Məhkəmə qərarları › İş №2(010)-20/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-20/2022

27.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-20/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X5, İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızı və Cavabdeh6 qarşı mülkiyyət hüququnun bərpa edilməsi, tikilinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızı, Cavabdeh6 qarşı mülkiyyət hüququnun bərpa edilməsi, tikilinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə müracət edərək, cavabdehlər Cavabdeh1 Əbilhüseyn oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızının, Cavabdeh6 ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddianı müdafiə edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. Qeyd olunan ünvan əvvəllər Dzerjinski 93, sonra Tramvay küçəsi, dalan 7, ev 65 olmuşdur. Hazırda isə S.Bəhlulzadə küçəsi, ev 65 kimi göstərilir. Ev X7n əvvəl hüquqi qeydiyyatdan keçdiyi üçün hazırda sənədlərin əldə edilməsində çətinlik çəkilir. 1945-ci ildə iddiaçının valideynləri rəhmətə getdiyi üçün o uşaqlar evinə yerləşdirilmişdir. 25 avqust 1995-ci il tarixdə isə ailə həyatı quraraq, yaşamaq üçün Zəngilan rayonuna getmiş, 1994-cü ildə isə məlum məsələlər ilə əlaqədar isə məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Bir müddət sonra atasından qalmış evi qaytarmaq istəsə heç bir nəticəsi olmamışdır. Müxtəlif dövlət qurumlarına müraciəti də nəticəsiz qalmışdır. İddiaçının atasının rəhmətə getməsi və onun vərəsə olması faktı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 may 2003-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Preyudisial əhəmiyyət kəsb etdiyindən qeyd olunan halların sübut edilməsi zəruriyyəti yoxdur. İddia ərizəsinə əlavə edilən 19 avqust 1958-ci il tarixli, 81 nömrəli arayışın surətindən görünür ki, Bül-Bülə qəsəbəsi, Tramvay küçəsi, ev 65 Hacıağa Əzimova məxsus olmuş, o, 1943-cü ildə 5 il müddətinə həbs edilmiş, həbsdə rəhmətə getmiş, 1946-1947-ci illərdə ona məxsus Bül-bülə qəsəbəsi, Tramvay küçəsi, ev 65 ünvanında yerləşən ev, Əmir adlı şəxsə yaşayış üçün verilmişdir. 30 mart 1959 - cu il tarixli 59 nömrəli arayışın surətindən görünür ki, Ruqiyyə Hacıağa qızı 21 nömrəli uşaq evin yerləşdirilmişdir. Bununla əlaqədar cavabdehlər Cavabdeh1 Əbilhüseyn oğlunun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızının, Cavabdeh6 ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X9 iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Əbilhüseyn oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızı, Cavabdeh6 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş: Zəhmətkeş deputatların Bakı Şurasının icraiyyə komitəsinin ümumiləşdirilmiş arxivinin 14 mart 1959-cu il tarixli 311 nömrəli arayışına əsasən arxiv arayışına əsasən Ruqiyyə Hacıağa qızı 21 nömrəli uşaq evin yerləşdirilmişdir. Azərbaycan SSR Orconikidze rayonunun zəhmətkeşlərin deputatların Bülbülə qəsəbə şurasının icraiyyə komitəsinin arayışına əsasən X10 qəsəbə, Tramvaynaya küçəsi, 65 saylı evinin sahibi olmuş, qardaşı Ələkbər Əzimov olmuşdur. 1943-cü ildə Hacıağa Əzimov çörək kartoçkaların alınması üçün standart arayışların satışına görə Orconikidze rayonu xalq məhkəməsi hökmü ilə 5 ilə məhkum edilmiş, bundan sonra güya cəzaçəkmə müəssisəsində ölmüşdür. Bundan sonra ev 3 il bağlı olmuşdur. 1946-1947-ci ildə həmin ev Orconikidze rayonunun rayon kommunal təsərrüfatın balansına götürülmüş və qeydolunan ev qəsəbə sakini, müəllim Əmir Sadırxanova verilmiş. Həmin vətəndaş bu günə kimi zəmin evdə yaşayır. İkinci qardaş X7 rəhmətə getmişdir. Suraxanı rayon Mənzil İdarəsinin 14077 saylı 17 may 1961-ci il tarixli orderinə əsasən, Piriyev X1, 65 saylı 32 kv.m ibarət olan mənzil verilmişdir. Orconikizde rayonu Zəhmətkeş deputatların şurasının icraiyyə komitəsinin 29 avqust 1969-cu il tarixli iclasının 11 protokolundan olan çıxarışına əsasən, Bülbülə qəsəbəsində, Tramvaynaya küçəsi, ev 65 Cavabdeh1 verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 177937 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1022 saylı reyestr kitabında 153477 səhifədə 30/153477 saylı qeydəalma 1999-cu il tarixində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Cavabdeh2 Hadı qızına Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlülzadə küçəsi, ev 65 xüsusi mülkiyyət əsasında xx.xx.2014-cü il tarixdə qeydiyyat alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19 fevral 2020-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanda yerləşən mənzil xx.xx.1999-cu il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 10 saylı NK-nın xx.xx.2014-cü il tarixli 2V-1-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M/1-17 reyestr nömrəli vərəsəlik payın bağışlama müqaviləsinə əsasən sözügedən ünvan Cavabdeh2 Hadı qızının adına xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 21 iyun 2014-cü il tarixli vərəsəlik payın bağışlanma müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlülzadə küçəsi, ev 65-də qeydiyyatda olanlar: Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 Hadı qızıdır. Cavabdeh3 və Cavabdeh5 Bakı şəhəri 10 sayıl notariat kontoru tərəfindən 21.06.2-14-cü il tarixdə 2V-1-35 sayıl reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 65-lə yerləşən mənzildən vərəsəlik yolu ilə ona çatan payı anaları Cavabdeh2 Hadı qızına bağışladılar. 21 iyun 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28 sentyabr 2006-cı ildə vəfat etmiş Cavabdeh1 vərəsələri bunlardır: Bakı şəhəri, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 65-də qeydiyyatda olanlar: 1. Həyat yoldaşı - Cavabdeh2 Hadı qızı, 2 oğlu – Cavabdeh3, 3 oğlu – Cavabdeh5 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İH Tİ və M(HQİ tərəfindən xx.xx.1999-cu il tarixdə verimiş 1022oz saylı reyestr kitabının 153477-ci səhifəsində 30/153477 sayı ilə qeydə alınmış seriya MH 177937 sayıl Qeydiyyat vəsiqəsinə və AR ƏMDK-ın yanında DƏDRX-in Bakı şəhəri Əİ tər. xx.xx.2014cü il tar 06/3430 saylı arayışa əsasən mərhum Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi., S.Bəhlulzadə küçəsi, 65 saylı evdə yerləşən yaşayış sahəsi 48 kv m olan 3 (üç) otaqlı nömrəli şəxsi mənzildən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızı, Cavabdeh6 qarşı iddia qaldırmaqla ünvan 4 evinə dair mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızı, Cavabdeh6 tikilinin boşaldılması iddia etmişdir. Tələbini evi oz adına sənədləşdirmək istəməsi, mübahisəli evin daha əvvəl onun atasına məxsus olması ilə əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. 1945-ci ildə iddiaçının valideynləri rəhmətə getdiyi üçün o uşaqlar evinə yerləşdirilmişdir. 1943-cü ildə Hacıağa Əzimov çörək kartoçkaların alınması üçün standart arayışların satışına görə Orconikidze rayonu xalq məhkəməsi hökmü ilə 5 ilə məhkum edilmiş, bundan sonra güya cəzaçəkmə müəssisəsində ölmüşdür. Bundan sonra ev 3 il bağlı olmuşdur. 1946-1947-ci ildə həmin ev Orconikidze rayonunun rayon kommunal təsərrüfatın balansına götürülmüş və qeyd olunan ev qəsəbə sakini, müəllim Əmir Sadırxanova verilmiş. Sonradan Orconikizde rayonu Zəhtmətkeş deputatların şurasının icraiyyə komitəsinin 29 avqust 1969-cu il tarixli iclasının 11 protokolundan olan çıxarışına əsasən Bülbülə qəsəbəsində, Tramvaynaya küçəsi, ev 65 Cavabdeh1 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayıl Bakı Ərazi İdarəsinin 19 fevral 2020-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanda yerləşən mənzil xx.xx.1999-cu il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 21 iyun 2014-cü il tarixli vərəsəlik payın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh3 və Cavabdeh5 Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən 21.06.2-14-cü il tarixdə 2V-1-35 sayıl reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 65-lə yerləşən mənzildən vərəsəlik yolu ilə ona çatan payı anaları Cavabdeh2 Hadı qızına bağışladılar. 10 saylı NKnın xx.xx.2014-cü il tarixli 2V-1-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M/1-17 reyestr nömrəli vərəsəlik payın bağışlama müqaviləsinə əsasən sözügedən ünvan Cavabdeh2 Hadı qızının adına xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli mənzili üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, mərhum atasının mülkiyyətində olan mənzilin hər hasın yolla miras əmlakının vərəsəsi kimi müəyyən edilməmiş, yaxud həmin atasında qalmış mənzildən istifadə etsə də, həmin mənzilin faktiki surətdə qəbul edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ünvan 1 Cavabdeh2 Hadı qızının mülkiyyətində olduğundan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, və həmin qeydiyyat ləğv olunmadığından və qüvvədə olduğundan, hal-hazırda iddiaçının xüsusi mülkiyyətindən olmadığından və bununla da iddiaçının hazırki iddianın irəli sürmək subyektiv hüququ olmadığından, iddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızı, Cavabdeh6 qarşı mülkiyyət hüququnun bərpa edilməsi, tikilinin boşaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iddia ərizəsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızı, Cavabdeh6 qarşı mülkiyyət hüququnun bərpa edilməsi, tikilinin boşaldılması tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar