Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2021/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X10katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili X8 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edə-rək, Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixində verilən AZ-İİ № 042555 nömrəli ölüm haqqındakı şəhadətnamədəki X5 xx xxxxxxxx 2019-cu il tarixində verilən AZ-İİ № 037312 nömrəli ölüm haqqındakı şəhadətnamədəki X6 ilə bacı-qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, onun atası X11 1929-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Atası sonradan köçərək Azərbaycan Respublikasına gəlmiş, ölən günə qədər Şamaxı rayonunun Kərkənc kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Bundan başqa, onun atasının bacısı X6 ölənə kimi atası ilə bir evdə yaşamış və onların himayəsində yaşamışdır. Lakin ona aid sənədlərdə Ermənistan Respublikasında qalmışdır. Hazırda atası X5 və bibisi X2 bacı-qardaş faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, atası X11 ilə bibisı X2 doğum faktını təsdiqləyən sənədlər tapılmır, bu barədə də Maraqlı şəxs xx.xx.2020-ci il tarixli imtina məktubu verərək yaşadığı rayon üzrə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Odur ki, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaında ərizəsinin nümayəndəsi və vəkili X14 ərizəçinin ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Məmmədov Söhbət Məmməd oğlu ifadəsində göstərdi ki, o, mərhum X11 ilə Şamaxı rayonunun Kərkənc kəndində qonşu olmuşlar. Alıyev Mahmudun bacısı X4 da tanıyırdı. Mahmud Alıyev xx.xx.2004-cü ildə, Alıyeva Sineyvər isə xx.xx.2000-ci ildə vəfat etmişdir. O, mərhum X11 ilə mərhum X3 bacıqardaş olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, o, mərhum X11 ilə Şamaxı rayonunun Kərkənc kəndində qonşu olmuşlar. Alıyev Mahmudun bacısı X4 da tanıyırdı. Mahmud Alıyev xx.xx.2004-cü ildə, Alıyeva Sineyvər isə xx.xx.2000-ci ildə vəfat etmişdir. O, mərhum X11 ilə mərhum X3 bacı-qardaş olması faktını təsdiq edir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1959-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında Şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X15 arasında nikah 02.İX.1959-cu il tarixdə qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qonşuların iştirakı ilə tərtib edilərək Şamaxı rayon İHB-nın Kərkənc kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş aktdan görünür ki, onların kəndçiləri X1 Sineyvər İsmayıl qızı ilə bacı-qardaşdılar. İş materallarına əlavə edilmiş Şamaxı rayon İHB-nın Kərkənc kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X13 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Mərhum vəfat ejdən günə qədər Şamaxı rayonunun Kərkənc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan müəyyən olunur ki, onun atasının və bibisinin doğum faktını təsdiqləyən sənədləri olmadığı üçün qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyildir.Onların qohumluq əlaqələrini təsdiqi yalnız məhkəmə qaydasında təsdiq olduğundan yaşadığı rayonun məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2004-cü il tarixdə Şamaxı rayonunun vəfat etmiş X11 ilə xx.xx.2000-ci ildə Şamaxı rayonunda vəfat etmiş X6 qardaş-bacı olmuşdur. Həmçinin müəyyən edildi ki, Ərizəçi xx.xx.2004-cü ildə vəfat etmiş X5 doğma oğludur, xx.xx.2000-ci ildə vəfat etmiş X2 isə doğma qardaşı oğludur. Ərizəçinin atası X11 ilə bibisi X2 doğum faktını təsdiqləyən sənədlər tapılmadığından və Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli imtina məktubu verildiyindən faktın məhkəmə qaydasında təsdiq edilməsi zəruriyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 042555 nömrəli ölüm haqqında şəhadətnamədəki xx.xx.2004-cü il tarixdə vəfat etmiş X11 ilə Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 037312 nömrəli ölüm haqqında şəhadətnamədəki xx.xx.2000-ci il tarixdə vəfat etmiş X6 qardaş-bacıdır. Odur ki, ərizəçinin tələbi təmin edilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhə-miy-yəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sə-nəd-lə-ri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki,ərizə təmin edilməli və Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 042555 nömrəli ölüm haqqında şəhadətnamədəki xx.xx.2004-cü il tarixdə vəfat etmiş X11 ilə Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 037312 nömrəli ölüm haqqında şəhadətnamədəki xx.xx.2000-ci il tarixdə vəfat etmiş X2qardaş-bacıolması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkə-mə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-311, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 042555 nömrəli ölüm haqqında şəhadətnamədəki xx.xx.2004-cü il tarixdə vəfat etmiş X11 ilə Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 037312 nömrəli ölüm haqqında şəhadətnamədəki xx.xx.2000-ci il tarixdə vəfat etmiş X6 qardaş-bacı olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2021/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2021/2020
08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver