Məhkəmə qərarları › İş №2(010)-2082/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2082/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2082/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən arvadı X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən *0 sot torpaq sahəsindən ibarət mirası faktiki qəbul etmə faktının müəyyən edilməsi və bu faktın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, mən *8.0*.*957-ci il təvəllüdlü X6 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşam. Bu barədə nikah haqqında akt qeydləri kitabında 30.03.*977-ci il tarixdə *2 nömrə ilə qeyd aparılmışdır. Ramana südçülük sovxozunun *4.0*.*995-ci il tarixli, 6 nömrəli əmrindən çıxarışda qeyd olunduğu kimi Abşeron rayonu İcra Hakimiyyətinin *2.0*.*995-ci il tarixli, 25 nömrəli qərarına əsasən sovxozda işləyən X4 fərdi yaşayış evinin tikintisi üçün 0.* ha torpaq sahəsinin ayrılmasına qərar verilmişdir. Torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşir. Mən və həyat yoldaşım X6 həmin torpaq sahəsində ev tikdirərək orada yaşayırdıq. 20.0*.2022-ci il tarixdə X6 vəfat etmişdir. Həyat yoldaşımın vəfatından sonra ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən torpaq sahəsinə sahiblik edirəm. Mən hal-hazırda miras əmlakını idarə edir, orada yaşayır, kommunal xərclərini ödəyir, təmir və bərpa işləri görürəm. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Hüseyn Cavid küçəsində yerləşən X3 mənə miras qalmış torpaq sahəsini öz adıma sənədləşdirmək üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdim. Notariat ofisinin mənə ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürdüyüm bildirilərək məhkəməyə müraciət etməyim tövsiyə edildi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mənim miras əmlakı faktiki qəbul etməyim faktı məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır”.

Ərizəçinin xahişinin dəqiqləşdirilməsi.

3. Ərizəçi məhkəməyə xahişinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək məhkəmədən arvadı X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən *0 sot torpaq sahəsindən ibarət mirası faktiki qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Ermənistan SSR Masis rayonu Qaraqışlaq kənd soveti tərəfindən verilmiş 30.03.*977-ci il tarixdə verilmiş İ-SL seriyalı, 373*02 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X7 30.03.*977-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *2 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir.

7. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 28.0*.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 24*576 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 20.0*.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.0*.2022-ci il tarixdə 74 nömrə ilə qeyd edilmişdir.

8. Ramana südçülük sovxozunun *4.0*.*995-ci il tarixli, 6 nömrəli əmrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin *2.0*.*995-ci il tarixli, 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evləri tikintisi üçün ayrılmış asudə həyəyanı torpaq fondundan Qurbanova Sümbülə 0.* ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır.

9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 62* nömrəli məktubdan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ötürüldüyünə görə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. *0. Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 3*.05.2023cü il tarixli məktubla verilmiş məlumatdan görünür ki, Ərizəçi Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydiyyatsız olaraq yaşayır.

İşin faktiki halları.

**. Ərizəçi və X7 30.03.*977-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. *2. Ramana südçülük sovxozunun *4.0*.*995-ci il tarixli, 6 nömrəli əmri ilə X4 fərdi yaşayış evi tikmək üçün 0.* ha torpaq sahəsi ayrılmışdır. *3. X6 20.0*.2022-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq.

*4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə **33. Vərəsəlik anlayışı. **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **34. Vərəsələr. **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə **45. Mirasın açılması. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **5*. Miras əmlak. **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə *243. Mirasın qəbul edilməsi. *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı.

*0. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. *0.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. *6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”.

99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

*7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin mövqeyi.

*8. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0.* ha torpaq sahəsi Ərizəçi mərhum arvadı X4 məxsus olmuşdur. Ərizəçi arvadı Sümbül Qurbanovanın 20.0*.2022-ci il tarixdə ölümündən sonra da həmin ünvanda yerləşən evdə yaşamağa davam etmiş, bununla da arvadından miras qalmış torpaq sahəsinə sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla mirası qəbul etmişdir. *9. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin mərhum arvadı X3 miras qalmış əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir.

20. Nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4-cü il *8 iyul tarixli Qərarı). 2*. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə, müvafiq miras əmlakın ərizəçi tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir.

22. Son olaraq, məhkəmə Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına istinadla onu da qeyd edir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X* miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0.* ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.

24. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X* miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0.* ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar