Məhkəmə qərarları › İş №2(010)-2056/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2056/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2056/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum X*nun adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisində V-*33/2022 saylı vərəsəlik işi üzrə onun mülkiyyətində olan 90KR483 qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2000-ci il,MERSEDES BENZ-E 220 SDİ minik markalı,qara rəngli avtomobilin tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbini üzrlü sayaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. X* xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasından miras əmlak kimi onun adına 90KR483 qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2000-ci il, MERSEDES BENZ-E 220 SDİ minik markalı, qara rəngli avtomobil qalmışdır. O, avtomobili öz adına sənədləşdirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Burada vərəsəliklə bağlı notariat işi açdılar, ancaq notariat ofisi özünün 478 saylı *8 mart 2022-ci il tarixli məktubu avtomobilə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina verərək bildirildi ki, mirasın qəbulu üçün müəyyənləşdirlmiş müddəti buraxdığı üçün bununla bağlı məhkəməyə müraciət etməlidir. 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzindəki Notariat Ofisinin imtinası əsassızdır. Belə ki, həmin avtomobil mərhumun vəfatından sonra onun tərəfindən faktiki olaraq qəbul edilmiş, mühafizə olunmuş və idarə edilmişdir. Mirasın qəbulu ilə bağlı müddət onun tərəfindən buraxılmamışdır. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs 4 saylı Bakı Asan xidmət mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin *8.03.20*2-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il vəfat etmiş atanız X4 adına V-*33/2022 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcələsində qeyd olunmuş mirasın qəbulu müddətini ötürdüyünə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməlidir. İş materiallarına görünür ki, Ərizəçi *0.02.*973-cü ildə anadan olmuş, valideynləri Əlibək Umbatov və Hənifə Umbatovadır. İş materiallarına əlavə edilmiş AB 604483 №-li X2 Şəhadətnaməsindən görünür ki, 90KP483 qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2000-ci il,MERSEDES BENZ-E 220 SDİ minik markalı,qara rəngli avtomobil X4 mülkiyyətindədir. İş materiallarından görünür ki, X5 etibarnamə əsasında 90KP483 qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2000-ci il,MERSEDES BENZ-E 220 SDİ minik markalı avtomobili idarə etmək hüququnu Ərizəçi vermişdir. İş materiallarına əlavə edilmiş *4.07.2020-ci il tarixdə verilmiş ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə vəfat etmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 ilə Umbatova Hənifə ilə birgə nikahından *0.02.*973-cü ildə Ərizəçi doğulmuşdur. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ** KP *** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2000-ci il, MERSEDES BENZ-E 220 SDİ minik markalı onun adına qeydiyyatdan keçmişdir. Hazırda həmin avtomobil ərizəçinin sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin *248.*.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, Ərizəçi mərhum X4 qanun üzrə vərəsəsi olmaqla miras açıldığı vaxtdan 90KP483 qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2000-ci il,MERSEDES BENZ-E 220 SDİ minik markalı,qara rəngli avtomobili idarə etməklə miras əmlakı faktiki qəbul edib istifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən mərhum X3 miras qalmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət üzürlü səbəbdən ötürüldüyündən həmin müddət uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış 90KP483 qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2000-ci il,MERSEDES BENZ-E 220 SDİ minik markalı, qara rəngli avtomobili Ərizəçi tərəfindən qəbul edilmiş hesab edilsin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 4 saylı Bakı ASAN xidmət mərkəzindəki Notariat Ofisinə həvalə edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar