Məhkəmə qərarları › İş №2(010)-2061/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2061/2021

04.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2061/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavababdehlər Cavabdeh1 X2 ASC-yə, Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə və xxxx MMC şirkətinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi tələbi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 X2 ASC-yə, Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə və xxxx MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus olmuş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən 4 otağlı, 75,61 kv. Metr ümumi, 47,21 kv. metr yaşayış sahəsi, 28,4 kv. metr yardımçı sahədən ibarət 95 nömrəli evin 65-ci mənzilinin yenidən qiymətləndirilməsinin cavabdeh “xxxx” MMC üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, ona məxsus olan Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi Elxan Həsənov küçəsində yerləşən 4-otağlı. 75.61 kv.m. ümumi, 47,21 kv.m. yaşayış, 28,4 kv.m. yardımçı sahədən ibarət 95 nömrəli evin 65-ci mənzil, Cavabdeh3 tərəfindən cəmi 64 000 (altımış dörd min) manat məbləğində pula qiymətləndirilmişdir, lakin həmin mənzilin bazar qiyməti 90000-100000 manat məbləğində qiymət dəyərindədir. Buna görədə hesab edir ki, ona məxsus olan mənzil Cavabdeh3 tərəfindən yeniden qiymetlendirilməlidir. Odur ki, o, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi Elxan Həsənov küçəsində yerləşən 4-otağlı. 75.61 kv.m. ümumi, 47,21 kv.m. yaşayış, 28,4 kv.m. yardımçı sahədən ibarət 95 nömrəli evin 65ci mənzili yenidə qiymətləndirilməsini, cavabdeh “xxxx “MMC” şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti (iddiaçı tərəfindən Cavabdeh1 X2 tərəfindən məhkəməyə dəftərxana vasitəsi ilə etiraz ərizəsini göndərərək qeyd etmişdir ki, iddia tələbində göstərilmiş məsələyə, yəni ipoteka predmeti olan Cavabdeh1 X2 cavabdehlər İddiaçı, X1, X4, X3, X5 və X6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(010)-3529/2018 saylı mülki işə baxıldığı zaman qiymət verilmiş və həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ipoteka predmeti olan qiymətləndirilməsi həyata keçirilmişdir. Belə olan halda hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2.-ci maddəsinə əsasən xitam verilməlidir. İş üzrə digər cavababdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. İş materialları ilə görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (010)3529/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh1 İKB ASC arasında bağlanmış 01.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 İKB ASC-nin xeyrinə 20974.41 (iyirmi min doqquz yüz yetmiş dörd manat qırx bir qəpik) manat əsas, 10520.77 (on min beş yüz iyirmi manat yetmiş yeddi qəpik) manat faiz, 273.35 (iki yüz yetmiş üç manat otuz beş qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 31768.53 (otuz bir min yeddi yüz altmış səkkiz manat əlli üç qəpik) manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın cavabdeh İddiaçı mülkiyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən, 4 otaqlı, 75.61 kv.m ümumi, 47.21 kv.m yaşayış, 28.4 kv.m yardımçı sahədən ibarət 95 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 75000 (yetmiş beş min) manat müəyyən edilməklə açıq hərracda satılması qət edilmiş, yyuxarıda qeyd olunan məhkəmənin qətnaməsindən verilmiş apellyasiya şikayətinə əsasən qətnamə qismən ləğv olunaraq ipoteka predmetinin ilkin satış qiyməti 64000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən əmlak ipoteka predmeti olduğuna görə onun statusu, tutma yönəldilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi qaydası “İpoteka haqqında” Qanunla müəyyənləşdirilib. İpoteka predmetinə tələb yönəltmək hüququ ipotekasaxlayana məxsus olduğuna görə sonuncu (o, həmin vaxt Cavabdeh1 İKB ASC adını daşımışdır) ipoteka predmetinə tutma yönəldilməsi üçün iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra məhkəmə araşdırılması nəticəsində kredit müqaviləsi üzrə borclu İddiaçı borcun tutulması və “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilmişdir. Onu da məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli ipoteki predmetinin ilkin satış qiyməti 64 000 manat müəyyən edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qərarları ilə ipoteka predmeti olmuş evin qiymətləndirilməsi faktı hazırkı işin həlli baxımından preyudisial xarakter daşıyır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlməyin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli 2(010)-2930/2019 saylı qətnaməsi əsasında müəyyən olunduğundan, həmin əmlakın yenidən qiymətləndirilməsi yolverilməzdir. Beləliklə də, iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavababdehlər Cavabdeh1 X2 ASC-yə, Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinə və xxxx MMC şirkətinə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi tələbi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar