Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1919/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh**, Cavabdeh*2, Cavabdeh*3, Cavabdeh*4, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı qismində ərizə verən İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh*0, Cavabdeh**, Cavabdeh*2, Cavabdeh*3 və Cavabdeh*4 qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı qismində ərizə verən İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh*0, Cavabdeh**, Cavabdeh*2, Cavabdeh*3 və Cavabdeh*4 qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən 2 ünvanında yerləşən, iddiaçının istifadəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı qismində ərizə verən İddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər, həmçinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh*0, Cavabdeh**, Cavabdeh*2 və Cavabdeh*3 nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti. 49.*. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 50. Tərəflər. 50.*. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması. 69.*. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi (təsviyəçi, ləğvedici) çıxış edir. Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi. 73.*. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Maddə *50. İddia ərizəsinə əlavə edilən sənədlər. *50.*. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: *50.*.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Maddə 259. Ərizənin baxılmamış saxlanılmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.*2. ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3*.03.20**-ci il Qərarı *3. Məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin *49-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə *50-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin *52.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.*2-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin *50.*.2-ci və ya *50.*.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.*-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin məcəllənin 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin məcəllənin *50.*.3-cü maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.*2-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Nəzərə alınmalıdır ki, *8.03.2025-ci il tarixdə keçirilmiş mülki iş üzrə prosesdə sədrlik edən (hakim) tərəfindən iddiaçı qismində ərizə verən İddiaçı güman edilən nümayəndəsinə iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılmalı olması bildirilmiş və bununla əlaqədar olaraq məhkəmə hazırlıq iclası növbəti tarixə təyin edilmişdir. Lakin, yol verilmiş prosessual pozuntular aradan qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına iddiaçı qismində ərizə verən İddiaçı dövlət qeydiyyatına alınmasına dəlalət edən sənədlər əlavə edilsə də, müvafiq sənədlər sonuncunun dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı şübhə doğurduğu üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “Dövlət reyestrində İddiaçı 24.05.*993-cü il tarixdə *58* nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır”. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *3-cü maddəsinə (dövlət qeydiyyatına alınmanı və dövlət reyestrinə daxil edilməni təsdiq edən sənəd) əsasən, dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Həm “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilməsi zamanı, həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunun araşdırılması zamanı iddiaçı qismində ərizə verən İddiaçı adına qüvvədə olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) aşkar edilməmişdir. Belə olan halda, qanunla müəyyən edilmiş qaydada qeydə alınmasını təsdiq edən sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, bu barədə dövlət reyestrindən çıxarış və qüvvədə olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) məhkəməyə təqdim etməyən İddiaçı hazırkı iş üzrə prosessual fəaliyyət qabiliyyətinə malik olması (hüquqlarının həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün işin aparılmasını nümayəndəyə həvalə etmək qabiliyyəti), eləcə də iddiaçı qismində prosessual status əldə etməsi imkanı istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı qismində ərizə verən İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh*0, Cavabdeh**, Cavabdeh*2, Cavabdeh*3 və Cavabdeh*4 qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı qismində ərizə verən İddiaçınə iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1919/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1919/2025
01.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver