Məhkəmə qərarları › İş №2(010)-1942/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-1942/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1942/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İş № e-2(010)-1942/2025 AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN QİYABİQƏTNAMƏ 12 iyun 2025-ci il Bakı şəhəri Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə onun ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Bildirirəm ki, 27 mart 2007-ci il tarixində cavabdeh X11 ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı iki uşaqları var. Əvvəllər onlar mehriban olsa da, sonradan xasiyyətlərinin uyğun gəlmədiyini anlamışlar. Bundan başqa o gəlin köçdüyü həyətdə hələ də yaşasa da, tez-tez oradan qovulmuşdur. Hətta dəfələrlə polis orqanlarına şikayəti daxil olmuşdur. O, həmin ünvana yaxın məsafədə yerləşən 118 saylı tam orta məktəbdə texniki işçi kimi işləyir. Balaları da həmin məktəbdə təhsil alır. Buna baxmayaraq onun həmin ünvanda yaşamağına imkan vermirlər. 2016-cı ildən boşanma qərarına gələnə qədər həmin mənzildə davamlı olaraq uşaqları ilə birlikdə orada yaşamışdır. Onların həmin mənzildən başqa yaşayış yerləri yoxdur. O həmin mənzildə yaşayan zaman onların ailə büdcəsinin hesabına həmin mənzil tikilmiş, təmir edilmiş, yaşayış üçün yaxşı vəziyyətə gətirilmiş, onun həmin mənzildə əziyyəti çox olmuşdur. Onların yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, qeyd olunan evin 2 otağında əsaslı təmir-tikinti işləri aparmışdır. Odur ki iddia tələbinin təmin edilməsini xahiş etmiş və məhkəmə iclasına qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmişdir.

İş materialları

5. AZ-İ seriyalı, 291011 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 291 nömrə ilə qeyd edilmişdir. Nikaha daxil olduqdan sonra arvada Əsgərova soyadı verilmişdir.

6. AZ-İİ seriyalı, 005036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

7. AZ-İİ seriyalı, 382083 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

8. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 39/19 ünvanında qeydiyyatdadır.

9. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 4405 saylı, xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Əsgərova X4 rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 39/19 ünvanında qeydiyyatsız yaşayır.

10. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6-02064 saylı “İlkin Mediasiya sessiyasından X17 Etdirilə Bilməməsi barədə” arayışından görünür ki, Cavabdeh və İddiaçı İMS-də iştirak edən tərəflərdir.

11. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 357 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən məktəbdə texniki işçi işləyir.

12. İddiaçı Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 17-18 radələrində yaşadığı evin həyətində Ofelya Abdullayeva saçından tutaraq onu döymüşdür. Həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir.

13. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Emin Məmmədovun raportundan görünür ki, X1 ərizəsi əsasında aparılmış araşdırma zamanı, İddiaçı Seyrəddin qızı tərəfindən döyülməsi faktı və İddiaçı Seyfəddin qızının, X2 və baldızı X9 tərəfindən döyülməsi faktı şahidlərin və MTE-nın aktı ilə kifayət qədər sübuta yetirilmişdir. Ona görə də X1, İddiaçı Seyfəddin qızının və X5 əməllərində AR İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddəyə uyğun inzibati təsir tədbirləri görülməsindən ötrü qərarın surəti aidiyyəti əməkdaşa verilməsinə göstəriş verilməsini xahiş etmişdir.

14. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Emin Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 1.Vət.X1 və İddiaçı Seyrəddin qızının ərizələri əsasında toplanmış material üzrə X1, İddiaçı Seyfəddin qızının və X5 əməllərində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir.

15. İddiaçı Seyrəddin qızı ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair aidiyyatı üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşin faktiki halları

13. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Seyrəddin qızı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdən faktiki nikahda olmuş iddiaçı həmin tarixdən mübahisəli evə gəlin köçmüş və həmin münasibətdən 2 övladları anadan olmuşdur. Onlar nikah müddətində qeyd olunan mübahisəli mənzildə yaşamışdırlar. 2016-cı il tarixdə aralarında olan nikah pozulmuşdur. İddiaçı tələbində ona əsaslanır ki, həmin evdə yaşayan zaman ailə büdcələri hesabına tikinti işləri aparılmış, əmlak artırılmışdır. Cavabdeh tərəf iddia tələbinə etiraz və ya mülahizə bildirməmişdir. Müəyyən edilir ki, mübahisə obyekti olan tikili özbaşına tikilidir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Azərbaycan Respublikası Konstitusiyası 18.Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

Məhkəmənin mövqeyi

16. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.

17. Məhkəmə qeyd edir ki, iş materiallarının tədqiqi və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuş və hazırki iddia tələbində qeyd olunan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir və cavabdehə məxsus olmuşdur. İddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərinə 2016-cı il tarixdə xitam verilmişdir. Mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə tərəflərin münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsnini dispozisiya şərtləri daxilində həll edilməlidir. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur. İddiaçının, köçürülməsini tələb etdiyi evin əldə edilməsində rolu olmasada məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, ailə büdcəsi hesabına evdə əsaslı təmir-tikinti işləri aparmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçının qeyd olunan fərdi yaşayış evinə köçürülməsi üçün qanuni əsas mövcuddur. Belə ki, nə qədər ki, cavabdeh özbaşına tikilidə yaşayır, analogiya üzrə tətbiq edilən Mülk Məcəllənin 228.5-ci maddəsinin tələbi baxımından iddiaçı da yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin evdə yaşaya bilər.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə qeyd edir ki, iddia tələbi qiyabi təmin edildiyindən, iş üzrə ödənilmiş 100manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı və uşaqları xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X3 ünvan 4 ünvana köçürülməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. İddiaçı və uşaqları xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X3 ünvan 4 ünvana köçürülsünlər. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar