişdir. Belə olan halda nikahın könüllülüyü prinsipinə əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır.
Məhkəmə xərcləri.
12. İş materiallarından görünür ki, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 50 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
13. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalıdır.
14. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən ödənilən 50 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri – 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir.
15. Məhkəmə, son olaraq, iş üzrə tərəflərə nikah pozulduqdan sonra onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyini izah edir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-200, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Səadət Sarayında (Bakı Nikah evi) bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 424 nömrə ilə qeyd edilmiş nikah pozulsun. İş üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu və mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri – 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova