Məhkəmə qərarları › İş №2(010)-1958/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1958/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1958/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələb tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil, 92 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan qəsəbəsi, Hövsan yolunda istifadədə olan 0.09103 ha torpaq sahəsində yerləşən 17A nömrəli, 9 mərtəbəli binanın 48.08 kv.m ümumi 28.88 kv.m yaşayış sahəsində ibarət 2 otaqlı, 92 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin mənzili iddiaçının mərhum atası X4ina məxsus olmuş və atasının vəfatından sonra qanunu üzrə vərəsəliklə ona keçmiş və hal-hazırda mülkiyyətindədir. Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çixarışa əsasən 2008-ci ildən seriya MH № ******* saylı hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Həmin vaxtdan cavabdeh sözügedən mənzildə iddiaçının atasının mülkiyətində olandada və iddiaçının mülkiyətində həmin şəxs və ailə üzvləri orada yaşayır. Lakin buna baxmayaraq cavabdehin iddiaçının mənzilində qeydiyyatda olmaqda davam edir. Halbuki, mənzil iddiaçının atasına və iddiaçının vərəsəliklə keçən gündən cavabdeh və onun ailə üzvləri oradan istifadə hüquqlarını itiriblər. Əslində cavabdeh həmin mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, o, cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Cavabdehlə iddiaçının heç bir qohumluq əlaqəsi yoxdur ki, cavabdehin xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşır. Cavabdeh faktiki olaraq, başqa yerdə yaşaması, lakin onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Cavabdehin halhazırda faktiki olaraq harada yaşadıqı barədə heç bir məlumatı belə yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil 92-də qeydiyyatda olan Cavabdeh xəbərdar edilsə də, məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi yazılaraq, ona təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinəəsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəyişdirilməsinə” dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərəəsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil, 92 saylı mənzili xx.xx.2008-cü ildə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Nizami rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X2xx.xx.2007-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsindən müəyyən olunur ki, xx.xx.2007-ci ildə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur, Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş 64 saylı reyestr kitabının 9505 səh-də yazılmış 30/17976 №-li xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə və 11/23482 saylı xx.xx.2007-ci il tarixli arayışa əsasən miras qoyan şəxsə mənsub olmuş Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, ev 17a mənzil 92-də yerləşən ümumi sahəsi 48,08kv.m. yaşayış sahəsi 28,88 kv.m. olan iki yaşayış otağı şəxsi mənzildən ibarətdir. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil 92–də İddiaçıvə Cavabdehpasport qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 103 saylı MKİS-nin arayışından müəyyən olunur ki, Cavabdeh Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil 92qeydiyyatdadır. 23.Vİİ.2003cü il tarixdən qeydiyyatdan 23.Vİİ.2003-cü ildən çıxmışdır və yaşamırlar, mənzil satılıb. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil 92-nin mülkiyyətçisidir. Həmin mənzil İddiaçı mərhum atası X1 vəfatından sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında əldə etmişdir. Həmin mənzildə qeydiyyatda olan Cavabdeh həmin mənzildə yaşamır, həminünvandakı qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin həmin ünvanda yaşamadığı mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil 92-dən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onun həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil 92-dən istifadə hüququı itirilmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehin Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17A mənzil 92 -dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar