Məhkəmə qərarları › İş №2(010)-1969/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1969/2025

20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1969/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” X*2 qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi. *.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X*3 *2 mart *955-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olması, milliyyəti azərbaycanlı, atasının X5 və anasının X*0 olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X*9 *2 mart *955-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. O, yaşadığı evdə ev şəraitində doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsinin mövcud olub-olmadığı onlara məlum deyildir. Həyat yoldaşı *993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və 3*.*2.*993-cü ildə şəhid olmuşdur. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün həyat yoldaşının doğum haqqında şəhadətnaməsi lazım olduğundan, bu məqsədlə o, 4 saylı Bakı “ASAN Xidmət” X*2 müraciət etmiş, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin * mart 200*-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların *6-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Həmin Məcəllənin *62.2-ci maddəsinə və həmin Qərarın *4-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir”. Həyat yoldaşına məxsus 2*.02.*977-ci il tarixli pasportun surətindən görünür ki, həyat yoldaşı X*9 *2 mart *955-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. Həyat yoldaşına məxsus 0*.**.*977-ci il tarixli hərbi biletin surətindən görünür ki, həyat yoldaşı X*9 *2 mart *955-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. Bundan əlavə 20.*0.*994-cu il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, həyat yoldaşı X*9 *2 mart *955-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. Həyat yoldaşına X6 verilməsindən 4 saylı Bakı “ASAN Xidmət” X*6 tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Ərizəçi ərizəyə uyğun izahat verərək bildirmişdir ki, onun həyat yoldaşı X2 anadan olmuşdur. Məlum hadisələrlə bağlı o, Ermənistan Respublikasından qaçqın düşmüş və onun doğum haqqında şəhadətnaməsi orada qalmışdır. X4 döyüşlərində şəhid olmuş və onun ailəsində bacı və qardaşları olmuşdur. Belə ki, doğum haqqında şəhadətnaməni “YAŞAT” Fonduna təqdim etmək üçün almaq istəyir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” X*2 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid İfadələri

5. Şahid* öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşının həyat yoldaşıdır. Qardaşı, X*9 *2.03.*955-ci il tarixdə anadan olmuşdur. Ona Ermənistan Respublikasından doğum haqqında şəhadətnaməsi alınmışdır, lakin məlum hadisələrlə bağlı itmişdir. Onlar, ailədə yeddi uşaq olmuşlar. Bacılardan o özü və bir qardaşı sağdır. X*, atası X3r.

6. Şahid2 öz ifadəsində göstərmişdir ki, Ərizəçi, onun yoldaşının qardaşı arvadıdır. X*9, Ermənistan Respublikasında Masis rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsinin mövcud olmağı ona məlum deyildir.

İş materialları.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” X9 tərəfindən Ərizəçi ünvanlanmış *2.02.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin * mart 200* -ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların *6-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Həmin Məcəllənin *62.2-ci maddəsinə və həmin Qərarın *4-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında akt qeydinin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

8. Bakı şəhəri Nizami rayon VVADQ tərəfindən verilmiş AZ-İ seriyalı *90028 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-ci il tarixdə ölmüşdür.

9. Bakı şəhəri Səbail rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X*9 ilə X*5 07.0*.*975-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20.*0.*994-cü ildə № 2**B ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova, ərə Hüseynov soyadı verilmişdir. *0. RİHB-nın Soltanlı ərazisi üzrə nümayəndəliyi tərəfindən verilmiş İİ- ЖГ seriyalı 449624 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*9 3*.*2.*993-cü il tarixində Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. **. Bakı şəhəri Nizami rayon VVADQ tərəfindən verilmiş AZ-İ seriyalı 22457* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 *8.03.2003-cü il tarixdə ölmüşdür. *2. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X6 tərcüməsindən müəyyən olunur ki, X** xx.xx.*957-ci il tarixdə, Ermənistan SSR, Şaumyan rayon, Yuxarı Necili kəndində doğulmuşdur. Valideynləri atası X7, anası X8r. *3. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X6 tərcüməsindən müəyyən olunur ki, X*4 *5.02.*970-ci il tarixdə, Ermənistan SSR, Masis rayon, Yuxarı Necili kəndində doğulmuşdur. Valideynləri atası X7, anası X8r. *4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə ünvanlanmış 2*.04.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, X*3 doğumu haqqında akt qeydinin bərpa olunub-olunmaması və ona X6 verilib-verilməməsinə dair məlumatın istənilməsi ilə bağlı müraciətə baxılmışdır. Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən Əli Hüseynovun doğumun qeydə alınmasına və ya doğumu haqqında akt qeydinin bərpa olunmasına dair hər hansı məlumat aşkar olunmamışdır.

İşin faktiki halları.

*5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X*9 *2 mart *955-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. *993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və 3*.*2.*993-cü ildə şəhid olmuşdur. Doğum haqqında akt qeydinin bərpası ilə bağlı 4 saylı Bakı “ASAN Xidmət” X*2 müraciət etmiş, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası mümkün olmamışdır. X6 başqa yolla əldə edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tətbiq edilən hüquq

*6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.

Məhkəmənin mövqeyi.

*8. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. *9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X*9 *2 mart *955-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. *993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və 3*.*2.*993-cü ildə şəhid olmuşdur. Doğum haqqında akt qeydinin bərpası ilə bağlı 4 saylı Bakı “ASAN Xidmət” X*2 müraciət etmiş, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası mümkün olmamışdır. X6 başqa yolla əldə edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.*.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin gəldiyi nəticə.

2*. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, *2.03.*955-ci il tarixdə anadan olmuş X*3 doğumunun qeydə alınması faktı müəyyən edilməlidir. *2.03.*955-ci il təvəllüdlü X*3 doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Masis rayonu”, doğum tarixi *2.03.*955-ci il, adı “Əli”, ata adı “Səfər”, soyadı “Hüseynov” valideynləri haqqında qeyddə atası qrafasında “X5” milliyəti azərbaycanlı, anası qrafasında “X*0” milliyəti azərbaycanlı kimi qeyd edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. *2.03.*955-ci il tarixdə anadan olmuş X*3 doğumunun qeydə alınması faktı müəyyən edilsin. *2.03.*955-ci il təvəllüdlü X*3 doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Masis rayonu”, doğum tarixi *2.03.*955-ci il, adı “Əli”, ata adı “Səfər”, soyadı “Hüseynov” valideynləri haqqında qeyddə atası qrafasında “X5” milliyəti azərbaycanlı, anası qrafasında “X*0” milliyəti azərbaycanlı kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar