Məhkəmə qərarları › İş №2(010)-211/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-211/2025

13.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-211/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq X2 hava xəttinin 4 saylı dayağın mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş evin sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq X2 hava xəttinin 4 saylı dayağın mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş evin sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq Yüksək Gərginlikli 3-cü “Suraxanı” hava xəttinin 4 saylı dayağın mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni evin sökülməsinə və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Bakı Elektrik Şəbəkəsinə aid X3 hava xətlərinin mühafizə zonalarına müəssisənin mütəxəssisləri tərəfindən mütəmadi olaraq baxış keçirilir. Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq 3-cü Suraxanı hava xəttinin 4 saylı dayağının mühafizə zonasında (coğrafi koordinatları: 40°25'5*.7”N49°59'40.8”E), xətlərin bilavasitə yaxınlığında qeyri-qanuni tikili - ev inşa edilməsi faktı aşkar edilmişdir. Bakı Elektrik Şəbəkəsinin mütəxəsisləri tərəfindən vətəndaş Cavabdeh rəsmi bildiriş təqdim edilmiş və həmin şəxs bildirişə imza atmışdır. Təkrar xəbərdarlıqlara baxmayaraq, hal-hazırda həmin ərazidə tikinti işlərini davam etdirir. Qeyd olunan yaşayış evi gərginliyi **0 min volt olan elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən fəaliyyəti ilə həmin yerdə çalışan işçilərin və bu məntəqəyə müraciət edən insanların həyat və sağlamlıqlarına dair təhlükəni artıracaq və elektrik verilişi xəttinə lazımi texniki xidmətin göstərilməsini çətinləşdirəcəkdir. Həmin obyektin tikintisi vətəndaş Cavabdeh tərəfindən aparılmış və hal hazırda onun tərəfindən bu fəaliyyətə nəzarət edilir. Qeyd edilir ki, Dövlət əhəmiyyətli strateji xətt kimi, **0 kV-luq “3-cü Suraxanı” hava xətti *94*-ci ildən istismara verilmişdir və uzunluğu isə *2 km-dir. Elektrik şəbəkələrinin istismarçıları tərəfindən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması istiqamətində həyata keçirilən mütəmadi tədbirlər zamanı ölkə qanunvericiliyinin tələblərini pozan şəxslər dəfələrlə xəbərdarlıq olunur, o cümlədən "xxxx" MMC-nin Bakı Elektrik Şəbəkəsinin YGEVX və TX tərəfindən **0 kV-luq yüksək gərginlikli “3-cü Suraxanı” hava xəttinin mühafizə zonasında, xəttin trassası üzrə elektrik şəbəkəsinin istismarına mane olmaqla birbaşa potensial təhlükə mənbəyi törədən evin tikintisinin Cavabdeh məxsus olduğunu müəyyən etmək mümkün olmuşdur. Bu evin tikintisində çalışan işçilərlə keçirilmiş görüşdə bildiriş təqdim edilərək, gərginliyi **0 min Volt olan elektrik xəttində baş verə biləcək qəzaların partlayışlara, yanğınlara və bədbəxt hadisələrə səbəb ola biləcəyi xəbərdarlıq edilmiş, tikinti işlərinin aparılması ilə bağlı qanunvericiliyin tələbləri onların nəzər diqqətinə çatdırılmışdır. Odur ki, qeyd olunan xəttin bilavasitə altında inşa edilmiş bu tikilinin xətlərdə planlı şəkildə təmir işlərinin aparılmasına imkan verməyərək və qəza-bərpa işlərinin qısa müddətə başa çatdırılması üçün xüsusi maşın-mexanizmlərdən istifadə olunmasına maneçilik törədərək EVX-nın normal istismarı üçün şəraiti məhdudlaşdırdığı qənaətindədirlər. Baş verə biləcək qəza hallarında isə işlərin vaxtında aparılmasına çətinlik yaranması səbəbindən Xəzər rayonunun kənd və qəsəbələrində dayanaqlı enerji təchizatında uzunmüddətli fasilələrin yarana biləcəyi və elektrik cərəyanının təsirindən insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin qarşısının alınmasının mümkün olmayacağı istisna edilmir. Qanunvericiliyə uyğun qaydada mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi, o cümlədən yüksək gərginlik hava xətlərinin mühafizə zonalarındakı qanunsuz tikililərin dayandırılması, qanunsuz tikililər aparmış və mühafizə zonalarını zəbt etmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində 2023-2024-ci illərdə tərəfimizdən Suraxanı rayon icra hakimiyyətinə, Polis idarəsinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə çox saylı məktublarla müraciət olunmuşdur. İddia qaldırmış şəxsin subyektiv hüququnun olmasına əsasən "xxxx" ASC-nin, Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı bələdiyyəsinin iş üzrə İİİ şəxs qismində cəlb edilməsi də məqsədəuyğun hesab edilə bilər. Cavabdehin etirazı. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, başqa yaşayış yeri olmaması səbəbindən, İddiaçı-nin ona qarşı “qeyri qanuni inşa edilmiş evin sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq 3-cü Suraxanı hava xəttinin 4 saylı dayağının mühafizə zonasında xətlərin bilavasitə yaxınlığında qeyri-qanuni tikili - ev inşa edilməsi faktı aşkar edilmişdir. Evin sənədi yoxdur, hazırda yenə də cavabdeh həyətində tikinti işləri aparır. Xətt *94*-ci ildə çəkilib, *942-ci ildə istismara verilib, uzunluğu *2 km-dir. Həmin zonada ev tikmək qeyri-qanunidir, mühafizə zonası 20 m təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, orada tək tikilən onun evi deyil. Yoldaşından ayrılmışdır, uşaq atasından ayrı qalmaq istəmir. Ona görə yoldaşının evinin qabağında ev tikmişdir. Qeyd edir ki, belə şəraitdə qalmağa razıdır, təhlükəli olduğunu bilir, amma başqa yaşayış yeri yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Qaraçuxur Bələdiyyəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materialları. Azərbaycan Respublikası "xxxx" ASC “X6 Şəbəkəsi” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, ona Nazirlər Kabinetinin *0 iyun 2005-ci il tarixli *03 saylı Qərarında qeyd edilən qaydaların məqsədinin Gərginliyi *000 voltdan yuxarı olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarət olduğu və tətbiqinin məcburi olduğu, hava xətlərində yanğınların, bədbəxt hadisələrin baş verməsinə səbəb kimi məsuliyyətin mühafizə zonasında yaşayan sakinlərin öz üzərinə düşdüyü və buna görə də "Abşeron REŞ” MMC heç bir məsuliyyət daşımadığı, qeyd olunanlara riayət edilmədiyi təqdirdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, müvafiq orqanlar tərəfindən cinayət işinin açıla biləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkildən görünür ki, tikilinin xəritə üzərində coğrafi koordinatları (40°25'5*.7”N49°59'40.8”E) göstərilmiş, naməlum evin şəkilləri çəkilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 2*5 kv.m təşkil edir. Sahə üç tərəfdən mişar daşla, bir tərəfdən isə metal löhvə ilə sərhədlənib. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Sahənin və mövcud yaşayış evinin üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik xətti keçir. Həmçinin yaşayış evindən *0 metr aralı məsafədən yüksək gərginlikli (**0 kVt-lıq) elektrik xətti keçir. Faktiki olaraq göstərilən 2*5 kv.m torpaq sahəsinin koordinatları (X;Y) yazılı formada əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə bütövlüklə X3 xəttinin mühafizə zolağında yerləşir. Sözügedən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikili barədə bazada məlumat aşkar edilməmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *8.03.2025-ci il tarixli, *0/7550 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin mühəndisi Quliyev Elnurun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 2*5 kv.m təşkil edir. Sahə üç tərəfdən mişar daşla, bir tərəfdən isə metal löhvə ilə sərhədlənib. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Sahənin və mövcud yaşayış evinin üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik xətti keçir. Həmçinin yaşayış evindən *0 metr aralı məsafədən yüksək gərginlikli (**0 kVt-lıq) elektrik xətti keçir. Faktiki olaraq göstərilən 2*5 kv.m torpaq sahəsinin koordinatları (X;Y) yazılı formada əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə bütövlüklə X3 xəttinin mühafizə zolağında yerləşir. Sözügedən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikili barədə bazada məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri *00 manat təşkil edir. Azərbaycan Respublikası "xxxx" ASC “X6 Şəbəkəsi” MMC tərəfindən ünvanlanmış *3.05.2025-ci il tarixli cavab məktubundan görünür ki, Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq 3-cü X4 hava xəttinin 4 saylı dayağın mühafizə zonasında (coğrafi koordinatları:40255*.7" №495940.8"E), Cavabdeh tərəfindən qeyri-qanuni (tikili) ev inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *0 iyun 2005-ci il tarixli *03 nömrəli qərarının və *6 may 2024-cü il tarixli, 26* nömrəli Qərarının aşağıda qeyd olunan bəndlərinə əsasən: 2.2. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir. **0 kV-luq hava elektrik verilişi xətləri üçün - 20 metr təşkil edir. Strateji əhəmiyyətli **0 kV-luq 3-cü Suraxanı elektrik verilişi xətti *94*-ci ildən istismara verilmişdir. "xxxx" X6 Şəbəkəsi MMC-nin balansındadır, uzunluğu *2 km-dir. Pasport göstəriciləri əlavə edilir. İş materiallarına əlavə olunmuş “Abşeron X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 8.*.-ci bəndinə əsasən, Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri qanunla müəyyən edilmiş qaydada və qadağan olunmayan hallarda elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini öz şəbəkəsi vasitəsi ilə ötürməkdən və s. ibarətdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə *55. Dövlət mülkiyyəti hüququ *55.*. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. *55.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.... Maddə *80. Özbaşına tikinti və onun nəticələri *80.*. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. *80.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. *80.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. *80.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.*. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.... 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi *. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar *. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ *. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ...dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;...

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər... Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Maddə ***. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması *. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **5. İşə baxılması ilə əlaqədar məsrəflər **5.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: **5.0.*. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ... **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.*. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC – "xxxx" ASC-nin struktur bölməsi olub, öz Nizamnaməsinə əsasən, səlahiyyətləri elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini öz şəbəkəsi vasitəsi ilə ötürməkdən ibarətdir. Bu səbəbdən, "xxxx" MMC-nin öz şəbəkəsi vasitəsi ilə elektrik enerjisinin ötürüldüyü – hava elektrik verilişi xəttinin dayaqlarının yerləşdiyi ərazinin (mühafizə zonasının) təhlükəsizliyinin qorunması onun səlahiyyətindədir. Mühafizə zonasındaki **0 kV-luq Yüksək Gərginlikli 3-cü “Suraxanı” hava xəttinin 4 saylı dayağı – X6 Şəbəkəsi (Abşeron REŞ) MMC-nin balansında (istismarında)-dır və uzunluğu *2 km-dir. Sözügedən ünvanda yerləşən evin məhz Cavabdeh tərəfindən tikilmiş olması işin mübahəsiz halıdır. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatı ilə bunu etiraf etmiş, həmçinin onun məhkəməyə ünvanladığı etiraz ərizəsi ilə də bu hal təsdiqlənmişdir. Hazırda iddia tələbi iddiaçı "xxxx" MMC-nin istismarında olan – Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq Yüksək Gərginlikli 3-cü “Suraxanı” hava xəttinin 4 saylı dayağın mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni evin sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsindən ibarətdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mütəxəssis və ekspert rəyinə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq 2*5 kv.m təşkil etdiyi, sahənin üç tərəfdən mişar daşla, bir tərəfdən isə metal löhvə ilə sərhədləndiyi, torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evinin mövcud olduğu, sahənin və mövcud yaşayış evinin üzərindən yüksək gərginlikli (35 kVt-lıq) elektrik xəttinin keçidiyi, həmçinin yaşayış evindən *0 metr aralı məsafədən yüksək gərginlikli (**0 kVt-lıq) elektrik xəttinin keçidiyi və vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahənin bütövlüklə X3 xəttinin mühafizə zolağında yerləşdiyi, sözügedən sahənin dövlət mülkiyyəti torpağı olması qeyd edilmişdir. Buradan aydın olur ki, mütəxəssis rəyində sözügedən evin mühafizə zonasında yerləşdiyi və evdən **0 kVt-lıq elektrik xəttinə olan məsafənin *0 metr olduğu müəyyən edilmişdir. Deməli, həmin ev **0 kVt-lıq elektrik xəttinə 20 metr məsafədə yerləşən sahənin – mühafizə zonasının hüdudları daxilindədir. Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mütəxəssis rəyinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilmiş torpaq qanunvericiliyinə əsasən, mühafizə zonaları – əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə yaradılır və mühafizə zonaları altındakı torpaq sahələri tikililərin inşa edilməsi üçün deyil, yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmçinin, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Belə olan halda, hesab edilir ki, iddiaçı onun mühafizə zonasına düşən qanunsuz tikilinin sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq Yüksək Gərginlikli 3-cü “Suraxanı” hava xəttinin 4 saylı dayağın mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyriqanuni ev sökülməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, *00 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE**********000208850* (VÖEN: *70032662*, X*, KOD 2*0005, VÖEN *40*55507*, Müxbir hesab: AZ4*NABZ0*360***********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: *42595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Suraxanı rayonu, 3-cü mədən ərazisindən keçən **0 kV-luq Yüksək Gərginlikli 3-cü “Suraxanı” hava xəttinin 4 saylı dayağın mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni ev sökülsün və həmin tikilinin yerləşdiyi torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə gətirilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində *00 manat Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ4*NABZ0*360***********3944 (VÖEN: *70032662*, Məhkəmə Ekspertiza Mərkəzi; X*, KOD 2*0005, VÖEN *40*55507*, Müxbir hesab: AZ4*NABZ0*360***********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: *42595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar