Məhkəmə qərarları › İş №2(010)-2054/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2054/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2054/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 onun nənəsi olması (qohumluq münasibətlərində olması] və mərhumə X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka bağlar massivi, 502 № li bağ sahəsini qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi “tələbin həcmin azaldılması " barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 onun nənəsi olması (qohumluq münasibətlərində olması] faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, 1904-cü il təvəllüdlü mərhum X3 nəvəsidir. X1 miras qalmış Maştağa qəsəbəsi, Vişnyovka (Albalı) bağlar massivi, 502 № li bağ sahəsi onun istifadəsindədir və faktiki olaraq həmin ünvanda yerləşən əmlaka sahiblik edir. Onun doğum haqqında şəhadətnaməsinin “atası" qrafasında X11 və “anası” qrafasında X9 qeyd edilmişdir. Onun anası, 15.09.1927-ci il təvəllüdlü Əliyeva (İsmayılova) X16 25.03.2011-ci il tarixdə vəfat etmişdir. Anası, Əliyeva (İsmayılova) X15 anası, mərhum X3 ölüm haqqında şəhadətnaməsi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində mövcuddur. Lakin, onun anası, Əliyeva (İsmayılova) X15 doğum haqqında şəhadətnaməsi itdiyi üçün onun mərhum X5 ilə qohumluq faktını təsdiq edən sənədlərinin olmaması səbəbindən Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi 03 mart 2021-ci il tarixdə 05/15- 185 № li arayışı ilə mərhum X3 ölümü haqqında şəhadətnamənin surətinin verilməsindən imtina etmişdir. Odur ki, o mərhum X3 onun nənəsi olması (qohumluq münasibətlərində olması] faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan АЗ 135973 № Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi “atası" qrafasında X11 və “anası” qrafasında X9 qeyd edilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 25.02.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan müəyyən olunur ki, onun X3 ölüm haqqında şəhadətnaməsi və X6 doğum haqqında şəhadətnaməsi yoxdur. Bu məsələnin həlli ilə əlaqadar rayonun məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Xəzər Rayon Qeydiyyat Şöbəsinin 19.05.2021-ci il tarixli məktubuna qoşma olaraq X3 ölümü haqqında akt qeydinin sürətindən görünür ki, X5 12 yanvar 1904-cü ildə Bakı şəhərində anadan olmuş, 22 aprel 1990-cı ildə Əzizbəyov rayonunda ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçinin anası X7 ailə həyatı qurduqdan sonra Əliyeva soyadını götürmüşdür. X5 ərizəçinin anasının anası olmuş və 22 aprel 1990-cı ildə vəfat etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, 22 aprel 1990-cı ildə Əzizbəyov rayonunda ölmüş İsmayılova (İsmayılova) Səlminaz İmran qızı ilə ərizəçinin nənəsi olmuşdur. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Xəzər Rayon Qeydiyyat Şöbəsinin 19.05.2021-ci il tarixli məktubuna qoşma olaraq X3 ölümü haqqında akt qeydinin sürətindəki 22 aprel 1990-cı ildə Əzizbəyov rayonunda ölmüş X5 ilə xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi nənə-nəvə olmuşdur. Odur ki, ərizəçinin tələbi təmin edilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki,ərizə təmin edilməli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Xəzər Rayon Qeydiyyat Şöbəsinin 19.05.2021-ci il tarixli məktubuna qoşma olaraq X3 ölümü haqqında akt qeydinin sürətindəki 22 aprel 1990-cı ildə Əzizbəyov rayonunda ölmüş X5 ilə xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi nənə-nəvə olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-311, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Xəzər Rayon Qeydiyyat Şöbəsinin 19.05.2021-ci il tarixli məktubuna qoşma olaraq X3 ölümü haqqında akt qeydinin sürətindəki 22 aprel 1990-cı ildə Əzizbəyov rayonunda ölmüş İsmayılova (Xudatova) Səlminaz İmran qızının xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi nənəsi olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar