Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2083/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi “Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi “Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1991-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktını müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatsız yaşayır. xx.xx.1973-cü il tarixdə Gürcüstan SSR, Dmanisi rayonu, Dmanisi qəsəbəsində doğulmuşdur. X1 və anası X2r. 1991-ci ilədək Gürcüstan SSR-də yaşamışdır. 25 yanvar 1991-ci ildə peşə məktəbində oxumaq üçün Azərbaycan Respublikasına gəlmişdir. 25 iyul 1992-ci il tarixdə həmin peşə məktəbini bitirmişdir. Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının müstəqillik əldə etdikdən sonra o, heç bir dövlətin vətəndaşı olmadığı üçün müraciəti əsasında Azərbaycan Respublikasında qeydiyyata düşmək istəsə də, onu qeydiyyata almayıblar. Daha sonra Xəzər Universitetində laborant kimi işləməyə başlamışdır. 30 mart 1995-ci ildə X8 ilə nikaha daxil olmuşdur, nikahını 07 iyun 2000-ci il tarixdə rəsmiləşdirmişdir. Onların birgə nakahdan iki uşağı 17 dekabr 1995-ci il təvəllüdlü X9, 19 aprel 2001-ci il təvəllüdlü X15 olmuşdur. 09 dekabr 2020-ci il tarixli Dövlət Miqrasiya Xidmətinə müraciəti əsasında ona Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. X3 və uşaqları Azərbaycan Respublikasının vəndaşlarıdır. Lakin, o, heç bir dövlətin vətəndaşı deyildir. Daha sonra, Gürcüstan Respublikasının səfirliyinə müraciətindən sonra 03 mart 2021- ci il tarixdə onun Gürcüstan Respublikasının vətəndaşı hesab olunmadığı cavabı verilmişdir. Odur ki, onun 1991-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktını müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X10 həm yazılı həm şifahi olaraq, təmsil etdiyi orqanın ərizəyə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və maraqlı şəxslərin nümayəndələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Gürcüstanın Azərbaycandakı səfirliyi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli arayışa əsasən, Vəliyeva X7 ədliyyə nazirliyi servislərin inkişaf agentliyinə təqdim olunan və agentlik tərəfindən əldə olunan sənədlərə əsasən, Gürcüstan vətəndaşı hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli ******* saylı arayışa əsasən, xx xxxxxxxx 1973-cü il təvəllüdlü Ərizəçi 350907/m nömrəli, 30 noyabr 2020-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşılığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Gürcüstan SSR, Dmanisi rayonu VVAQ bürosu tərəfindən İ- TИ seriyalı 260588 nömrəli, 24.09.1973-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 24 sentyabr 1973-cü il tarixdə 191 sayla qeyd edilmişdir. Ata qrafasında X12, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş 07 iyun 2000-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X8 və Ərizəçi 28 mart 2009cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 07 iyun 2000-ci il tarixdə 209 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərin soyadı Qaralov, arvadın isə Vəliyeva kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gürcüstan SSR-in Dmanisi rayonu İcra komitəsinin daxili işlər şöbəsi tərəfindən verilmiş vətəndaş pasportuna əsasən Ərizəçi xx xxxxxxxx 1973-cü ildə anadan olmuşdur, milliyətçə azərbaycanlıdır. 25 yanvar 1991-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonunu tərk edərək, Azərbaycan SSR-yə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 80 nömrəli texniki peşə məktəbi tərəfindən verilmiş Г seriyalı, 387153 nömrəli, 01.07.1992-ci il tarixli Diplomdan görünür ki, Ərizəçi 80 nömrəli texniki peşə məktəbini 24 iyun 1992-ci il tarixində 4-cü dərəcəli dərzi ixtisası ilə bitirmişdir. İş materiallarına əlavə edilmiş X6 və X11 tərəfindən Bakı şəhəri 10 saylı notariat ofisinə verilən 01.12.2020-ci il tarixli **********233 saylı ərizəyə əsasən, onların qonşuları Ərizəçi, 1993-cü ildən hal-hazıra kimi ailəsi ilə birlikdə, ünvan 2 ünvanda yerləşən evdə qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2314 saylı 02.12.2020ci il tarixli arayışa əsasən, Ərizəçi ünvan 2 ünvanda 1993-cü ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X10 tərəfindən verilmiş 08.06.2021-ci il tarixli ərizəyə əsasən, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizənin təmin edilməsinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxxxxx 1973cü ildə Gürcüstan SSR, Dmanisi rayonu, Dmanisi qəsəbəsində anadan olmuşdur. O, 1991-ci ildən Azərbaycan Respublikasına köçmüş və həmin vaxtdan daimi olaraq ölkə ərazisində yaşamışdır və hazırda qeyd edilən ünvanda yaşayır. O, heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Mülki iş materialları ilə sübut olunur ki, Ərizəçi heç bir dövlətin vətəndaşı deyil və 1991-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi 1991-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1991-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2083/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2083/2021
08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver