Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2034/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X7, Ələsgərova (Bairamova) Arzu Həşim qızı, X1 və X4 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Ələskərova (Bairamova) Arzu Həşim qızı, Cavabdeh3 İsmayılovna və Cavabdeh4 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzilində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, X2, X1 və Cavabdeh4 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “AB” massivi, 56 saylı evin 14 saylı mənzilini Bakı şəhəri 37 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq olunnmuş 24.11.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh1 almışdır. Həmin mənzilin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra cavabdehlər ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. 21.01.1999-cu ildən həmin mənzil tam mülkiyyət hüququ ilə onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “AB” massivi, 56 saylı evin 14 saylı mənzildən köçüb gedərkən həmin ünvanın pasport qeydiyyatından çıxmamışlar və hazırda da cavabdehlər xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin pasport qeydiyyatındadırlar. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır və eyni zamanda mənzil kommunal xidmət haqlarının ödənilməsində problemlər yaradır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual MƏcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə mülki prosessual qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 072606 saylı 24.11.1998-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzili İddiaçı 16.000.000 manata satmışdır. MH seriyalı 158874 saylı 21.01.1999-cu il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. “Asan 4” xidmətindən verilmiş 16.02.2021-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzilində İddiaçı, Cavabdeh1, X6, Cavabdeh3 İsmayılovna, X5 və Cavabdeh4 pasport qeydiyyatındadır. Bakı şəhəri 37 saylı Dövlət Notariat kontorunun 3MA-3/440a saylı notariat işində olan X7, X6, X1 və X3 notarial qaydada təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, onların hər biri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzilin satılmasına etiraz etmirlər. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 68 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 20.04.2021-ci il tarixli 365 saylı arayışından görünür ki, cavabdehlər Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzildə qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 29.1 Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmənin mövqeyi İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzilin mülkiyyətçisidir. Mənzilin keçmiş sakinləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İsmayılovna və Cavabdeh4 iddiaçının mənzilində yaşamasalar da, mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaları sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzildən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzildən cavabdehlər Cavabdeh1, Ələskərova (Bairamova) Arzu Həşim qızının, Cavabdeh3 İsmayılovnanın və Cavabdeh4 istifadə hüquqlarına xitam verilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, 56 saylı evin 14 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2034/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2034/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver