Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2072/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edə-rək, anası X9 miras olaraq qalmış və ünvan 1 mənzil 8 ünvanında yerləşən mənzilin miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası ilə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi nümayəndəsi Vəkil ərizəyə əlavə ilə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbinin üzürlü sayılmasını və həmin müddətin uzadılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Vəkil tələbi müdafiə edib, izahat verərək bildirdi ki,Ərizəçi xx.xx.1975-ci il tarixdə X12 diyarında (SSRİ) doğulmuşdur. Onun anası X14 Azərbaycan Respublikasında yaşamış və ünvan 2 mənzil 8 ünvanında qeydiyyatda olmuşdur. Səhhətində ciddi problem olduğundan sonuncunu ərizəçinin yaşadığı yerə-X7 diyarı, Beloreçenski rayonu, Velikoveçnenski kəndinə aparmışdır. Ərizəçinin anası xx.xx.2019-cu il tarixində uzun sürən xəstəlikdən vəfat etmiş və yaşadığı kəndin ərazisindəki qəbristanlıqda dəfn edilmişdir. Ona X7 diyarı, Beloreçenski rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ölüm şəhadətnaməsi verilmişdir. Ərizəçinin anasının xüsusi mülkiyyətində ünvan 1 mənzil 8 ünvanında yerləşən mənzil olmuşdur. Ərizəçi anasının vərəsəsi olduğundan vərəsəlik işinin açılması ilə bağlı 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat Ofisindən 385 saylı xx.xx.2020-ci il tarixli imtina ilə bildirmişdir ki, xx.xx.2020-ci il tarixli vərəsəlik işi açılmasına baxmayaraq miras əmlakın qəbulu müddətini ötürdüyünə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməlidir. Y.X2 vərəndaşı olduğundan və eyni zamanda vaxtında Azərbaycan Respublikasına gəlmək imkanı olmadığından miras əmlakının qəbulu ilə bağlı müddəti üzrlü şəbədən dolayı ötürmüşdür. Hesab edir ki, bu üzrlü hal məhkəmə tərəfindən nəzərə alınmalı və ərizəçinin anasından qalan miras əmlakla bağlı ötürülmüş müddət bərpa edilməlidir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs 4 saylı Bakı Asan xidmət mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki,Ərizəçi xx.xx.1948-ci il təvəllüdlü, sonuncu yaşayış yeri ünvan 1 mənzil 8 olan xx.xx.2019-cu ildə vəfat etmiş anası X10 adına xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcələsində qeyd olunmuş mirasın qəbulu müddətini ötürdüyünə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə anadan olmuş, valideynləri X8 və X3. İş materiallarına əlavə edilmiş MH seriyalı 047100 saylı xx.xx.1996-cı il tarixli müvafiq qaydada təsdiq edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, 4-cü mədən, 42 №-li yaşayış evinin 8 №-li mənzili X10 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə verilmiş ölum haqqında şəhadətnamənin tərcümə və müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, 4-cü mədən küçəsi, ev 42, 8 saylı mənzili 10 saylı DNK-nın 2v-116 reyestr nömrəli xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Ərizəçinin nümayəndəsi tərəfindən təqdim olunmuş “xxxxxxxx” ASC və “xxxxxx” ASC-nin Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü mədən küçəsi, ev 42, 8 saylı mənzilinəgörə xx xxxx 2019-cu il tarixindən sonra mütəmadi olaraq elektrik enerjisi və su təchizatına görə kommunal ödənişlər edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 X5 birgə nikahından xx.xx.1975-ci ildə Ərizəçi doğulmuşdur. X11 xx.xx.1986-cı ildə X16 rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və sonuncunun soyadını qəbul etmişdir. X14xx.xx.2019-cu il tarixdə X12 diyarı, Beloreçensk rayonunun Velikoveçnoye kəndində vəfat etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, 4-cü mədən küçəsi, ev 42, 8 saylı mənzili 10 saylı DNK-nın 2v-116 reyestr nömrəli xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, X6 mərhum X1 üzrə vərəsəsi olmaqla miras açıldığı vaxtdan mənzil kommunal xidmətlərini ödəməklə miras əmlakı faktiki qəbul edib istifadə etmişdir.Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən mərhum X9 miras qalmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət üzürlü səbəbdən ötürüldüyündən həmin müddət uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyəndləşdirilmiş müddətin Ərizəçi tərəfindən ötürülməsi üzürlü hesab edilsin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 4 saylı Bakı ASAN xidmət mərkəzindəki Notariat Ofisinə həvalə edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2072/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2072/2020
08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver