Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1991/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı İddiаçı İddiaçı cavabdehlər Cavabdeh* və Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X* Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X* Xidmətinin üzərinə qoyulması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh* və Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X* Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 2*.*0.20*5-ci il tarixdə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X* Xidmətininin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş materialları araşdıraraq belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən bir-biri ilə bağlılığı olmayan iki tələb birləşdirilərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdehlər Cavabdeh* və Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X* Xidmətinə qarşı yönəlmiş tələbin birinci hissəsi əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi ilə bağlı, ikinci hissəsi isə əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X* Xidmətinin üzərinə qoyulması ilə bağlıdır. Göründüyü kimi bu iki tələb arasında heç bir bağlılıq yoxdur və onların hüquqi əsasları fərqlidir. Həmçinin, məhkəmə qeyd edir ki, əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X* Xidmətininin üzərinə qoyulması vəzifəsi Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X* Xidmətinin səlahiyyətindədir ki, bu orqan inzibati orqandır. Ümumi məhkəmə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin isə inzibati orqanının üzərinə vəzifə qoymaq kimi bir səlahiyyəti yoxdur. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə bağlılığı olmayan iki tələbi bir iddia ərizəsində birləşdirməklə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *49. İddia ərizəsinin forması və məzmunu. *49.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. *52.*. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: *52.*.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. *52.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. *52.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. *52.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh* və Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X* Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X* Xidmətinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia tələbinin Cavabdeh* qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsinə dair” hissəsində məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1991/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1991/2024
11.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver