Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1949/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs* etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs*) şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə AR-da daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun *993-cü ildən hal-hazıra kimi daimi qeydiyyatsız Bakı şəhərində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyəən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, *955-ci ilin iyul ayının 25-də keçmiş SSRİ-nin Gürcüstan Respublikası Qardabani rayonunda anadan olmuşdur. *993-cü ildən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və o vaxtdan bugünə qədər qeydiyyatsız olaraq Bakı şəhərində yaşayır. Bakı şəhərinə köçərkən onda SSRİ-nin vətəndaşı olması barədə pasport olmuş və müəyyən səbəblərə görə uzun müddət Gürcüstana gedə bilməmişdir. Gürcüstan Respublikasında qeydiyyatda olmadığı üçün oranın vətəndaşlığı haqqında şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Bakı şəhərində *993-cü ildən hal-hazıra kimi qeydiyyatsız yaşadığı üçün Azərbaycan Respublikası vətəndaşlığı barədə şəxsiyyət vəsiqəsini ala bilmir. Onun həyat yoldaşı və övladları Azərbaycan Respublikasının vətəndaşlarıdır, lakin o Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ola bilməmişdir. Onun övladları Azərbaycanda orta məktəbi bitirmişlər və burada hərbi xidmətə getmişlər. Hal-hazırda o təcili əməliyyat olunmalıdır, lakin şəxsiyyət vəsiqəsi olmadığından onu heç bir xəstəxana qəbul etmir. Qeyd olunanlara əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs* etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Ərizəçi giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlama zamanı onun *9.06.2005-ci il tarixdə Gürcüstan istiqamətindən Azərbaycan Respublikasına girişi qeydə alınmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, ərizəçi ilə qonşudur. Ərizəçi *993-cü ildən fasiləsiz olaraq ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev *0B, 4 saylı mənzildə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*3 bildirmişdir ki, ərizəçi *993-cü ildən onun qonşusudur. Ərizəçi *993-cü ildən fasiləsiz olaraq ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev *0B, 4 saylı mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx xxxx *955-ci ildə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, xx xxxx *955-ci il təvəllüdlü Ərizəçi “Gürcüstanın Vətəndaşlıq haqqında” Gürcüstan Orqan qanununun 30-cu maddənin “a” altbəndə müvafiq olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin X5 Agentliyinə təqdim olunan və əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs* tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr *998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbi tərəfindən verilmiş arayışdan görünür ki, X8 həqiqətən Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin 2000/200*-ci tədris ilində Xİ sinfini bitirib və A 498258 nömrəli attestat almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbi tərəfindən verilmiş arayışdan görünür ki, X9 həqiqətən Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin *993/*994-cü tədris ilində İX sinfini bitirib və 02-237 nömrəli şəhadətnamə almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbi tərəfindən verilmiş arayışdan görünür ki, X*0 həqiqətən Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin *998/*999-cu tədris ilində Xİ sinfini bitirib və A 3*4609 nömrəli attestat almışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X9 04 avqust *979-cu ildə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuşdur. X20z Məmməd oğlu, anası X4r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X8 3* avqust *984-cü ildə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuşdur. X20z Məmməd oğlu, anası X*r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X*0 06 yanvar *982-ci ildə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuşdur. X3, anası X*r. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, Ərizəçi Məmməd oğlu ilə X2 arasında ** sentyabr *979-cu ildə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məktubundan görünür ki, “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində şəxslərin dövlət sərhədindən hərəkəti barədə məlumatlar 200*-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, 09 sentyabr *955-ci il təvəllüdlü Ərizəçi *993-200*-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı, 09 sentyabr *955-ci il təvəllüdlü Ərizəçi 200*-2003-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş *03 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi, X6, X9, X*0, X8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev *0B, 4 saylı mənzildə *993-cü ildən yaşayırlar. İş materiallarına əlavə olunmuş Sərhədkeşmə barədə məlumatdan müəyyən olunur ki, Ərizəçi *9.06.2005-ci il tarixdə saat *7:52-də Gürcüstan istiqamətindən Azərbaycan Respublikasına girişi qeydə alınmışdır. Məhkəmə tələb ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanununun *4-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının *2-ci bəndində qeyd olunur ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.*0-*-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun *4-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın *-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İş materiallarından müəyyən olunmuşdur ki, Ərizəçi *9.06.2005-ci il tarixdən Azərbaycan Respublikasında daimi yaşamış, onun övladları Azərbaycan Respublikası ərazisində yerləşən orta məktəbdə təhsil almışlar və hal-hazırda Azərbaycan Respublikasının vətəndaşıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçiyə Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verilmədiyindən ərizə qismən təmin edilməli və Ərizəçi *9.06.2005-ci il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-3**-ci və 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. xx.xx.*955-ci il təvəllüdlü Ərizəçi *9.06.2005-ci il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1949/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1949/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver