Məhkəmə qərarları › İş №2(010)-2079/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2079/2023

10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2079/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 0*.08.*982-ci il tarixdən 23.08.*993-cü il tarixədək Cəbrayıl rayonu M.F.Axundov adına sovxozun qarajında elektrik qaynaqçısı işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə (sosial sığorta stajının bərpası) dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən ərizəçi Sultanov X* rayonu, Daşkəsən kəndində qeydiyyatdadır. Ərizəyə mənzil-tikinti kooperativinin arayışı əlavə edilmişdir ki, həmin arayışda Ərizəçi Cəbrayıl rayonundan məcburi köçkün olduğu və Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, ev 43, mənzil *7-də məskunlaşdığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin faktiki olaraq Suraxanı rayonu ərazisində yaşaması onun hazırkı ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.*-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi qanunda ərizəçinin məhz “yaşadığı yer” anlayışından istifadə edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: *) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Hazırkı iş üzrə Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olduğundan onun yaşayış yeri şəxsiyyət vəsiqəsi məlumatları əsasında Cəbrayıl rayonu hesab olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında yurisdiksiyası Cəbrayıl rayonu olan məhkəmə - Cəbrayıl Rayon Məhkəməsi fəaliyyət göstərir və rəsmi olaraq Cəbrayıl rayonunda qeydiyyata alınmış ərizəçilərin ərizəsi üzrə işlərə də həmin məhkəmə baxmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Cəbrayıl rayonundan məcburi köçkün olan və rəsmi olaraq Cəbrayıl rayonunda qeydiyyatda olan ərizəçinin faktiki olaraq Suraxanı rayonu ərazisində yaşaması onun ərizəçi olduğu işə xüsusi icraat qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğunu mənasına gəlmir. Odur ki, ərizəçi işə baxılması üçün ərazi aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etməlidir. Belə olan halda hazırkı ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmiş kimi qəbul edilməli, ərizə və ona əlavə ediilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: *5*.*. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. *52.*. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: *52.*.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. *52.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. *52.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. *52.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar